MDB
“Aeroflot”un rəhbəri: Bu il daşıma xərcləri KƏSKİN UCUZLAŞIB
“Hökumətdən aldığımız 50 milyard rublluq subsidiyalar hesabına 2022-ci ildə sərnişin və yük daşımalarının həcmini artacağıq”.
Publika.az xəbər verir ki, bunu “Aeroflot” şirkətinin baş direktoru Sergey Aleksandrovski Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə səsləndirib.
Bununla bağlı vəziyyəti çox müsbət qiymətləndirən aviaşirkət rəhbəri qeyd edib ki, ölkədə 11 cənub hava limanı bağlı qalsa da, “Aeroflot” tələbi yenidən diqqət mərkəzində saxlayıb:
“Şirkət bir sıra istiqamətlərdə uçuşların sayını artırıb. İndi biz 111 istiqamətə uçuşlar həyata keçiririk ki, bu da 2021-ci illə müqayisədə 18 istiqamət çoxdur. “Aeroflot” yaxın illərdə öz aviaparkını yerli təyyarələrlə genişləndirmək niyyətindədir və 323 ədəd yeni təyyarə almaq üçün şirkətlərlə müqavilələr bağlamağı planlaşdırırıq. Bunlar 73 ədəd “Sukhoi Superjet”, 210 ədəd “MS-21” və 40 ədəd “Tu-214” təyyarələridir. Təbii ki, bunun üçün bizdən əlavə resurslar tələb olunacaq. Bu proqram üçün pilotların sayını 3,5 min nəfərə qədər artırmaq lazım gələcək və səkkiz tam uçuş simulyatoru tələb olunacaq”.
S.Aleksandrovski prezidentlə görüşün sonunda qeyd edib ki, 2022-ci ildə sərnişindaşıma xərclərinin proqnozlaşdırılan artımına baxmayaraq qiymətlər dəyişməyib, əksinə, 2021-ci illə müqayisədə daşıma xərcləri 10 faiz ucuzlaşıb.
Rövşən Ziya
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)