Nida Təhlil
30 illik tragikomediya və inkişaf edən təhqir bacarığı...
Ləyaqətsiz, şərəfsiz, daban daşı, alkaş, çaqqal, həyasız və sair və ilaxır...
Xeyr, bu sözlər nə bizə məxsusdur, nə də niyyətimiz hansısa küçə davasını təsvir etmək deyil. Əslində bu haqda yazmamaq da olardı, amma və lakin...
Bu allı-güllü təhqirlərin Azərbaycan siyasətində xalqın adından danışmağa iddia edən və tez-tez ləyaqətli həyat bəxş etməkdən bəhs edən bir partiyanın, cəmiyyətin çoxdan unutduğu və klaviatura arxasına tulladığı, siyasi varlığını virtual aləmdə davam etdirməklə özünə təsəlli verən bir partiya sədrinin keçirdiyi iclasda səslənməsi ictimailəşməsinə səbəb oldu. Axı vətəndaşların ölkəni və onları idarə etməyə iddia edənlərin hansı leksikona sahib olduğunu, onlara hansı leksikonla müraciət edəcəyini bilməyə haqqı var.
Bəli, söhbət AXCP-dən gedir və əminik ki, bu, insanları o qədər də təəccübləndirmədi. Hər-halda ilk dəfə deyil...
Son dövrlər “informasiya blokadasında” olduğu iddiası ilə özünəməxsus formada gündəmdə qalmağa, bununla virtual siyasi varlığını öləziməkdən xilas etməyə çalışan Əli Kərimlinin rəhbərliyi ilə AXCP Rəyasət Heyətinin onlayn toplantısı keçirilib. Onlayn formada toplananlar Müsavat Partiyasını müzakirə edib, daha doğrusu müsavatçıların qarasınca söyüşlər, təhqirlər yağıdırıblar.
Budur, ləyaqətli həyat bəxş etməkdə danışanların hər cümləsi “ləyaqətsizcəsinə” üzərində qurulub.
Məmməd İbrahim deyib: Mən birinci dəfə idi ki, müsavatçıların komanda şəklində haradasa iştirak etdiyini görürdüm.
Seymur Həzi: Ləyaqətsizcəsinə...
M.İbrahim: Ləyaqətsizcəsinə, həyasızcasına. Onların dədələrini, sədrlərini söysəydin də heç vaxt belə yanaşmamışdılar.
İlhahm Hüseyn: Daban daşı Mustafadır da (Mustafa Hacıbəyli).
M.İbrahim: Mustafa gətirib hamısını, çaqqal kimi ulaşırdılar...
Təhqirlər davam edir, Müsavatın arxasınca aşağılayıcı ifadələr işlədirlər və Allahın hər günü özünü müxalifətin “şəksiz ideri” hesab edən, ətrafındakıları onu belə təqdim etməyə məcbur edən, müxalifətin birliyindən danışan və müsavatçıların əlini sıxan Əli Kərimli qeybət məclisini xatırladan bu təhqir yağışını diqqətlə izləyir.
Bir anlıq təssəvür edin ki, onlayn müzakirədə iştirak edənlər Azərbaycanda hakimiyyətə gəlib və hökumət nümayəndələridir, biri nazirdir, digəri komitə sədri, o biri baş nazir və s. Azərbaycan hökumətinin iclası keçirilir və iki sözündən biri söyüş, təhqir olan bu şəxslər hökumət kabinetində xalqın taleyini müzakirə edir...
90-cı illərdə Azərbaycan aşağı-yuxarı bu taleyi yaşayıb və ötən 30 il bu qüvvələrin yeganə inkişafı real toplantılardan onlayn formada toplantıya keçə bilməkdir, mahiyyətsə dəyişməyib. 30 ildir dəyişməyənlərin ölkəni dəyişmək haqqında durmadan danışması da başqa bir tragikomediyadır. Axı ölkənin inkişafı ilə ölkədə siyasət adına iddia edənlərin inkişafı adekvat deyilsə və arada uçurum qədər fərq varsa, bu qüvvələr çoxdan təyinat kimi baxdıqları siyasəti tərk etməli idi.
Etmirlər və dəyişməməkdə israr edirlər. İstər AXCP, istər Milli Şura, istərsə başqa bir ad altında olsun, bütün müzakirələrin mahiyyətini başqalarının arxasınca qeybət etmək, eyni söyüş, eyni təhqirlər yağdırmaq təşkil edir. Hər ikisinin əsas istiqamətvericisinin Əli Kərimli olması fonunda AXCP Rəyasət Heyətinin toplantısındakı mənzərənin Milli Şuranın onlyan iclasları ilə eyni olması təsadüfi deyil...
Təsadüf və təəssüf olan belələrinin bu məmləkətin siyasi cameəsində hələ də qalmasıdır.
Asif Nərimanlı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı