Maraq dünyası
İlin ən bahalı saatları: bəs sizinki hansındandır? – SİYAHI
Zaman və vaxt hər zaman insanların geri qaytarmaq istədiyi, amma hələlik bəni-adəmin bacarmadığı bir məhfumdur. Buna baxmayaraq, zamana və vaxta dəyər verən insanlar həmişə bahalı saatları qollarında gəzdirməklə özlərinə təsəlli verməyə çalışıblar.
Publika.az dünyanın ən bahalı 5 saatını təqdim edir:
İlk sırada “Graff Diamonds – Hallucination” yer alır. Dünyanın ən bahalı saatı 55 milyon dollar dəyərindədir. Üstü ən bahalı daş-qaşlarla işlənib. Yalnız sifarişlə istehsal olunur.
Dünyanın ikinci ən bahalı saatı “Graff Diamonds – The Fascination”dur. “Graff Diamonds” dünyanın ən bahalı saatını istehsal etməklə yanaşı, bu seriyadan olan “zaman maşınları”nı hazırlayarkən bütün incəlikləri nəzərə alır.
Dünyanın ikinci ən bahalı saatı 152,96 karat brilyantdan və ağ qızıldan hazırlanıb. “Graff Diamond Fascination” modeli 40 milyon dollar dəyərində qiymətləndirilir. Üstəlik, modelin ortasındakı 38,13 karatlıq su damlası brilyant üzük kimi də istifadə edə bilərsiniz.
İlk üçlükdə isə “Breguet – Marie-Antoinette Grande Complication” qərarlaşıb. “Breguet Grande Marie Antoinette” təkcə dünyanın ən bahalı saatları arasında deyil, həm də dünyanın ən yaxşı saatlarından biridir. Söhbət təkcə kəmiyyətdən yox, həm də keyfiyyətdən gedir. Çünki istehsal edildikdən sonra da bir mexanizm bir neçə yüz il işləyə bilir.
Bu saatın istehsalının maraqlı bir tarixçəsi də var. İddialara görə, 1782-ci ildə Fransa kralı həyat yoldaşı üçün saat sifariş edir. Təəssüf ki, kraliça saatın hazırlanmasını görə bilmir. Çünki hazırlanması 40 ildən çox vaxt aparır. Kraliça isə saatı görmədən dünyasını dəyişir.
İlk dördülükdə alıcısına “gəl-gəl” deyən saatların sırasında “Chopard – 201 Carat” yer alıb. Bu möhtəşəm saatın adı onun nə üçün 25 milyon dollar dəyərində olması barədə təsəvvür yaradır. “Chopard” tərəfindən hazırlanan bu saat düz 201 karat brilyantdan ibarətdir. Onun yığılmasında 15 karat çəhrayı brilyant, 12 karat mavi brilyant və 11 karat ağ brilyant və 163 karat ağ və sarı brilyantlardan istifadə edilib.
Dünyanın ən bahalı beşliyini isə “Patek Philippe – Henry Graves Supercomplication” tamamlayır. Dünyanın ən bahalı saatlarından biri olan “Henry Graves Supercomplication” həm də “Patek Philippe”nin ən bahalı saatıdır.
İlk dəfə amerikalı bankir Henry Graves Jr. üçün hazırlanıb. Super komplikasiya 25 milyon dollar dəyərindədir. Bu kompleks saat 24 müxtəlif üstünlüklərə malikdir. O, əbədi təqvimə malikdir və təqvim heç vaxt, hətta saat xarab olsa belə “dayanmır”. Günlər üzrə günəşin doğuş və qürub vaxtlarını dəqiqliklə göstərə bilir.
Bəs sizin saatınız hansındadır? Saatınız yox, ömrünüz bahalı olsun!
Tural Turan
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş