Nida Təhlil
Bu, Azərbaycanın regiondakı nüfuzu ilə bağlıdır - Azər Badamov
"Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Prezident İlham Əliyevlə telefonla danışıb. Dünyanın iki qlobal güc mərkəzinin rəhbərinin eyni gündə ölkə başçısı ilə danışması Azərbaycanın regiondakı rolu və nüfuzu ilə bağlıdır. Çünki Azərbaycan həm Avropa İttifaqı ilə, həm də ÇXR-lə əməkdaşlığını genişləndirir. O cümlədən iki qitənin birləşməsinə və əməkdaşlığın genişlənməsinə töhfə verir".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi ilə Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatına imkan yaradıb:
"Azərbaycanın təşkilatçılığı və iştirakı ilə ərsəyə gəlmiş Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi Avropa üçün təbii qaz təminatında yeganə alternativdir və bu qitənin enerji təminatını siyasiləşmədən uzaqlaşdırıb. Azərbaycan Avropa İttifaqı ilə həm Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində çoxtərəfli əməkdaşlıqda maraqlıdır, həm də bu ittifaqa daxil olan 9 ölkə ilə birbaşa ikitərəfli əməkdaşlıq haqqında sazişlər imzalayıb, sıx əməkdaşlıq və dostluq münasibətlərinə malikdir. Azərbaycanın Çinlə əməkdaşlığı da çox genişdir. Çin şirkətləri Azərbaycana sərmayələr qoyur, o cümlədən Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" layihəsinin inkişafına töhfə verir və iştirakçısıdır. Ölkəmizin üzərindən keçən logistik, tranzit beynəlxalq dəhlizləri, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun istifadəyə verilməsi Çindən çıxan yük konteynerlərinin daha rentabelli şəkildə Avropaya çatmasında xüsusi yer tutmağa başlayıb".
Deputatın sözlərinə görə, Avropa İttifaqı ilə Çin arasında 500 milyard dollar ticarət dövriyyəsinin olduğuna diqqət yetirsək, görərik ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra reallaşmağa doğru gedən Zəngəzur dəhlizi Azərbaycanın bu əməkdaşlıqda rolunu əhəmiyyətli səviyyədə artıracaq:
"Təbii ki, Azərbaycanın beynəlxalq əhəmiyyətinin artması Cənubi Qafqazda uzunmüddətli sülhün yaradılmasını vacib edir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan-Ermənistan arasındakı dövlət sərhədinin delimitasiya və demarkasiya olunaraq iki ölkə arasında uzunmüddətli sülh müqaviləsinin imzalanmasına töhfə verməyə hazır olduğunu qeyd edib. Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanmasına ölkəmizin hazır olduğunu qeyd edərək qarşı tərəfin buna hazır olmadığını bildirib. Paşinyan Avropaya səfər edərək əməkdaşlıq üçün və Azərbaycanla aralarında qalan məsələlərin öz xeyrinə həll edilməsində köməklik edilməsinə yalvarır".
Azər Badamovun fikrincə, Ermənistanın Azərbaycansız Avropa İttifaqına verə biləcəyi nəsə yoxdur və bu ölkə Aİ üçün maraqsızdır:
"Azərbaycan isə Avropa İttifaqı üçün çox əhəmiyyət daşıyır və Aİ Şurasının prezidenti şəxsən Prezident İlham Əliyevə zəng edərək bu fikirlərini ifadə edir. Çinlə Ermənistanın əlaqələri çox aşağı səviyyədədir və Ermənistan Çin üçün də maraqsız ölkədir. Ermənistanın qlobal güclər üçün maraqsız və dalan ölkəyə çevrilməsinin əsasında bu ölkənin apardığı uzunmüddətli işğalçılıq siyasəti dayanıb. Təbii ki, xain dalanda qalır. İki qlobal güc rəhbərinin Prezident İlham Əliyevə eyni gündə zəng etməsini və fikir mübadiləsi aparmasını Asiya ilə Avropa arasındakı əməkdaşlığın inkişafında Azərbaycanın nüfuzu və rolunun artacağında gördüklərinin ifadə edilməsi kimi də başa düşmək olar".
Tural Turan
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...