Nida Təhlil
Bakıya qarşı hücum ssenarisi dəyişmir: itləri yenə “güllələyəcəklər” - TƏHLİL
Təxminən 10 ilə yaxındır ki, Azərbaycana qarşı siyasi kampaniyaların həm də itlər üzərindən həyata keçirilməsi təcrübəsi var. Və məsələ itlərin, ümumiyyətlə heyvanların hüquqlarının qorunması yox, onlar üzərindən beynəlxalq diqqətin ölkəyə cəlb edilməsidir. Beynəlxalq idman tədbirlərində, xüsusilə Formula 1 yarışlarının keçirildiyi vaxt “it kampaniyası”nın aparıldığının şahidi olmuşuq. Bundan öncə “Bakıda itləri kütləvi şəkildə öldürdülər” xəbərləri tirajlanmış, video-foto çəkilişləri servis edilmişdi. İndi yenə eyni metod işə salınıb: “Azərbaycanda itlər kütləvi şəkildə öldürüldü” xəbərləri və görüntüləri yayılır;
Küçə heyvanları ilə bağlı problemlər dünyanın istənilən yerində baş verə bilər, zaman-zaman baş verir də. O cümlədən, Azərbaycanda da istisna deyil. Burada iki məqam diqqət çəkir:
Birincisi, niyə itlər məhz beynəlxalq tədbirlər öncəsi öldürülür;
İkincisi, niyə “it kampaniyası” məhz belə zamanlarda gündəmə gəlir;
Birinciamil kampaniyanın təşkili üçün itlərin kimlərsə tərəfindən öldürüldüyü və videogörüntülərinin çəkildiyi şübhəsini yaradır. Yoxsa nə üçün məhz beynəlxalq yarışlar ərəfəsində hər dəfə belə hal yaşansın?!
İkinci amil özündə iki hədəfi birləşdirir:
- dünyada heyvan hüquqlarının müdafiə təşkilatlarını da Azərbaycana qarşı kampaniyaya qoşmaq;
- diqqəti ölkənin imici üçün müsbət olan beynəlxalq yarışlardan yayındırmaq, süni yaradılan problemlərə çəkmək və mümkün dividentləri minimuma endirmək;
Formula 1 yarışlarına sayılı günlərin qaldığı vaxt “itlərin öldürülməsi” xəbəri yenidən gündəmdədir və metod dəyişmədiyi kimi hədəf də dəyişmir. O da diqqət çəkir ki, bu kampaniyanı aparan şəbəkə heç bir yenilik etmədən, eyni metodlardan təkrar-təkrar istifadə edir, ya kreativ ola bilmirlər, ya da məsələ nəyəsə nail olmaq yox, bacardıqları yolla pullarını qazanmaqdır.
2012-ci ildən 2022-ci ilə qədərki 10 il ərzində Azərbaycana qarşı aparılan kampaniyalara nəzər yetirdikdə də səbəb və hədəfin dəyişmədiyini görmək mümkündür.
2012-ci il: Avroviziya beynəlxalq mahnı müsabiqəsi
Dünya Bakıda keçiriləcək yarışa hazırlaşdığı vaxt Bayılda iki binanın sakinlərinin köçürülməsi süni şəkildə şişirdilərək, gündəmə çevrildi. Halbuki, 2000-ci illərdən etibarən paytaxda yaşanan tikinti bumunda belə köçürülmələr yüzlərlə, bəlkə də daha çox olub: şirkətlər inşa işlərini aparır, sakinlərin köçürülməsi üçün ya mənzillərinin pulunu ödəyir, yaxud yeni inşa edilən binadan mənzil verir; bu prosesdə razı qalan da oldu, qalmayan da, mübahisəli məsələlər də yaşandı; şirkət və vətəndaş arasında olan bu məsələdə bəzən dövlət vətəndaşın problemini həll etmək üçün müdaxilə də etdi, bəzən evlə təmin edilmə prosesini üzərinə götürdü; bütün bunların heç biri yox, məhz Bayılda sakinlərin köçürülməsi xarici medianın da iştirakı ilə tirajlandı, mülkiyyət hüququnun pozulması gündəmə gətirildi;
Çünki ölkədə Avroviziya yarışı keçiriləcəkdi və beynəlxalq diqqətin Azərbaycanda olduğu vaxt bundan yararlanmaq istrəyirdilər. Mahnı müsabiqəsinin boykot edilməsindən tutmuş, LGBT-nin parad keçirmək istəyinə qədər hər şey bu kampaniyanın tərkib hissəsi idi.
2015-ci il: Avropa Oyunları
Azərbaycanda otellərdə səhər yeməyinin yağlı olmasından tutmuş, telekanallardakı verilişlərə qədər hər detal kampaniya şəklində tirajlanır, bütün diqqəti beynəlxalq idman yarışından yayındırmağa çalışırdılar. Bunun fonunda xarici mediada Azərbaycanın adının neqativ hallandırılması üçün planlaşdırılmış gediş də edildi: “Guardin” qəzetinin əməkdaşı Owen Gibsona, özünü Red Pepper nəşrinin əməkdaşı kimi təqdim edərək saxtakarlıq törədən Emma Hyuza akkreditasiya verilməməsi Avropa Oyunları ilə yanaşı, ən çox müzakirə edilən məsəlyə çevrilmişdi;
2018-ci il: Avroliqanın Bakı finalı
Dünyanın futbol cameəsi final oyununa hazırlaşdığı ərəfədə “Mxitaryan şousu” yaradıldı: finalda oynayacaq “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryan “təhlükəsizliyi” əsas gətirərək, Bakıya gəlməkdən imtina etdi və beynəlxalq səviyyəli şou başlandı, halbuki, Azərbaycan tərəfi ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verirdi, eyni zamanda, Mxitaryanın təhlükəsizliyinə cavabdeh qurum olan UEFA da hər şeyi təşkil etmişdi; Mxitaryan məhz anti-Azərbaycan kampaniyasının iştirakçısı kimi Bakıya gəlmədi;
Final oyunu ərəfəsində azarkeşlərə verilən biletlərdən tutmuş, məsafənin uzaqlığına, otellərə və uçuşlara qədər reallıqdan uzaq iddialarla beynəlxalq idman yarışının Bakıda keçirilməsini “baltalamağa” çalışdılar.
Formula 1 yarışları
Bakıda artıq bir neçə ildir təşkil olunan bu yarışlar ərəfəsində “heyvanlara qarşı qəddarlıq” mövzusu gündəmə gətirilir, küçələrdə itlərin öldürülməsi məlumayları üzərindən beynəlxalq kampaniya təşkil olunur. Buna paralel olaraq, xırda, məişət səviyyəsində olan hadisələr şişirdilir, siyasiləşdirilir.
“To be continue”...
Formula 1 yarışına hazırlıq gedir, bununla yanaşı, Texnofest festivalı və Qlobal Bakı Forumu keçiriləcək. 3 beynəlxalq tədbirdə Azərbaycan dünyanın diqqət mərkəzində olacaq və bu, iqtisadi-siyasi divident deməkdir.
- Ölkəyə minlərlə turist gələcək və bu, həm xarici valyutanın gəlişi, həm də növbəti mövsümlərdə də turizm sektorunun inkişafına şərait yaradır;
- Azərbaycanın xarici investorlar üçün cəlbediciliyi daha da artacaq: adətən beynəlxalq tədbirlər sabitliyin və inkişaf perspektivinin olduğu ölkələrdə keçirilir və bu beynəlxalq investorlar üçün önəmli amillərdir;
- Milyardlarla vəsait xərclənmədən Azərbaycanın təbliği aparılır: təkcə Formula 1 yarışlarının dünya üzrə auditoriyası 500 milyondur və yarışlar dünyanın yüzlərlə ölkəsində canlı yayımlanır;
- Azərbaycanın “yumşaq güc”ü artır: beynəlxalq idman yarışları və digər tədbirlərin bu strategiyada payı çoxdur;
Məhz bu ərəfədə ənənəvi metodlar işə salınıb: itlərin öldürülməsi; LGBT bayraqları altında keçirilən aksiya və aksiyadan sonra “Azərbaycanda LGBT hüquqları pozulur” iddialarının beynəlxalq təşkilatlar tərəfindən yayımlanması, bu iddiaların xarici mediada tirajlanması və s;
Hədəf aydındır:
- Azərbaycana yönələn beynəlxalq diqqətdən siyasi maraqları naminə yararlanmaq;
- Azərbaycanın beynəlxalq tədbirlərdən qazanacağı dividentləri minimuma endirmək;
Son 10 ildə eyni ssenari dəyişmədən davam edir. Şübhəsiz ki, yenə haradasa itləri güllələyəcəklər, yaxud hansısa fəala, jurnalistə qarşı nəsə törədiləcək, hansınınsa burnu qanayacaq, hansınınsa ayağı sürüşüb yıxılacaq. Və eyni şəbəkə Azərbaycana qarşı eyni “xoru oxuyacaq”.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO