Nəqliyyat
Daha bir küçədə marşrut avtobusları üçün xüsusi zolaq çəkildi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər davam etdirilir.
AYNA-dan Publika.az-a bildirilib ki, görülən işlər çərçivəsində Abbas Mirzə Şərifzadə küçəsində (İsfəndiyar Zülalov küçəsi ilə kəsişmədən Müzəffər Həsənov küçəsi ilə kəsişməyədək) 4 km-dən çox hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
A.M.Şərifzadə küçəsində 13 müntəzəm marşrut xətti üzrə 200-ə yaxın avtobus fəaliyyət göstərir. Həmin marşrut avtobusları ilə gün ərzində 155000-dən çox sərnişin daşınır.
İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO
-
ABŞ05:45Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
-
Cənubi Qafqaz04:44Məhkəmə Köçəryanın oğlu ilə bağlı belə qərar verdi
-
Dünya04:14Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır








.jpg)



























.jpg)

.jpg)

.jpg)