Nida Təhlil
Azərbaycan tarix yazır - Keçmiş nazir AÇIQLADI
Martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşü keçirildi. Bu, 44 günlük müharibədəki zəfərimizdən sonra türkdilli ölkə başçılarının ilk zirvəsi idi. Dövlət başçıları bu görüşdə Azərbaycan prezidentini qələbə münasibətilə təbrik etdilər. Ən xoş arzularını çatdırdılar.
Zirvə görüşünün əsas müzakirə mövzularından biri heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi idi. Prezident İlham Əliyev bildirdi ki, tarixi Azərbaycan torpağı olan Zəngəzur dəhlizinin yenidən açılması türk dünyası ilə kommunikasiya əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm töhfə olacaq.
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov da Publika.az-a açıqlamasında Zəngəzur dəhlizinin açılması türkdilli ölkələrlə kommunikasiya əlaqələrinin inkişafı baxımından önəmlidir fikrini təsdiqləyib:
“Azərbaycanın bu məsələdə istəyi və mövqeyi də bəllidir. Bu kommunikasiya dəhlizinin açılması Şərqlə Qərb istiqamətində gedən və türkdilli ölkələrin əksəriyyətini əhatə edən bir istiqamətdir. Zəngəzur dəhlizinin açılması ilə Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə yanaşı, Türkiyə ilə əlavə istiqamətdə bağlantımız olacaq. Bu, çox müsbət haldır. Üstəlik, daha qısa kommunikasiya xəttidir. Zəngəzur dəhlizinin açılması tarixi hadisə olmaqla yanaşı, həm də tarixi kommunikasiya xəttinin bərpasıdır”.
Keçmiş Xarici İşlər nazirinin fikrincə, Zəngəzur dəhlizinin açılmasında digər qonşu ölkələrin də maraqları var: “Şimal-Cənub istiqamətini nəzərdə tuturam. Cənubda və şimalda olan digər ölkələrin də bu dəhlizin açılması üçün maraqlanması və çabalaması təbii ki, yerinə düşür. Bu, çox vacib bir layihədir. Onun icrasına Azərbaycanın ümidləri çox böyükdür. Eyni zamanda, bu dəhlizin açılmasında digər türkdilli dövlətlər də maraqlıdır”.
Politoloq qeyd edib ki, türkdilli ölkələrin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi həmişə prinsipial olub:
“Özbəkistanın bu məsələdə mövqeyi prinsipial idi və dəfələrlə biz bunu müşahidə etmişik. Eləcə də Qazaxıstan da Azərbaycanın ərazi bütövlüyü məsələsində qəti mövqeyini ortaya qoyub. Türkmənistan və Azərbaycan prezidentlərinin əvvəlki görüşlərində, təmaslarında da Aşqabadın ərazi bütövlüyü ilə bağlı mövqeyi birmənalı idi. Əslinə qalsa, türkdilli ölkələrin əməkdaşlığı məsələsi tarixi baxımdan təzə bir prosesdir”.
Tofiq Zülfüqarovun sözlərinə görə, türkdilli ölkələr üçün də Azərbaycanın ərazi bütövlüyünün bərpası vacib məsələ idi: “Ona görə də bu ölkələr ərazi bütövlüyümüzə səssiz qala bilməzdilər. Türkdilli ölkələrin əvvəlki tədbirlərində həmişə bu məsələyə toxunublar. Budəfəki toplantıda da həmin dövlətlər öz mövqeyini bildirdilər. Mən çox şadam ki, 44 günlük müharibədə Azərbaycanın əldə etdiyi zəfərə bu səviyyədə qiymət verildi. İldən-ilə türkdilli ölkələr arasındakı əlaqələr daha da inkişaf edəcək”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)









.jpg)

















.jpg)
.jpg)

