Nida.az
AXC-nin varisi kimdir?- Elçibəydən sonra qalmaqal yenə başladı
İyulun 16-da Azərbaycan Xalq Cəbhəsinin yaranmasından 25 il ötür. 1989-cu ildə yaradılan hərəkat 3 il sonra hakimiyyətə gəldi, lakin cəmi bir il iqtidarda qala bildi. Daha sonra müxalifətə keçən hərəkat lideri Əbülfəz Elçibəyin ölümünə - 2000-ci ilə qədər bütöv olaraq qalırdı.
Lakin Elçibəyin vəfatından sonra hərəkat demək olar ki, dağıldı
və bir neçə partiya şəkilində fəaliyyət göstərməyə başladı. AXC-dən
ayrılanlar AXCP, KXCP, BQP, BAXCP partiyalarını yaratdı. Bununla
yanaşı, ölkədə fəaliyyət göstərən əksər partiya təmsilçiləri də
vaxtilə bu hərəkatda təmsil olunublar. Bu illər ərzində əsas
mübahisə mövzusu AXC-nin varisinin kim olmasıdır.
AXCP özünü AXC-nin mənəvi olmaqla yanaşı, hüquqi varisi da sayır.
Partiya AXC-nin 25 illiyini AXCP-nin yubileyi kimi təqdim edir.
AXCP sədri Əli Kərimli Elçibəyin sağlığını xatırladaraq bildirir
ki, o, hərəkat daxilində islahatların keçirilməsini istəyirdi. Məhz
buna görə ona qarşı qruplaşma yaranmışdı.
“Əbülfəz bəy rəhmətə gedəndən sonra partiyamızda müəyyən parçalanma da oldu. Baxmayaraq ki bu parçalanmadan sonra biz də, bizdən ayrılmış digər qrup cəbhəçilər də özümüzü məhz AXCP adlandırırdıq, ancaq ictimaiyyət, mətbuat bizi islahatçı cəbhəçilər, bizdən ayrılmış qrupu isə klassik cəbhəçilər adlandırırdı. Bu vəziyyət illərlə davam etdi. Nəhayət, cəbhənin o biri hissəsinin adının qarşısına rəsmən “klassiklər” yazıldı. Bu adla da qeydiyyatdan keçdilər. Bizim də “islahatçılar” olduğumuz, beləliklə, “unuduldu”. Biz olduq, sadəcə, AXCP”, - deyə o qeyd edir.
AXCP-nin “Partiyamızın 25 illiyi” deməsi də göstərir ki, Əli Kərimli AXC-nin yeganə namizədinin məhz özünün olduğunu düşünür.
“Azərbaycan ictimaiyyəti AXC-nin varisi kimi KXCP-ni görür”
Lakin KXCP bunun əksini deyir. Mirmahmud Mirəlioğlunun müavini
Xəzər Teyyub Publika.az-a açıqlamasında bildirib
ki, ictimaiyyət AXC-nin varisinin kim olduğuna qiymət verib:
“AXC-nin ilk sədri Əbülfəz Elçibəy olub. Onun vəfatından sonra
2000-ci ilin noyabr ayında qurultay keçirildi. Elçibəydən sonra
partiyanın dağılmaması, irəli aparılması üçün yeni liderə ehtiyac
var idi. Bu lider hazırda KXCP-nin sədri olan Mirmahmud Mirəlioğlu
idi və qurultay böyük əksəriyyətlə onu seçdi. Bəyin müavinləri də
onun yanında dayandılar”.
X. Teyyublu qeyd edib ki, M. Mirəlioğlu Elçibəy Ankarada xəstəxana
olanda son dəqiqələrinə qədər yanında olub.
“Elçibəyin Azərbaycan və türk dünyasına müraciəti oldu. Həmin müraciətdə də o, Mirmahmud bəyi təqdim etdi. Bu baxımdan, Azərbaycan ictimaiyyəti AXC-nin varisi kimi KXCP-ni görür. Bunun əlavə şərhə ehtiyacı yoxdur”, -deyə o bildirib.
“Milli maraqları satanlar AXC-nin varisi ola
bilməz”
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli
Publika.az-a açıqlamasında bildirib ki, kim milli hədəflər, bütöv
azərbaycançılıq, türkçülük uğrunda mübarizə aparırsa, Azərbaycanın
dövlət və milli maraqlarını xarici maraqlara qurban vermirsə, o,
AXC-nin varisi hesab edilə bilər.
“Lakin bu gün varisliyə iddia edən AXCP vaxtilə iranpərəst mövqedən çıxış etdi, daha sonra Rusiyanın layihəsində yer aldı. Onlar necə AXC-nin varisi ola bilərlər. AXCP heç vaxt Elçibəyi sevməyib. AXC-nin varisi milli azadlıq hərəkatında iştirak edən və heç vaxt milli maraqlarımızı qurban verməyənlər hesab edilə bilər”, -deyə E. Mirzəbəyli qeyd edib.
Asif Nərimanlı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?
-
Kriminal02:44Azərbaycanda sabiq idarə rəisi restoranda dava saldı - Xəsarət alan var
-
Qoroskop00:45Günün ulduz falı: Yeniliklər və ya ani risklər üçün uyğun zaman deyil
-
MDB11 Noyabr 19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 11 Noyabr 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə11 Noyabr 16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 11 Noyabr 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region11 Noyabr 12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır









.jpg)


.jpg)
.jpg)
.jpg)

.jpg)





.jpg)













