Tarix
4000 illik musiqi aləti tapıldı - Arxeoloqlar təəccüb içindədir
Omanda tapılan 4000 illik musiqi aləti arxeoloqları təəccübləndirib.
Publika.az "Fox News" istinadən xəbər verir ki, Qədim Dahva yaşayış məskənində aparılan qazıntılar zamanı arxeoloqlar bir cüt mis disk aşkar ediblər. Diqqətlə tədqiq edildikdən sonra onların eramızdan əvvəl 2200-2000-ci illərə aid zərb aləti olan qədim sinclər olduğu üzə çıxıb.
Disklərin hər birinin diametri 138 mm, divarlarının qalınlığı isə cəmi 1,5-2 mm-dir. Bu da qədim sənətkarların yüksək məharətindən xəbər verir.
Minilliklər ərzində alətlər korroziyaya uğrasalar da, təəccüblü dərəcədə yaxşı vəziyyətdə qalıblar. Bildirilir ki, bu, bölgə üçün unikal tapıntıdır. Çünki qədim musiqi alətləri nadir hallarda günümüzə qədər yaxşı qalır.
Arxeoloq Xaled Duqlasın sözlərinə görə, bunlar Yaxın Şərqdə musiqi alətlərinin mənşəyi və inkişafı ilə bağlı mövcud nəzəriyyələrə etiraz edirlər.
Alimlər sinclərdən dini ayinlərdə və məbəd mərasimlərində istifadə olunduğunu ehtimal edirlər. Bu kəşf Fars körfəzinin qədim sivilizasiyaları arasında mədəni mübadilədə musiqinin mühüm rolundan xəbər verir.
Ləman
-
Kriminal18:50Adnan Əhmədzadə 1 ildir içəridədir - Nələr baş verdi?
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 27 yol keçilməz oldu - Siyahı
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq

















.jpg)















.jpg)




