Maraq dünyası
Alimlərdən kişi və qadınlar haqqında daha bir MARAQLI ARAŞDIRMA: sən demə...
Riyaziyyatda qızların oğlanlardan daha pis nəticə göstərməsi barədə iddialar öz təsdiqini tapmayıb.
Publika.az xəbər verir ki, tədqiqatçılar Maqnit Rezonans Tomoqrafiya (MRT) vasitəsilə 104 uşağın beyin fəaliyyətini müşahidə ediblər və cinsiyyətlə əlaqəli bir fərq tapmayıblar.
Son araşdırmara görə, riyazi qavrama bacarığı cinsi üstünlüklə bağlı deyil. Tədqiqatçılar MRT vasitəsilə 3-10 yaş arası 104 uşağın, 55 qızın və 49 oğlanın beyinlərini müşahidə ediblər. Bu müddət ərzində uşaqların hamısı sadə riyaziyyat mövzuları haqqında hazırlanmış videoları izləyiblər. Müşahidələr nəticəsində iki cinsin beyin fəaliyyəti arasında heç bir fərq tapılmayıb.
Karneqi Melon Universitetinin nevroloqu Cesika Kantlon, elmin xalq inancı ilə üst-üstə düşmədiyini deyib və əlavə edib: “Uşaqlarının beyinlərinin cinsiyyətindən asılı olmayaraq oxşar şəkildə işlədiyini müşahidə etdik”.
Tədqiqatçılar həmçinin 3 yaşdan 8 yaşa qədər olan 97 uşağa riyaziyyat testi veriblər. Bu test nəticəsində cinslər arasında heç bir fərqə tapılmayıb. Bir daha sübut edilib ki, riyazi qabiliyyət və beyin inkişafı cinslə əlaqəli deyil.
Bəzi tədqiqatçıların fikrincə, cəmiyyətdə belə bir rəyin yayılması kişilər üzərində olan təzyiqdən irəli gəlir. Çünki kişilər daha çox maliyyə mükafatları ala biləcəkləri karyera seçimini etməyə məcbur olurlar.
Tədqiqatçıların növbəti hədəfi, sınaqdan keçmiş uşaqları qarşıdakı illərdə yenidən yoxlamaqdır. Bu dəfə onlar sadə riyaziyyat mövzularından fərqli olaraq, daha çətin riyaziyyat mövzularına cəlb olunacaqlar.
Məhərrəm Əliyev
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




























.jpg)







.jpg)


