Nida Təhlil
Bunun Azərbaycan üçün böyük önəmi var - Şərh
“Azərbaycan hələ 90-cı illərin əvvəllərindən türk dünyasına inteqrasiyanı xarici siyasətinin əsas istiqamətlərindən biri kimi götürüb. Çünki həm Mərkəzi Asiya dövlətləri, həm də Türkiyə ilə Azərbaycanı birləşdirən ortaq cəhətlər mövcuddur. Burada etnik ünsürlər, din, dil, mədəniyyət və s. mühüm rol oynayır. Bu çərçivədə türkdilli dövlət başçılarının sıx-sıx sammitləri təşkil olunmağa başlandı. Daha sonra 2009-cu ildə Naxçıvan şəhərində daha da təşkilati xarakter almaq məqsədilə sammitlər təşkilat çərçivəsində keçirilməyə başlandı. Beləliklə də həmin ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ya Türk Şurası adlı bir qurum yarandı”.
Bu sözləri Publika.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.
Ekspert bildirib ki, Şuranın Naxçıvanda yaradılması xüsusi əhəmiyyətə malikdir: “O zamanlar Mustafa Kamal Atatürk Naxçıvanı türk dünyasının qapısı adlandırmışdı. Çünki Naxçıvanı Türkiyəyə birləşdirən dəhliz Azərbaycanla Mərkəzi Asiyanı Türkiyəyə birləşdirən əsas yolun üzərində yerləşir. Türk Şurası son zamanlar Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyini davamlı olaraq birmənalı dəstəkləyib, 2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə, 44 günlük müharibə dövründə Ermənistan tərəfindən Gəncə və Bərdə şəhərlərinin raket atəşinə tutulmasını qınayan bəyanatlar verib. Həmçinin Vətən müharibəsi zamanı Azərbaycana dəstəyini nümayiş etdirən təşkilat Ermənistanın destruktiv mövqeyini pisləyib”.

S.Zahidov qeyd edib ki, hazırda baş verən proseslər bu qurumun daha da möhkəmləndiyinin göstəricisidir: “Artıq bu gün Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin 8-ci Zirvə Görüşü baş tutur. Sammitdə Şuranın adı dəyişdirilir və Türk Dövlətləri Təşkilatı adlandırılır. Bu addəyişmə xüsusi əhəmiyyət kəsb edir. Çünki bu, dünyaya verilmiş bir mesajdır ki, artıq türkdilli dövlətlər daha da sıx əməkdaşlıq edəcəklər. Bu təşkilat daha da möhkəmlənəcək. Türkmənistanın təşkilat yanında müşahidəçi statusu əldə edəcək olması isə böyük uğurdur. Çünki əvvəllər Türkmənistan özünün neytral siyasətini bəhanə gətirərək şuraya üzv olmağa daim tərəddüd edirdi. Ancaq indi Türkmənistanın müşahidəçi üzv olması sonradan əsas üzvlüyə çevrilə bilər. Bunun Azərbaycan üçün də böyük önəmi var. Çünki ölkəmizi beynəlxalq aləmdə daim dəstəkləyən qurumlardan birinin möhkəmlənməsi və ona daha çox üzvün daxil olması Azərbaycanın beynəlxalq siyasətdəki maraqlarına cavab verən haldır”.
Akqabay Mıradov
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


