MDB
SSRİ-nin sabiq diktatorunun nəticəsi evsiz qaldı
SSRİ-nin ən uzunömürlü diktatorlarından olmuş İosif Stalinin nəticəsi Səlim Bensaad evsiz qalıb.
Publika.az xəbər verir ki, bu barədə Səlim Bensaadın mətbuat katibi Vadim Qorjankin “360” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, atası, əlcəzairli Hosin Bensaad Səlimin qeydiyyatda olduğu Moskva mənzilində qıfılları dəyişdikdən sonra həmin şəxs gecəni şəxsi avtomobilində keçirmək məcburiyyətində qalır. Qorjankin baş verənləri Stalinin nəvəsinin həyatına qəsd adlandırıb. Mətbuat katibi qeyd edib ki, ailədəki münaqişələr müəlliflərindən biri, Bensaadın (kiçik Benssad-red) kitabının nəşri ilə əlaqədar kəskinləşib.
"Lana (yazıçı Lana Parşina - red.) tərəfindən birbaşa Səlimlə əməkdaşlıqda hazırlanan kitabın son buraxılışından sonra vəziyyət xeyli gərginləşib", - Qorjankin əlavə edib.
O, ailədəki münaqişənin Bensaadlar ailəsinin mənzilinin mülkiyyəti ilə bağlı olduğuna da deyib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)