Nida Təhlil
“Metsamor” region üçün çox böyük təhlükə mənbəyidir - Şərh
Bu gün Çernobıl Fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümüdür. 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobılda baş verən nüvə qəzası nəhəng humanitar faciəyə səbəb oldu. Partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb oldu. Nəticədə yüz minlərlə insan yüksək səviyyədə radiasiyaya məruz qaldı, 350 min nəfər radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur oldu, 31 nəfər dərhal həyatını itirdi, 4000-27000 insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu.
Bölgədə - Ermənistan ərazisində yerləşən “Metsamor” Atom Elektrik Stansiyası da belə bir qəzanın mümkünlüyü baxımından olduqca təhlükəlidir. Bu AES illərdir ki, qəzalı vəziyyətdədir, bu baxımdan bəşəriyyət üçün qlobal faciə mənbəyi hesab olunur.
Publika.az-a açıqlama verən politoloq Natiq Miri deyib ki, “Metsamor” AES region üçün çox böyük təhlükə mənbəyidir. Onun sözlərinə görə, bu təhlükə mənbəyi sadəcə olaraq bir anda hansısa partlayış nəticəsində başlayıb bitəcək təhlükə mənbəyindən və yaxud da partlayışdan ibarət olmayacaq: “Yəni ən azından ortada Çernobıl təcrübəsi var. Hələ də Çernobıldakı partlayışdan sonra insanlığın, xüsusilə də regionda və Ukraynada olan insanların çox ciddi səviyyədə fəlakətlərə düçar olduğu kiməsə sirr deyil. Ona görə də “Metsamor” AES təkcə Azərbaycanın və region ölkələrinin deyil, bütövlükdə dünyanın və bəşəriyyətin bir məsələsidir. Çünki Ermənistan elə bir regionda yerləşir ki, burada bir nüvə partlayışı, AES-də hansısa ciddi fəsad olarsa, regionda milyonlarla insan bundan zərər görəcək. Bu zərər təkcə regionla məhdudlaşmayacaq, bu, illər boyu davam edəcək ki, artıq bu yöndə insanlıq və bəşəriyyət təbil çalmağın zamanının gəldiyini anlamalıdır”.
N.Miri qeyd edib ki, Azərbaycan tərəfi bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ancaq ortada nəticə yoxdur: “Yəni bu, yaxın zamanın məsələsi deyil. Çox maraqlıdır ki, bu gün Ermənistanın yeni AES inşa etmək üçün vəsaiti olmadığına görə heç bir ölkə qolunu çırmayaraq onlar üçün yeni nüvə obyekti tikmək niyyətində deyil. Hətta Ermənistanla Rusiya arasında konkret olaraq danışıqlar da baş tutub, bu danışıqlar davam etməkdədir. Yəni Rusiya verdiyi kreditlər əsasında Ermənistan ərazisində yeni AES inşa etsin. Ancaq bu, nə qədər ciddidir və necə həyata keçiriləcəksə, böyük suallar doğurur. Çünki Rusiya bəzən bu cür danışıqları sadəcə özünün qısamüddətli geosiyasi maraqları üçün aparır. Onlar da bilir ki, indiki vəziyyətdə Ermənistana ayrılmış kreditlərin qaytarılma ehtimalı o qədər də yüksək deyil”.
Politoloqun sözlərinə görə, bu gün hətta maliyyə imkanları olan Avropa İttifaqı və yaxud da ABŞ kimi hegemon dövlətlər də bu məsələ ilə bağlı əlini daşın altına qoymaq istəmir: “Ancaq hər bir halda ən azından region ölkələri birlik olaraq Ermənistana qarşı bu məsələni ciddi şəkildə dilə gətirməli və gündəmə çevirməlidirlər. Bəlkə bundan sonra həqiqətən də Ermənistanla bağlı bu məsələnin çözümünə aydınlıq gətirilsin”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO