Nida Təhlil
Azərbaycan əməkdaşlığa və regionun vahid gələcəyinin planlaşdırılmasına açıqdır - Politoloq
Cənab Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün müsahibələrdə və iştirak etdiyi bütün konfranslarda Azərbaycanın post-müharibə dövrü ilə bağlı yanaşması haqqında olduqca dəqiq və aydın mesajlar səsləndirib. Xocalı soyqırımının anım günü yerli və xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında, ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz üçün yeni baxış - müharibə sonrası inkişaf və əməkdaşlıq” mövzusunda dəyirmi masada bütün bu yanaşmalar ortaya qoyulmuşdu.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Şəbnəm Həsənova deyib.
Ekspert qeyd edib ki, bu geniş auditoriyalardan biri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələri oldu: "Hər şeydən öncə nəzərə alsaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin heyəti dünyanın siyasi fikirinin formalaşdırılmasında aktiv rol oynayan, dünya siyasi arenasında olduqca böyük nüfuza sahib siyasətçilər tərəfindən formalaşdırlıb, o zaman keçirilən müzakirələrin, səsləndirilən fikirlərin də nə qədər əhəmiyyətli olduğu bir daha məlum olur.
Hər zaman olduğu kimi cənab Prezident heç bir sualdan yayınmayaraq onlara təmkinlə, məntiqlə, detallı və sistemli şəkildə cavab verdi. Müzakirələr zamanı ölkə başçımız bir daha bildirdi ki, Ermənistan dövlətinin 30 illik işğalına, ərazilərimizin, mədəni və dini abidələrimizin yerlə yeksan edilməsinə və bütün bunların haqlı olaraq insanlarımızda dərin psixoloji sarsıntı yaratmasına baxmayaraq, hər nə qədər çətin olsa da, Azərbaycan birgəyaşayışa hazır olduğu mesajını da hər zaman verir. Bu birgəyaşayışa gedən yol isə regionda olan nəqliyyat dəhlizləri və kommunikasiyaların açılmasından keçir.
İşğal siyasətinə görə indiyə qədər Ermənistan regionda reallaşdırılan bütün layihələrdən məhrum olmuşdu. İndi isə yeni reallıq formalaşıb və bundan sonra atılacaq addımlar da bu yeni reallığa müvafiq olmalıdır. Eyni zamanda nəzərə alsaq ki, Ermənistan müharibədən sonra daha ağır vəziyyətlə üz-üzə qalıb, o zaman dəhlizlərin açılması ilk növbədə elə Ermənistanın özü üçün vacibdir. Bununla bağlı 20 noyabr 2020-ci il tarixli hüquqi baza da mövcuddur.
Azərbaycan əməkdaşlığa və regionun vahid gələcəyinin planlaşdırılmasına açıqdır. Bütövlükdə, cənab Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində dünyanın nüfuzlu 26 media qurumuna verdiyi müsahibələri və ondan sonra təşkil olunan konfranslarda, dəyirmi masalarda səsləndirdiyi fikirlər dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır. Belə ki, beynəlxalq ictimaiyyət həm ölkəmiz, həm də region haqqında Azərbaycan Prezidenti İlham Əliyev kimi dərin elmi-politoloji biliyə sahib bir siyasətçi vasitəsilə məlumatlanır. Bütövlükdə, bütün bu dövr ərzində cənab Prezident İlham Əliyevin informasiya savaşını mükəmməl şəkildə yürütməsi Ermənistan və erməni lobbisinin, Azərbaycanı istəməyən xarici qüvvələrin tərksilah edilməsində olduqca əhəmiyyətli rol oynadı".
Aytən Məftun
-
Ekopublika.az06:16
Yeni il qabağı ərzaq QİYMƏTLƏRİ - VİDEO
-
Avropa03:18
Vətənlərinə qayıtmaq istəyən suriyalılara pul təklif ediləcək - MƏBLƏĞ
-
Avropa02:43
Makronu xoruza bənzətdilər
-
İdman02:19
“Liverpul”u və Kloppu təhqir edən hakim qovuldu
-
Yaxın Şərq01:15
İsrail Suriyadakı silah anbarlarını bombaladı
-
Qoroskop00:35
Günün qoroskopu: Yeni işlərə hazır olun!
-
Nəqliyyat9 Dekabr 23:55
Taksidən istifadə edənlərə ŞAD XƏBƏR
-
Hadisə9 Dekabr 23:25
Nazirliyin tabeliyindəki zavodda YANĞIN oldu