Nida.az
Göy məscidin qara günü
Şəxsi kolleksiyamda İrəvanda tikilən Göy məscidin ötən əsrin əvvəllərinə aid orijinal bir fotosu var. Fotoda məscidin önündə iki azərbaycanlı dayanıb, məscidin qarşısı isə ağaclıqdır.
1918-ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsi ilə birlikdə Qərbi Azərbaycandakı tarixi abidələrimizin də taleyi artıq zamanın öhdəsinə buraxıldı. Ermənilər tərəfindən vaxtilə tarixi Xan sarayı və digər tikililər məhv edilsə də, Göy məscid bu günə qədər gələ bildi.
Eni 66 metr, uzunluğu 97.2 metr olan məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xan tərəfindən tikdirilib. Məscid 28 hücrə, kitabxana, ibadətgah və iç həyətdən ibarətdir. Adı isə onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlıdır.
Sovet hakimiyyəti qurulandan sonra, 1931-ci ildə tikili məscid kimi fəaliyyətini dayandırır, 24 metr olan 4 minarədən 3-ü sökülür, yerində İrəvan Şəhər muzeyi yaradılır. Yazılanlara görə, Göy məscidin dağıdılmamasında erməni şairi Yeğişe Çarensin də rolu olur.
II Dünya savaşı dönəmində məsciddən silah anbarı kimi də istifadə olunur. Savaşdan sonra isə Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərir. İttifaqın dağılmasından sonra 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarılır. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürür.
Əlbəttə, məsələyə müsbət tərəfdən baxanda İran tərəfindən olsa belə, Azərbaycana aid tarixi bir məscidin qorunması, bərpa edilməsi, ibadətə açıq olması yaxşıdır. Ən azından digər tarixi abidələrimiz, məscidlərimiz kimi dağıdılmayıb. Amma məsələ təkcə bir müsəlman ibadət evinin digər bir müsəlman xalqa etibar edilməsi kimi qalsaydı, yenə də təqdir ediləcəkdi. Lakin bir müddət öncə Göy məscidə Xomeyninin heykəlinin qoyulduğunu fotolardan gördük. Bu isə artıq Göy məscidi panfarsizmin bir ünsürünə çevirmək, ümumiyyətlə, bu məscidin türklər tərəfindən tikilmədiyi görüntüsünü vermək idi.
Ümid edirik ki, İrəvan xanının tikdiyi məsciddə Azərbaycana, azərbaycançılığa qarşı ideoloji savaş aparılmayacaq. Çünki Ermənistanda ibadət evləri - kilsə tarixən erməni dövlətinin güclənməsi, “Böyük Ermənistan” projesinin həyata keçməsi üçün terror da daxil olmaqla hər cür təxribata, cinayətə əl atıb. Bu baxımdan, ümid edirik ki, Göy məscidin də belə bir məqsədlə istifadə edilməsi hallarını görməyəcəyik, məsciddə qara bayraqlar sallanmayacaq
99 illik icarəyə gəldikdə isə, bu müqavilənin tarixi heç o qədər də uzunömürlü olmayacaq.
Dilqəm Əhməd
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi





































