Nida Təhlil
İndiki halda Fransa rəsmiləri yenə bəyanat verəcəklər ki... - Politoloq
Fransa Milli Assambleyasında Senatın rəsmi şəxsləri erməni separatçılarını qəbul edib. Bu ölkənin müxtəlif dövlət qurumlarının bu cür əməlləri ilk deyil. Ötən il təxminən bu vaxtda Fransa Milli Assambleyasının Senatı qətnaməsində Azərbaycanı işğalçı elan etmiş, Qarabağı isə müstəqil dövlət olaraq göstərmişdi. Biz həmin dövrdə dəfələrlə Fransa dövləti tərəfindən, eyni zamanda digər rəsmi qurumlar tərəfindən bu kimi qeyri-konstruktiv və ziddiyyətli açıqlamaların şahidi olduq. Həmin vaxtda Fransa Xarici İşlər naziri, eyni zamanda digər rəsmi nümayəndələri bildirdilər ki, bu, Senatın və müəyyən deputatların mövqeyidir və ölkənin rəsmi mövqeyini ifadə etmir. İndiki halda da Fransa rəsmiləri bu kimi bəyanat verəcəklər.
Bu sözləri Publika.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.
O bildirib ki, Fransada siyasi dairələrində erməni lobbisinin böyük təsiri var: “Fransa prezidenti Emmanuel Makronun ziddiyyətli açıqlamaları da bunun bariz nümunəsidir. Bundan əlavə, Fransa Milli Assambleyasında ermənipərəst deputatların olması bir faktdır. Onlar seçki kampaniyalarını erməni lobbi qruplarının ianələri hesabına həyata keçiriblər. Bu səbəbdən də həmin qrupların maraqlarını da təmsil edirlər. Erməni separatçılarının Fransa Milli Assambleyasında Senatın rəsmi şəxsləri tərəfindən qəbul olunması bu baxımdan heç də təəccüblü gəlməməlidir. Amma digər tərəfdən də ortaya “Bu, nə dərəcədə Fransa millətinin maraqlarına xidmət edir?” sualı qoyulmalıdır. Çünki erməni lobbisinin xülyasına, fantaziyalarına və onların həqiqətə uyğun olmayan, ambisiyalarına xidmət etmək sözsüz ki, Fransa vətəndaşlarının bir növ maraqlarını müəyyən mənada qurban vermək anlamına gəlmiş ola bilər. Fransa rəsmiləri buna rasional addım kimi baxmamalıdır”.
S.Zahidov qeyd edib ki, Fransada erməni lobbisinin qüvvətli olması bunu deməyə əsas verir ki, gələcəkdə də bu kimi oxşar halların baş vermə ehtimalı var: “Amma rəsmi olaraq dövlət səviyyəsində Fransa-Azərbaycan münasibətlərində müəyyən qədər yumşalmalar hiss olunmaqdadır. Xüsusilə də son dönəmlər Fransa nümayəndələrinin Azərbaycana gəlişi və danışıqların aparılması buna bir nümunədir. Eyni zamanda, Fransa artıq bölgədəki reallıqla tam şəkildə olmasa da, müəyyən qədər barışır. Başa düşməyə başlayır ki, regionda sülhün və əmin-amanlığın yolu məhz Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasından keçir”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





