Nida Təhlil
Ermənistan gərginliyi artıran siyasətinə geri döndü - TRT HABER
Türkiyənin “TRT Haber” telekanalı təhlükəsizlik qaynaqlarına istinadla Ermənistanın “qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri döndüyünü” bildirib.
Publika.az xəbər verir ki, telekanal bu məlumatı Azərbaycan-Ermənistan dövlət sərhədi boyu son günlər erməni tərəfinin qızışdırıcı əməllərinin artması ilə bağlı yayıb. Lakin mənbə olaraq hansı ölkənin-Türkiyənin, yaxud Azərbaycanın təhlükəsizlik qaynaqlarından söhbət getdiyi dəqiqləşdirilmir.
“Təhlükəsizlik qaynaqları sərhəddə baş verən son atışmaları Ermənistanın qeyri-konstruktiv və gərginliyi artıran siyasətinə geri dönməsinin göstəricisi kimi qiymətləndirir”,-məlumatda bildirilir.
“Bəzi ölkələrin dəstəyi və cəsarətləndirməsi ilə Ermənistan bu təxribatlara əl atır”,-mənbələr deyib.
Həmin qaynaqlar Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın müdafiə naziri Vaqarşak Arutyunyanın yerinə Baş qərargah rəisinin müavini, general Arşak Karapetyanı təyin etdiyini xatırladıb. Karapetyanın “sərt mövqeli general olduğunu” bildirib.
“TRT Haber”-ə danışan mənbələr xatırladıb ki, Azərbaycan işğal edilmiş torpaqlarını Vətən müharibəsi nəticəsində geri qaytarıb, amma Azərbaycanla Ermənistan arasındakı sərhəd xəttində ixtilaflar davam edir. Mənbələr deyiblər ki, Azərbaycan prezidenti İlham Əliyevin sülh və dialoq çağırışlarına Ermənistan tərəfi konstruktiv cavab vermir.
-
Dünya11:03Türkiyə bu ölkədə gücünü artırır: Hərbi baza qurulur - Ankara niyə hərəkətə keçdi?
-
Rəsmi xronika10:21Prezident: Ermənistan buna şərait yaratmalıdır
-
Maraq dünyası09:425 gün sonra dünya yox olacaq - Allahı və İsanı görən şəxs dedi
-
Hadisə08:54Bakıda ağır qəza: "SOCAR"ın avtomobili ilə toqquşdu - VİDEO
-
Avropa07:30Cek Nikolsonun baltası yenidən hərraca çıxarıldı
-
Magazin206:1625 il sonra yenidən “Mumiya”da - FOTO
-
Magazin205:15Məşhur aktrisa 103 yaşında vəfat etdi
-
İdman03:13Ronaldo cəzalandırılmasını tələb etdi














.jpg)



















.jpg)

