Yaxın Şərq
İsrail "Hizbullah"la anlaşır - HƏMAS-dan reaksiya gəldi
HƏMAS Livanın şiə "Hizbullah" hərəkatı ilə İsrail arasında atəşkəsi dəstəkləyəcək.
Publika.az xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun üzvü Usamə Həmdan bildirib.
"Hizbullah" xalqımızı dəstəklədiyi və böyük fədakarlıqlar göstərdiyi üçün Livanda atəşkəs elan edilməsini alqışlayırıq", - Həmdan Əl-Mayadeen deyib.
O qeyd edib ki, HƏMAS və "Hizbullah" “bir-birinə güvənir və hərəkətlərini hər detalda əlaqələndirirlər”.
Bundan əvvəl “The Times of Israel” İsrail nazirlərinin "Hizbullah"la atəşkəs razılaşmasını təsdiqləməyi planlaşdırdıqlarını yazıb.
EFE-nin məlumatına görə, İsrailin baş naziri Benyamin Netanyahu “bəzi qeyd-şərtlərlə” ABŞ-ın təklif etdiyi razılaşmanı qəbul edib. Netanyahunun şərtlərinə, xüsusən, "Hizbullah"ın atəşkəs şərtlərini pozduğu halda İsrailə “fəaliyyət azadlığı”nın verilməsi tələbi daxildir.
Livan rəsmisi CNN-ə deyib ki, atəşkəsin “24 saat ərzində” elan ediləcəyi gözlənilir.
Bu arada razılaşmanın bağlanmağa yaxın olduğu xəbərləri İsraildə müxtəlif reaksiyalara səbəb olub. Beləliklə, İsrail Müdafiə Qüvvələri atəşkəs rejimini dəstəkləyir. İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir daha əvvəl "Hizbullah"la barışıq əldə etməməyə çağırıb.
İsrailin Livanla sərhəddə yerləşən bir sıra şəhər və qəsəbələrinin merləri bu razılaşmanı “təslim olma razılaşması” adlandırıblar. Onların fikrincə, bu, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumuna bənzər hücuma səbəb ola bilər.
Adəm Abbaslı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








































.jpg)
