İnanc
Bakıda Roma Papasının ruhuna Müqəddəs Messa keçirildi - FOTO
Aprelin 24-də Bakıda Roma Papası Fransiskin ruhuna Müqəddəs Messa ayini keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycandakı Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete ayinə Bakının əsas katolik məbədi olan “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kilsəsində rəhbərlik edib.
Yepiskop Vladimir Fekete ayin zamanı ibadət edənlərə mərhum pontifikin həyatı və xidmətləri haqqında moizə ilə müraciət edib.
O, Fransiski nümunəvi dini lider kimi xarakterizə edib, onun Azərbaycana etdiyi səfəri və ölkədə Katolik Kilsəsinə göstərdiyi dəstəyi xüsusi vurğulayıb.
Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də 88 yaşında insult və onun ardınca baş verən “geri dönüşü olmayan ürək-damar kollapsı” nəticəsində vəfat edib.
Əslən Argentinadan olan Roma Papası Fransisk (əsl adı Xorxe Mario Berqolyo) 2013-cü ildə Vatikanın müqəddəs taxtına çıxmışdı. O, dünyanın müxtəlif ölkələrinə 30-dan çox apostol səfəri etmiş, sadə insanlarla birbaşa ünsiyyətdə olmuş və görüşlərin sadə və xüsusi təhlükəsizlik tədbirləri olmadan keçirilməsini tələb etmişdi.
“Roma Papası Fransiskin timsalında beynəlxalq ictimaiyyət və dünyanın katoliklik icması yüksək mənəvi keyfiyyətlərə malik, həyatını insanlığa fədakar xidmətə həsr etmiş görkəmli dini xadimi və böyük şəxsiyyəti itirdi”, - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu, Zati-aliləri kardinal Kevin Farrelə ünvanladığı məktubda qeyd olunub.
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək














.jpg)






















.jpg)
.jpg)