Nida Təhlil
Konqresə hücum terror, Milli Məclisə basqın demokratiya? – Bakıdakı xain şəbəkə DE-ŞİFRƏ oldu
ABŞ-da insanlar Konqresin binasına hücum edir: bu, terror aktı, qarşısının alınması demokratiyanın bərqərar olunmasıdır;
Azərbaycanda parlament binasına hücum olur: bu, xalqın istəyi, hücumun qarşısının alınması anti-demokratiyadır;
Demokratik dəyərlərə dünyanın yanaşması bu müqayisədə ortaya çıxır və insan haqları, söz azadlığı, etiraz haqqı kimi prinsiplərin əslində qurulmuş siyasi teatrdan başqa bir şey olmadığı məlum olur.
Məlum olur ki, ABŞ-da Konqres binasına hücum edənləri güllələyə və onları terrorçu elan etmək olar, amma Azərbaycanda parlament binasına hücum edənlərin polis tərəfindən etik çərçivədən kənara çıxmadan ərazidən uzaqlaşdırılması, daha sonra qanunvericiliyin tələb etdiyi formada addımların atılması demokratik dəyərlərə qarşı təzyiqdir.
Nə baş verdi?
Ötən ilin 14 iyul tarixində insanlar Şəhidlər Xiyabanına Ermənistan işğalına son qoymaq istəyi ilə yürüş etdi. Onların Ali Baş Komandan İlham Əliyevdən əsas istəyi ərazilərimizin işğaldan azad edilməsi idi və həmin yürüşdən bir neçə ay sonra Ali Baş Komandan xalqa verdiyi vədinə əməl edərək, həm də xalqın tələbinə uyğun olaraq torpaqlarımızda 30 illik işğala son qoydu. Bu, xalq və onun liderinin əzminin nəticəsidir. Hərçənd, həmin yürüş zamanı bir qrup təxribatçı parlament binasına hücum edərək, ətrafı dağıtdılar. Azərbaycan polisi heç bir zorakılığa əl atmadan, etik çərçivəsində qanunverici orqana daxil olanları oradan uzaqlaşdırıldı, daha sonra hadisə ilə bağlı qanun çərçivəsində tədbirlər görüldü.
“Azərbaycan hakimiyyəti insanların etiraz səsini boğur”;
“Azərbaycanda demokratiya, söz azadlığı təhlükə altındadır”;
“Bu, hakimiyyətin növbət təzyiqidir”;
Anti-Azərbaycan qüvvələrin təsiri altındakı bir sıra xarici təşkilatlar və bu qüvvələrin daxili uzantıları tərəfindən irəli sürülən bu iddialar Azərbaycan dövlətinə qarşı növbəti qara piar kampaniyasının əsasını təşkil edirdi.
Bu ilin ilk günlərində ABŞ-da Tramp tərəfdarları Baydenin prezident seçilməsinə etiraz edərək, Konqresin binasına hücum etdi. ABŞ polisi dərhal odlu silahdan istifadə etdi: biri Konqres binasının dəhlizlərində olmaqla 5 ölüm hadisəsi baş verdi.
Yeni prezident Bayden deyir: bu terror aktıdır, Konqres binasına daxil olanlar terrorçulardır, baş verənlər qiyamdır.
Qərb institutları 5 nəfərin ölümü ilə nəticələnən hadisələrə heç bir reaksiya vermir, hətta bunun terror olduğunu öz susqunluğu ilə təsdiqləyir də.
Haqlı suallar yaranır.
- Azərbaycan parlamentinə hücumun qarşısının dinc yolla alınması demokratiyanın pozulması, ABŞ Konqresinə hücumun qarşısının qanla alınması qiyamın yatırılmasıdır?!
- Azərbaycan parlamentinə hücum edən vandallar günahsız insanlar, ABŞ Konqresinə hücum edənlər terrorçulardır?!
- ABŞ-da baş verənlər qiyam və terror, Azərbaycanda baş verənlər xalqın istəyidir?!
Cavablar sualların özündə əksini tapır: demokratiya, insan haqları, söz azadlığı kimi dəyərlər sadəcə müxtəlif qüvvələrin əlində siyasi manipulyasiyadır.
İllərdir Azərbaycana qarşı ABŞ-da tapdanan dəyərlər – demokratiya, insan haqları və s. üzərindən manipulyasiya aparılır: qanun pozuntularının qarşısını alınması anti-demokratiya kimi dəyərləndirilir, müxtəlif qərarlar, qətnamələr qəbul olunur.
Bu kampaniyaların arxasındakı qüvvələr bəllidir: Soros və şəbəkəsi, o cümlədən, bu şəbəkənin tərkibinə daxil olan erməni diasporu/lobbisi.
Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center - ESİSC) 2017-ci ildə apardığı araşdırma bu şəbəkənin Azərbaycana qarşı fəaliyyətini de-şifrə edən əsas sübutlardandır. (Oxu: Azərbaycana qarşı sui-qəsd planı: kəşfiyyat gizli erməni şəbəkəsini de-şifrə etdi - https://publika.az/news/nida_xeber/190692.html).
Faktlar təsdiqləyir ki, anti-Azərbaycan kampaniyasının daxili uzantıları bu şəbəkənin maliyyələşdirdiyi “5-ci kalon”un qalıqlarıdır. Mexanizmin necə işlədiyini də sirr deyil: şəbəkənin daxili uzantıları istənilən xırda məsələni siyasiləşdirir və “hakimiyyət demokratiyanı pozur” təbliğatına başlayır; şəbəkənin xarici qanadı bu təbliğata istinad edərək, “Azərbaycanda demokratiya pozulur” kampaniyasına başlayır: əvvəlcə, müxtəlif xarici mediada bununla bağlı məqalələr dərc olunur, ardınca, məsələ beynəlxalq təşkilatlara çxıarılır və Azərbaycana qarşı qətnamələr, qərarlar qəbul olunur;
Azərbaycan parlamentinə hücumun “haqlı etiraz”, hadisənin qarşısının alınmasının “hakimiyyətin təzyiqi” kimi qiymətləndirənlərin ABŞ Konqresinə hücumu qiyam, odlu silahdan istifadə edərək, 5 nəfərin öldürülməsini isə terror aktının qarşısının alınması kimi qələmə verməsi illərdir rəsmi Bakının üzləşdiyi məkrli oyunları növbəti dəfə ortaya çıxardı.
Və diqqətdən yayınmır ki, Azərbaycan parlamentinə hücumu müdafiə edən “5-ci kalon”un üzvləri ABŞ Konqresinin dəhlizlərində tökülən qan qarşısında susur, “bu, terror aktı, onlar terrorçular, hadisə qiyamdır” tezisini müdafiə edirlər.
Xarici şəbəkələrin daxili uzantısı olan bu qüvvələrin Vətən müharibəsində tutduqları anti-milli mövqe də onların siyasi marionetka olduğunu, Vətən və millət anlayışlarının verilən tapşırıqların mahiyyətinə uyğun dəyişdiyini sübut etdi.
Onlar Vətən müharibəsində Azərbaycana qarşı hücuma keçən qüvvələrin yanında yer aldılar: Ermənistan cəbhədə məğlub olduğu vaxt, Azərbaycana qarşı xaricdən hücumlar başlandı; məqsəd ordumuzun hərbi uğurlarının qarşısını siyasi yolla almaq idi; erməni diasporu\lobbisi və onun təsirinə olan qüvvələr müharibəni dayandırmaq, Azərbaycanın 30 illik işğala son qoymaq istiqamətindəki əzmini qırmaq üçün əllərindən gələni etdi; daxildəki qüvvələr də bu məkrli oyunda yer alırdılar;
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə anti-milli qüvvələrin kimlər olduğunu açıq şəkildə bəyan etdi.
“Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır”, - dövlət başçısı bildirdi.
Əlavə etdi ki, onlardan başqa nə gözləmək olar?
“Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər”, - Prezident bəyan etdi.
30 illik tarixin gedişatı hər şeyi ortaya çıxarır.
1990-cı illərdə Ermənistan Azərbaycana hücum edəndə, cəbhədə döyüş gedəndə Bakıda hakimiyyət davası aparılırdı. Ölkə rəhbərliyi yoxa çıxmışdı, ordu daxilindəki qruplaşmalar siyasi mübarizədə istifadə olunur, hərbiçilər hakimiyyəti ələ keçirmək üçün Bakıya çağırılır, döyüş meydanı boş qalırdı.
“Əvvəl Bakını alaq, sonra Qarabağı”. Əsas tezis bu idi və nəticədə Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etdi.
30 il sonra anti-milli qüvvələr yenə eyni tezisdən çıxış etməyə başladılar: “Əvvəl Bakını alaq, sonra Qarabağı”.
Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndə antimilli şura kampaniyaya başladı:
- “Bu rejimlə Qarabağı azad etmək mümkün deyil”;
- “Demokratik hakimiyyət qurulsa, əraziləri azad edə bilərik”;
- “Əvvəlcə Bakını alaq, sonra Qarabağı…”;
- “İnqilab günü cəbhəni tərk edib, Bakıya gəlin, Bakını azad edəndən sonra Qarabağı azad edəcəyik”;
Bu tezislər üzərindən kampaniyanın aparılması təsadüfi deyildi.
Anti-Azərbaycan qüvvələr – erməni diasporu/lobbisi Qarabağ məsələsində prinsipial mövqe tutan Azərbaycan hakimiyyətinə qarşı hücuma keçmişdi. Çünki anlayırdılar ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Məhz bunun üçün Prezident İlham Əliyevə qarşı daxildən cəbhəni genişləndirirdilər.
Bu oyunlar baş tutmadı və Azərbaycan lideri 90-cı illərdə torpaqlarımızın işğalının səbəbkarlarının qalıqlarının və onları idarə edən ermənipərəst qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Qarabağda 30 illik işğala son qoydu. 44 günlük müharibə boyunca anti-milli qüvvələr Ordumuzun qarşısını almaq oyununda aktiv iştirak etdilər. Məhz İlham Əliyevin prinsipiallığı yenə oyunu pozdu və Azərbacan böyük zəfər qazandı.
Əlləri hər yerdən üzülən bu qüvvələr hazırda qazanılan Zəfəri gözdən salmaq cəhdləri edir. Onların məqsədi bəllidir: Heç vaxt xalq arasında ciddi dəstəyi olmayan bu şəxslər şanlı zəfərdən sonra birdəfəlik siyasi səhnədən silinmək təhlükəsi hiss edirlər; İllər boyu manipulyasiya etdikləri Qarabağ mövzusu gündəmdən çıxır; Onların “bir gün hakimiyyətə gələcəyik” ümidləri və kiçik ətraflarını yanlarında saxlamaq üçün istifadə etdikləri təbliğatları alt-üst oldu; Azərbaycan xalqı bundan sonra Qarabağı azad edənin – Ali Baş Komandanın ətrafında daha sıx birləşəcək və bu, onların siyasi maraqlarına ziddir;
Hərçənd, bu təkcə daxili proses deyil və qazanılan zəfərin gözdən salınması kampaniyası ölkə sərhədlərindən kənara, indiyə qədər Azərbaycana qarşı mübarizə aparan şəbəkəyə qədər gedib çıxır.
Məqsəd Azərbaycanın qazandığı zəfəri xalqın gözündən salmaq, Azərbaycan daxilində yaramış həmrəylik mühitini pozmaq, o cümlədən, Ermənistanın Azərbaycan torpaqlarına iddiasının bundan sonra da davam etdirilməsini təmin etməkdir.
Lakin Vətən müharibəsində xalq erməni lobbisinin Azərbaycana qarşı beynəlxalq səviyyədə hücumunu və bu hücumun daxili qanadında yer alan anti-milli qüvvələri tanıdı. Və xalq hər kəsin qiymətini verir.
Asif Nərimanlı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var