Maraq dünyası
Ən güclü qorunan 6 lider – Mühafizənin özəlliyi nədir?
Hökumətlərin vətəndaşları qorumaq və təhlükəsizliyini təmin etmək öhdəliyi var, çünki bu, vətəndaşların əsas hüququdur, amma buna baxmayaraq prioritetlər olmalıdır və dövlət başçılarının həyatından daha prioritet heç nə yoxdur. Hər bir ölkədə dövlət başçısı hakimiyyətin simvoludur, buna görə də onun həyatı nəyin bahasına olursa-olsun qorunmalıdır.
Publika.az dünyanın ən ciddi qorunan 6 liderini təqdim edir. Siyahıya Rusiya və ABŞ prezidentləri daxil deyil, çünki onlar rəqabətdən kənardadırlar.
1. Kim Çen In (Şimali Koreya)
KXDR rəhbərinin Cənubi Koreyaya səfəri zamanı Kim Çen In dəbdəbəli zirehli avtomobildə 10 mühafizəçinin müşayiəti ilə səyahət edib.
O, sözsüz ki, ən qabaqcıl texnologiyadan istifadə etdiyi üçün deyil, ondan ötrü həyatlarını riskə atmağa hazır olan çoxlu insana sahib olduğu üçün dünyanın göz bəbəyi kimi qorunan dövlət başçılarından biridir.
Onun sərəncamında 15 mindən çox cangüdən var (təbii ki, hamısı eyni vaxtda xidmətə cəlb olunmur), bundan əlavə həm prezidentin özünü, həm də Pxenyanı qorumaq üçün 120 min nəfərlik xüsusi bölməsi mövcuddur.
Çoxları onu paranoik adlandıra bilər, amma həqiqətdə belə deyil, onun sələfləri bir sıra sui-qəsd cəhdlərinə məruz qalıblar. Bu səbəbdən o, ailə ənənəsini davam etdirməli olub.
2. Sindzo Abe (Yaponiyanın keçmiş baş naziri)
Yaponiyanın keçmiş baş naziri yaxşı silahlanmış mühafizəçilərin müşayiəti ilə ağır zirehli maşın karvanında hərəkət edirdi.
Bundan əlavə o, sıx yolda maşınla hərəkət etdikdə təhlükəsizlik işçiləri sözün əsl mənasında pəncərədən çölə boylanır və hamıya sürəti azaltmağı deyirlər, çünki sıx yol və sıx nəqliyyat keçmiş baş naziri daim hücumların hədəfinə çevirirdi.
3. Si Cinpin (Çin)
Çin Kommunist Partiyasının Mərkəzi Təhlükəsizlik Bürosu Çin elitasının həyatını və əmlakını qorumaq üçün müstəsna məsuliyyət daşıyır və bu işdə sədr Si Cinpinə birbaşa bağlıdır.
Müxtəlif funksiyaları yerinə yetirən 7 müxtəlif qrupa bölünən kəşfiyyatçıların və əsgərlərin ümumi sayı 8 minə qədərdir.
Çin liderinin mühafizəçilərini ən yaxşı edən amillərdən bəziləri fiziki hazırlıq, əqli qabiliyyət və nizam-intizam, yaxşı təhsil və intellekt kimi ciddi seçim meyarlarıdır.
Mühafizəçilər ən azı 6 il peşəkar təcrübəyə, ən azı 8 növ odlu silaha malik olmalı və eyni vaxtda iki əllə rəqiblərinə atəş açmağı bacarmalıdırlar.
ÇXR liderinin mühafizəçiləri həmçinin yaxşı silahlanıblar: onların üç müxtəlif tapançası və döyüş bıçaqları var. Onlar döyüşə həmişə o qədər hazırdırlar ki, hərəkətdədirlərsə, avtomobillər reaksiya vaxtını sürətləndirmək üçün həmişə qapıları yarıaçıq şəkildə sürürlər.
4. Roma Papası (Vatikan)
Papa İsveçrə mühafizəçiləri tərəfindən qorunur və onlar Papa ölənə qədər ona xidmət edir və onu qoruyurlar.
Qvardiyaçılar hər gün çox gərgin işləməli olurlar, xüsusən də papa çox məşğul və populyar insan olduğuna görə o, həmişə izdihamlı yerlərdə olur. Məsələn, Roma Papası II İohann Pavelə 1981-ci ildə edilən sui-qəsd cəhdi kimi hücumu həyata keçirmək çox asandır.
Hazırkı papa sələflərinə nisbətən ictimaiyyət üçün daha açıqdır, ona görə də onu hər zaman yaxından izləmək lazımdır. Roma Papası papa-mobil kimi tanınan nəqliyyat vasitəsi ilə səyahət edir.
Papa özünün gözlənilməzliyi ilə məşhurdur və təsadüfi adamlara yaxınlaşa bilər. Bu səbəbdən onun mühafizəçilərinin nə qədər stresli olduğunu başa düşmək çətin deyil.
5. II Yelizaveta (Böyük Britaniya)
Kraliça Yelizaveta Böyük Britaniyanın hökmdarı olmasa da onun həyatını və kral evinin digər üzvlərinin həyatının təhlükəsizliyini təmin etməyə çoxlu vəsait yönəldilir.
Bu, kraliçanın hər gün təhlükəsiz olmasını təmin edən Bukinqem sarayındakı kral mühafizəçilərinin məsuliyyətidir. Səyahət edərkən kraliçanın daimi hədəfə çevrilməməsi üçün avtomobillərin və motosikletlərin korteji onu izləyir.
Bu, əslində pul itkisi deyil, çünki bir dəfə iki britaniyalı yeniyetmə onun maşınına yumurta atmışdı. Bu yumurtalardan biri maşının qapısına, biri də ön şüşəyə dəymişdi. İnsident nəticəsində heç kim xəsarət almayıb və onu yaradanlar həbs edilmişdi.
Digər insident bir kişinin kraliçanın yataq otağına girib onun yatmasını izləməsi hadisəsidir. Bütün bunlar kraliçanın təhlükəsizliyinin niyə olduqca paranoidal olmasının ştrixləridir.
6. Alfa Konde (Qvineya)
Alfa Konde 2010-cu ildən Qvineya prezidentidir və sui-qəsd cəhdi onun təhlükəsizliyini maksimal həddə çatdırıb.
Küçə ilə hərəkət edəndə onun başını maşınının lükundan necə cəsarətlə çıxardığını aydın görmək olur, lakin onun avtomobilini hər an atəş açmağa hazır olan çoxlu motosikletlər və hətta zirehli transportyor müşayiət edir.
Səxavət Həmid
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO