MDB
Ukrayna müharibəsi bu tarixdə bitəcək: Arestoviç detalları açıqladı

Ukraynadakı münaqişənin qaynar mərhələsi 2025-ci ildə başa çatacaq.
Publika.az xəbər verir ki, bunu Vladimir Zelenskinin ofisinin rəhbərinin keçmiş müşaviri Aleksey Aretoviç rusiyalı bloger Nikolay Sobolevə müsahibəsində bildirib.
“Hər şey ona doğru gedir. “Üç addım irəli, iki addım geri” prinsipinə əsaslanır, amma buna baxmayaraq... Tərəflər həqiqətən də bu gün müharibənin başa çatmasında maraqlıdırlar”, - deyə o, öz fikirlərini bölüşüb.
Aretoviçin sözlərinə görə, bu, tərəflərin qlobal münaqişəyə son qoymaqda maraqlı olması demək deyil, lakin silahlı qarşıdurmanın bu mərhələsinin 2025-ci ildə başa çatacağına demək olar ki, şübhə yoxdur.
Bundan əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff jurnalist Taker Karlsona müsahibəsində bəyan etmişdi ki, Rusiya Federasiyasının tərkibinə daxil olan regionların statusu Vaşinqton üçün Ukrayna münaqişəsinin mərkəzi məsələsidir. Onun sözlərinə görə, bu məsələdə Rusiya tərəfi ilə dialoq “müsbət” gedir.
Xüsusi nümayəndə qeyd edib ki, silahlı qarşıdurmanın digər əsas mövzusu regionların beynəlxalq ictimaiyyət, o cümlədən Kiyev tərəfindən tanınmasıdır.
Tural

-
Maraq dünyası05:15
Meyit tabutda oyana bilir? - Mif dağıldı
-
Sosial04:14
Vaxtı keçmiş yumurta yeyirik? - "Üzərində heç bir yazı qeyd olunmur"
-
Avropa03:43
Qutsul davasının təfərrüatları MƏLUM OLDU
-
Səhiyyə01:41
Ayağına prosedur etdirdi, aylardır irin axır - Ölüm işində adı hallanan kosmetoloqdan ŞİKAYƏT
-
Magazin100:00
"İlhamə Quliyevanın cavabını verən yeganə mən olmuşam”
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Bunu sözlərlə ifadə etmək çətin ola bilər
-
İdman22 Aprel 23:36
Qalmaqallı boks gecəsi: Rəqibini nokaut etdi, məşqçisinə tüpürdü - VİDEO
-
Sosial22 Aprel 23:12
7 gündür onlardan xəbər yoxdur - Ailələr həyəcan içində / FOTO