MDB
Dəhşətli qasırğa Şimali Qafqazda həyatı İFLİC ETDİ - VİDEO
Rusiyanın Şimali Qafqaz regionunda güclü külək nəticəsində dağıntılar baş verib, bir nəfər ölüb, 20-dən çox adam xəsarət alıb.
Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Şimali Qafqaz regionunda qasırğa binaların damını dağıdıb, ağacları kökündən çıxarıb. On minlərlə ev işıqsız qalıb.
Şimali Osetiya, Çeçenistan, Kabardino-Balkariya, İnquşetiyada küləyin sürəti daha intensiv olub. Kabardino-Balkariya Respublikasında ağacın avtomobilin üstünə düşməsi nəticəsində bir nəfər ölüb. Çeçenistanda 23 nəfər, o cümlədən 9 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.
Təbii fəlakət bir çox regionda əhalini işıqsız qoyub. Hazırda qasırğa və leysanın regiona vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər görülür.
Meteoroloqların proqnozlarına görə, yaxın vaxtlarda Şimali Qafqazda yenidən leysan və qasırğa olacağı gözlənilir. Qeyri-sabit hava şəraitinin həftənin sonunadək davam edəcəyi ehtimal olunur.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)