Maraq dünyası
Bu xalqlar niyə yerdə yatır?
Özbəklər və taciklər niyə çarpayıda yox, yerdə yatır?
Orta Asiyada ailələr adətən çox böyük olur. Çoxtərkibli, eyni zamanda maddi vəziyyətləri aşağı olan ailələrdə isə yaşayış yerləri darısqal olur. Əgər otağa ailənin bütün üzvləri üçün divan və çarpayılar qoyulsa, onların arasında keçid üçün belə yer qalmayacaq.
Publika.az xəbər verir ki, qədim zamanlarda çarpayı yalnız elit və zəngin insanlara xas əsl dəbdəbə idisə, müasir dünyada divan və çarpayılarda yatmaq sivilizasiyanın əsas əlamətlərindən biri hesab olunur.
Ancaq eyni zamanda, bəzi xalqlar hələ də döşəkləri divandan üstün tuturlar və ya hətta yerə sərilmiş, yüngül bir təbəqə ilə örtülmüş yorğanda yatırlar. Belə bir gecələmə qaydası Mərkəzi Asiya sakinləri, ilk növbədə özbəklər, taciklər və Orta Asiya xalqlarının digər nümayəndələri üçün xarakterikdir
Bu, təkcə vərdiş məsələsi deyil.
Asiyalılar döşəmədə yatmaqla özlərini ölkələrinin iqliminə xas olan güclü istidən qoruyurlar. Təmiz və sərin havanın otağa daxil olması üçün gecələr mütləq pəncərəni açırlar.
Yalnız yetkin asiyalılar deyil, uşaqlar da erkən yaşlarından belə yatmağa öyrəşiblər. Əksər hallarda kiçik uşaqlar bir döşəkdə, böyüklər isə başqa bir döşəkdə yatır. Bu, ailənin aşağı gəlirli olması ilə bağlıdır.
Zəngin asiyalılar isə bütün ailə üçün döşək alsalar da, çarpayı almırlar. Çünki onlar qədim adət-ənənələrini heç nəyə dəyişmək fikrində deyillər.
Hətta asiyalılar digər ölkələrdə yaşayarkən yataq yerlərini öz ənənələrinə uyğun şəkildə qururlar. Onlar özləri ilə xüsusi "isti" çarşaflar və ya xalçalar, eləcə də rahat şəkildə gecələmək üçün digər atributlar da gətirirlər.
Döşəmədə yatmaq düzgün duruşu, şux qaməti, eyni zamanda fiziki aktivliyi qorumağa imkan verir. Bu zaman yuxudan oyanmaq da daha asan olur.
Ayşən Rəhim
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)