MDB
Lavrov: ABŞ "Monro doktrinası"nın dirildir
ABŞ-ın Latın Amerikasının siyasi landşaftının “özü üçün” yenidən formalaşdırmaq cəhdləri dərin əndişəyə səbəb olur.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin başçısı qeyd edib ki, Latın Amerikası-Karib regionu indi ABŞ-ın ciddi təzyiqi altındadır. Lavrov .ABŞ-ın “Monro doktrinası” üslubunda Latın Amerikasının siyasi landşaftını yenidən formatlamağa cəhd etdiyini qeyd edib.
“Faktiki olaraq, Vaşinqton şəxsi izahlara əsaslanaraq bu və ya başqa səbəblərə görə onu qane etməyən ölkələrdə hökumətləri devirmək məqsədiylə güc tətbiq etmək hüququnu mənimsəyib”, - Lavrov deyib.
Rusiya naziri əlavə edib ki, Amerika administrasiyasının belə hərəkətləri regional təhlükəsizliyin və sabitliyin əsaslarını partladır.
Qeyd edək ki, Monro doktrinası 1823-cu ilin iyul ayında Amerika kontingentinin Avropa müstəmləkəçilik niyyətlərinə bağlanması ideyası barədə ABŞ prezidenti Ceyms Monronun müraciəti dövlət katibi ConKuinsi Adams tərəfindən Konqresə təqdim olunub. Siyasi doktrina kimi, ilk dəfə İspaniya hökuməti üçün xəbərdarlıq şəklində təqdim edilib. Konqresdə oxunan və "Monro doktrinası" kimi tanınan bu müraciət "Müqəddəs İttifaq"ın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülub. "Monro doktrinası"nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilir, ABŞ-ın Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. "Monro doktrinası" Qərb yarımkürəsində ABŞ-ın nüfuz dairəsini genişləndirmək imkanını artırırdı.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)