Nida Təhlil
Bahar Muradova: "Azərbaycan ərazi bütövlüyünü bərpa etmək bacarığına malikdir"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Teleqraf.com-un saullarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Bahar xanım, Prezident İlham Əliyevin BMT-dəki çıxışı ilə beynəlxalq ictimaiyyətə bir çox mesajlar verdi. Ölkəmizin maraqlarının daha da möhkəmlənməsi baxımından bu çıxışın əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Cənab prezidentin BMT Baş Assambleyasındakı çıxışında ölkəmizin mövqeyi bir çox istiqamətlər üzrə açıq və qətiyyətli formada ifadə olundu. Burada səslənən fikirlər təkcə Azərbaycanın deyil, bir çox ölkələrin maraqları baxımından da kifayət qədər əhəmiyyətlidir. Dayanıqlı inkişafla sülhün bir-birini şərtləndirməsinə dair tezisi önə cəkən dövlət başçısı bunun ücün təhlükəsizliyin təmin olunması və digər ölkələrin ərazilərinə olan təcavüzə son qoyulması vacibliyini vurğuladı.
Öz fikirlərinə məhz bu tezislər üzərində başlayan cənab Prezident 30 ildən artıq bir müddətdə Ermənistanın beynəlxalq hüququ və BMT Nizamnaməsini pozduğu, Azərbaycana qarşı güc tətbiqi yolu ilə ərazimizin 20 faizini işğalda saxladığı, insanlarımızın məcburi köçkün və qaçqın vəziyyətinə salındığı faktlarını vurğuladı. Bütün dünya ictimaiyyətinə açıq şəkildə bir daha xatırladıldı ki, Azərbaycana qarşı etnik təmizləmə həyata keçirilib. Eyni zamanda bütün bunlar soydaşlarımızın fundamental hüquqlarının pozulması və onlara qarşı terror, hərbi və soyqırım kimi ağır cinayətlər törətməklə müşaiyət olunub.
- Bu illər ərzində isə beynəlxalq ictimaiyyət, o cümlədən beynəlxalq təşkilatlar məsələyə seyrçi mövqedən yanaşıb...
- Bunun nəticəsində də çox təəsüf ki, Azərbaycanın işğal altında olan ərazisində cinayətkar, terrorçu, qondarma bir rejim formalaşdırılıb. Bu qondarma rejimin mövcudluğu isə məhz Ermənistan və ona hər cür dəstək göstərən dairələrin, ölkələrin və regionda maraqları olan qüvvələrin səyi nəticəsində mümkün olub. Əks təqdirdə Azərbaycan öz ərazisini işğaldan azad etməyə qadir, həmçinin, öz ərazi bütövlüyünü təmin etmək bacarığına və imkanlarına malik olan bir ölkədir.
Ona görə də, BMT tribunasından verilən bu mesajlar təkcə Ermənistana deyil, daha cox onun təcavüzkar siyasətini dəstəkləyən, onu buna şirnikləndirən, həvəsləndirən, iqtisadi yardımlarla təmin edən dairələrə ünvanlanmışdı.
Paralel şəkildə Ermənistana əvəzsiz olaraq min tonlarla silah-sursat göndərən ölkələr və dairələr də buradan öz mesajlarını almış oldular.
- BMT-nin öz qərarlarına hansı müstəvidə yanaşması məqbul olardı?
- Cənab Prezident haqlı olaraq BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinə ciddi diqqət ayrılmasını vacib hesab edərək, vurğuladı ki, təkcə qətnamələri qəbul etməklə iş bitmir. Həm də real addımların atılması vacibdir. Real addımlar isə işğalçı Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməklə və beynəlxalq təşkilatların iradəsi ilə təsir göstərməklə mümkün ola bilər. İşğal altındakı ərazilərimizdə qanunsuz məskunlaşma ilə bağlı Ermənistanın Cenevrə Konvensiyasını və digər beynəlxalq öhdəliklərə məhəl qoymadığını, onları kobud və nümayişkaranə bir şəkildə pozmaqla müharibə cinayətləri törətdiyini və qanunsuz məskunlaşmanın hec bir halda hüquqi sayıla bilmədiyini diqqətə catdıran ölkə rəhbəri bütün bunlara görə sərt və təsirli addımlar atılmasının və BMT qətnamələrinin icra mexanizmlərinin formalaşdırılmasının vacibliyini vurğuladı.
Bu sənədlərin və qərarların yerinə yetirilməməsinin BMT-nın nüfuzuna xələl gətirdiyini və mövqeyini sarsıtdığını vurğuladı.
- İşğaldakı ərazilərdə milli-dini abidələrin ermənilər tərəfindən məhv edilməsi ilə bağlı beynəlxalq ictimaiyyətə hansı informasiyalar verildi?
- Bu bir həqiqətdir ki, Ermənistan tərəfindən işğal ərazilərində olan milli mədəniyyət abidələrimizin məhv edilir, vandalizmə məruz qalır. Eyni zamanda ekoloji tarazlıq pozulur, süni ekoloji problemlər yaradılır, bu bölgələrimiz nüvə tullantılarının basdırıldığı, narkotik qaçaqmalçılığının tüğyan etdiyi, çirkli pulların yuyulduğu bir məkana çevrilir.
Ərazinin və əhalinin su təminatına da problemlər yaradılır. Ona görə də, dövlət rəhbəri tərəfindən beynəlxalq tribunadan Azərbaycanın haqlı mövqeyinin səsləndirilməsi hər bir vətəndaşın istəyinin ifadəsi kimi dəyərləndirilir.
- Qənaətinizcə Azərbaycanın haqlı mövqeyinin ifadəsi olaraq BMT-nin xüsusi bir qərarının qəbul ediləcəyi gözlənilirmi?
- Sessiyada iştirak edən ölkə başcıları və digər nümayəndələr Ermənistanın törətdiyi cinayətlərin Azərbaycan tərəfindən bu şəkildə kəskin açıq və hüquqi əsaslandırmalarla bildirilməsinə diqqətsiz qalmamalıdır. Bu məsələlərə sessiyada iştirak edən ölkələrin ayrılıqda və BMT-nin bir təşkilat kimi özünəməxsus münasibəti olmalıdır. Bu məsələnin çıxışlarda və qəbul ediləcək sənədlərdə vurğulanması kifayət qədər vacibdir.
Çünki Ermənistanın nəinki Azərbaycan torpaqlarını işğalda saxlaması, həmçinin erməni rəsmilərinin "yeni ərazilər naminə yeni müharibə" doktrinasına əsaslanan ritorikasına münasibət bildirilməlidir. Azərbaycan və Ermənistan sərhədində son zamanlar törədilən insidentlər dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamalıdır.
Tovuz hadisələri və avqust ayında baş vermiş hərbi diversiya bunun bariz nümunəsidir. Bu təxribatlar birbaşa mülki əhaliyə və onların əmlakına, eləcə də Azərbaycan ordusuna, strateji əhəmiyyət daşıyan obyektlərə qarşı təşkil edilmiş qəsddir. Bütün dünya Ermənistanın terrorçu və təcavüzkar, faşist ideologiyasından qaynaqlanan siyasətinin mahiyyətini bilməlidir və onu kəskin şəkildə qınamalıdır.
- Erməni təxribatı nəticəsində mülki vətəndaşların həlak olması, onların əmlakınınn dağıdılması və sərhəd qanunlarının pozulması hansı məqsədlərə xidmət edir?
- Münaqişə Dağlıq Qarabağ ərazisində olduğu üçün Tovuz istiqamətində ermənilərin bu cür insidentlərinin tamamilə başqa bir məqsədə və xəbis bir niyyətə xidmət etdiyi hər kəsə aydındır. Onlar bu cür təxribatları törətməklə 3-cü dövlətləri, xüsusiilə məlum hərbi birlikləri bu prosesə qatmaq kimi niyyətlərini reallaşdırmağa calışırlar. Çünki düşmənin məqsədi tamam başqadır. Onlar daxildəki təlatümlərdən diqqəti yayındırmaq üçün ardıcıl olaraq cəbhə xəttində təxribatlara əl atırlar.
Paralel olaraq da münaqişəni böyütməklə prosesi Dağlıq Qarabağ müstəvisindən uzaqlaşdırmaq, qondarma rejimi qanuniləşdirmək məqsədi güdürlər. Orada keçirilən saxta seçkilər də məhz bu çirkin niyyətin tərkib hissəsi idi. Amma bu qondarma seçkiləri nə ATƏT, nə Avropa Parlamenti, nə də digər beynəlxalq təşkilatlar qəbul etdi. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı isə qondarma seçkilərin qeyri-qanuni olduğunu vurğuladı. Bu, eyni zamanda danışıqlar prosesinə, təcavüzün aradan qaldırılması istiqamətində BMT qətnamalərinin reallaşdırılmasına çox ciddi bir zərbədir.
BMT-nin özü də bu cür məsələlərə daha adekvat və çevik reaksiya verməlidir. Çünki cəzasızlıqda qalan düşmən daha da şirniklənərək digər cinayət əməllərini reallaşdırmaqda maraqlı olur. Xüsusilə əhəmiyyətli məqam ondan ibarətdir ki, cənab Prezident Ermənistanın açıq şəkildə Azərbaycanı təhdid etdiyini BMT-nin sessiyasında vurğuladı. Çünki cəzasızlıqdan ruhlanan erməni rəhbərliyi təxribatlar törətməklə yanaşı Azərbaycanın mühüm strateji hədəflərinə zərbə endirəcəkləri ilə bağlı bəyanatlar səsləndirir. Ona görə də, həm sessiya iştirakçıları, həm də BMT-nin Baş Assambleyası bütün bunlara görə Ermənistanı ciddi şəkildə qınamalı, səlahiyyətləri çərçivəsində müvafiq addımlar atmalıdır.
- Sizcə, eyni regionda olan, amma fərqli statusa malik iki dövlətə yanaşma hansı müstəvidə qurulmalıdır?
- Bu sualın aydın və dəqiq cavabı möhtərəm Prezidentimiz BMT-nin tarixində az hallarda rast gəlinən bir tərzdə və məzmunda verdi. O, bizm hamımızın iradəsinin və mövqeyinin ifadəçisi kimi bu dəfə də öz missiyasının öhdəsindən layiqincə gəldi. Ermənistanın əsl simasını, onun biabırçı mahiyyətini və iç üzünü təkzibedilməz faktlarla tam ifşa elədi.
Müharibə vəziyyətində olan Azərbaycanın əldə etdiyi nailiyyətlər, özünəməxsus iqtisadi inkişaf modeli göz önündədir. Azərbaycan öz resurslarından ölkədə iqtisadiyyatın yüksəlməsi ilə yanaşı region və dünya ölkələri ilə də əməkdaşlığın möhkəmləndirilməsi naminə istifadə edir. Açıq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasət yürüdür. Xalqlar və dövlətlər, dinlər və mədəniyyətlər arasında dostluğa, anlaşmaya töhfə verir. Multikultural dəyərlər əsasında azad, demokratik, vətəndaş cəmiyyəti quruculuğunda inamla irəliləyir.
Xüsusən də, COVID-19-a qarşı mübarizədə Azərbaycanın əldə etdiyi uğurlar və ona qarşı birgə mübarizənin aparılması ücün beynəlxalq miqyasda səylərin birləşdirilməsi istiqamətindəki fəaliyyəti diqqətəlayiqdir. İndi gəlin baxaq, bu regionda yerləşən bir-biri ilə müharibə vəziyyətində olan iki ölkənin hansı dünya ictimaiyyəti üçün, beynəlxalq təşkilatlar üçün töhfə verən ölkədir? Kimi dəstəkləmək daha faydalı olar? Təcavüzü dövlət siyasəti kimi qəbul edərək terorra əsaslanan faşist ideologiyasını şöhrətləndirən Ermənistanımı? Yoxsa öz resurslarını bütün ölkələrin və xalqların təhlükəsizliyi və rifahına yönəldən Azərbaycanı?
Cənab Prezident məhz bu istiqamətdə dünya birliyinə bu mötəbər təşkilatın tribinasından özünün möhtəşəm çıxışında çox ciddi mesajlar vermiş oldu.
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO