Nida Təhlil
Ermənistanın dəstəklədiyi təklif Azərbaycanın xeyrinə ola bilməz – Şərh
Rusiya Azərbaycan-Ermənistan sərhədindəki insidenti tənzimləmək üçün demarkasiya və delimitasiyanın keçirilməsinə başlamağa səy göstərməyi təklif edib. Eyni zamanda, Rusiyanın prosesdə məsləhətçi və vasitəçi kimi iştirakı təklif edilib.
Bu haqda Rusiya Xarici İşlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.
Bizim bu təklifə münasibətimiz necə olmalıdır?
Politoloq Elxan Şahinoğlu Publika.az-a açıqlamasında deyib ki, bu suala cavab vermədən öncə başqa suala cavab tapmalıyıq:
“Rusiyanın vasitəçiliyi nə zaman Azərbaycan üçün faydalı olub? Uzaq və yaxın tariximiz bu suala müsbət cavab vermir. Rusiya hərbçiləri Qarabağda separatçıları tərk-silah etmədikləri kimi, “İsgəndər-M” raketləri ilə bağlı müəmma da çözülmədi. Rusiya Prezidenti Vladimir Putin müharibə günlərində Ermənistana silah-sursat daşındığını gizlətmədi. İndi bu dövlət Azərbaycanla Ermənistan arasında sərhəddi müəyyənləşdirmək üçün hakim rolunda çıxış etsə, nəyin baş verəcəyi üzərində baş sındırmağa dəyməz. Haqlarımız qorunmayacaq. Ona görə də rəsmi Bakı “sərhəddin müəyyənləşməsi iki dövlət arasında danışıqlar vasitəsilə aparılmalıdır” yanaşmasında israrını davam etdirməlidir. Doğrudur, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bu məsələyə münasibəti belədir ki, “Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdursa, danışıqlar prosesində Rusiya iştirak etməlidir”. Yəni, İrəvan artıq Rusiyanın vasitəçilik təklifini dəstəkləyib. Ermənistanın dəstəklədiyi təklif isə Azərbaycanın xeyrinə ola bilməz”.
Tural Turan
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov















.jpg)
.jpg)

















