Maraq dünyası
Dünyanın ən bahalı şəhərlərinin siyahısı açıqlandı
Dünyanın ən bahalı şəhərlərinin siyahısı açıqlanıb. “The Economist” jurnalının hazırladığı siyahıya görə, Honkonq metropolu, Paris və Sürix dünyanın ən bahalı şəhərləri hesab edilir.
“2020-ci il üçün dünyanın yaşayış xərcləri hesabatı” adlı siyahıda Sürix şəhəri ötən illərdəki mövqeyini xeyli yaxşılaşdırıb. Bu, ilk növbədə, İsveçrə frankının koronavirus böhranı səbəbindən ABŞ dolları qarşısında dəyərini artırması ilə izah olunur. Koronavirus böhranının dolların məzənnəsinə göstərdiyi təsir müxtəlif şəhərlərdə yaşayış xərclərinin artmasına səbəb olan əsas amil kimi xarakterizə edilir. Paris və Sürixin də siyahıda irəliləməsi məhz avro və frankın dollara nisbətdə güclənməsinin nəticəsidir.
Siyahıda sonrakı yerlərdə Sinqapur, Osaka, Təl-Əviv şəhərləri tutur. İlk 10-luqda son yerlərdə Nyu-York, Cenevrə, Los-Anceles və Kopenhagen qərarlaşıb. (azərtac)
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır

















.jpg)



















.jpg)

.jpg)