Nida Təhlil
"Zəmanəmizin Rəsulzadəsi", yoxsa... – " "Zoom"da qeybət" nələri ifşa etdi?
Məmməd Əmin Rəsulzadə arzuladığı və uğrunda mübarizə apardığı müstəqil, güclü Azərbaycanda Əli Kərimlinin “zəmanəmizin Rəsulzadəsi” adlandırıldığını görsəydi, dərindən köks ötürər və deyərdi: “Ah, Azərbaycan...”. Nə yaxşı ki, görmədi...
Amma biz xalq olaraq bunu da gördük. Siyasi partiya salonlarından klaviatura arxasına düşən, bütün siyasi fəaliyyəti bloqerlikdən başqa bir şey olmayan Əli Kərimli Rəsulzadə olmaq eşqinə düşüb. Milli Şuranın “zoom konfransı”nda buna görə Rahim Hacıyevi qınasalar da, əslində Hacıyevin Kərimlinin istəyi ilə belə təbliğata cəhd etdiyi şübhəsizdir. Çünki Kərimli özünə o qədər vurğundur ki, imkanı olsa özünü Türkiyənin Atatürkü, Fransanın Napoleonu, ingilislərin kralı elan edər. Bu, həm də uzun müddət uğursuzluğun yaratdığı psixoz vəziyyətdən də qaynaqlanır.
Lakin nə Rahim Hacıyev o sözü özbaşına deyib, nə də Kərimli bundan xəbərsizdir. “Zoom konfrans”da deyilənlər bunu təsdiqləyir.
Cəmil Həsənli Əli Kərimlini “zəmanəmizin Rəsulzadəsi” adlandırdığı üçün Rahim Hacıyevə irad tutur, bunun cəmiyyətdə qıcıq doğurduğunu deyir. Həsənli bu dəfə haqlıdır, çünki bu ada iddia cəmiyyətdə təkcə qıcıq yox, həm də ironiya doğurdu.
Gültəkin Hacıbəyli və Vidadi Mirkamal da Cəmil Həsənliyə dəstək verir. Hətta Vidadi Mirkamal bildirir ki, “bu cür danışıq insanları iyrəndirir”.
Lakin R.Hacıyev fikrində israr edir. Bildirir ki, “Burda heç bir qüsur yoxu, vaxt gələcək hamınız o fikirdə olacaqsınız”.
Rahim Hacıyevin özünü “bəyinə” daha da yaxşı göstərmək üçün belə dediyi, Əli Kərimlinin ətrafındakıların tez-tez bunu etdiyini görürük, amma məsələnin digər tərəfində bu adın ortaya atılmasının Kərimlinin istəyi olduğu da istisna deyil.
Əli Kərimli özü haqqında düşündüyünü Rahim Hacıyevin dili ilə ictimaiyyətləşdirdi. O, bununla bir növ “nəbz yoxlayırdı”, yəni reaksiya necə olacaq. Cəmiyyətdə, hətta Milli Şuranın özündə bu ironiya ilə qarşılandı, ona görə də Qənimət Zahid məsələnin üstünü örtmək üçün araya girdi və “Rahim bəy, xüsusi tərifləri şəxsən mənə yazın, mən Əli bəyə göndərəcəm” zarafatı ilə diqqəti yayındırdı.
Lakin sonra dedikləri ilə bütün fəaliyyətlərinin “siyasi teatr”dan başqa bir şey olmadığını etiraf etmiş oldu.
“Rahim bəyə ona görə bəraət qazandırıram ki, şiddət artırılmalıdır. Əli bəyin blokadası bizim hamımız üçün qoruyucu xətt olmalıdır. Blokadaya görə bu qədər təzyiq var, həbs görün nələr doğura bilər. Şiddətli saxlamaqla Milli Şuranın Koordinasiya Mərkəzində olanları xilas edirik, digər tərəfdən təbliğatdan qazanan xalq cəbhəsidir, Milli Şuradır, Əli Kərimlidir. Bununla düşərgəmizin reytinqləri artır və hüdudları genişlənir”, - Q.Zahid bildirir.
AXCP və Milli Şura bununla etiraf etmiş oldu ki:
- Əli Kərimli informasiya, ərzaq və dərman blokadasındadır;
- Əli Kərimliyə təzyiq edilir;
- Əli Kərimli təqib olunur;
- Əli Kərimlinin internetini kəsdilər;
- Hakimiyyət cəbhəçiləri izləyir;
- Milli Şuranın fəaliyyətinə imkan verilmir;
- Bizi öldürdülər, asdılar, həyatımız təhlükə altındadır;
kimi atılan başlıqlar, həyata keçirilən təbliğat psixoz təxəyyülün uydurması və “siyasi ölüm”lərini mümkün qədər gecikdirməkdən başqa bir şey deyil. Əli Kərimliyə “zəmanəmizin Rəsulzadəsi” olmaq da bunun üçün lazım idi, amma “zəmanəmizin şoumeni” olduğunu elə özü ifşa etdi.
Sabah “Əli Kərimli türk dünyasının ağsaqqalıdır” desələr, təəccüblənməyin....
Asif Nərimanlı
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi