Nida Təhlil
Qərb Ermənistanla bağlı niyə “üç meymunu” oynayır?
Ermənistanda aksiyalar və hakimiyyətin polis gücü ilə zorakılığı davam edir. Aksiya təşkilatçıları hakimiyyətlə yanaşı, Qərb ölkələrinin səfirliklərinə, o cümlədən, beynəlxalq təşkilatlara da müraciətlər edirlər. Onlar anlamaq istəyirlər: bu qədər zoraıklığa baxmayaraq, niyə heç bir Qərb ölkəsi, yaxud beynəlxalq təşkilat baş verənlərə münasibət bildirmir.
Dünya demokratik prinsiplərə ikili yanaşmanın növbəti faktı ilə üz-üzədir. Ermənistan hakimiyyəti aksiyalara qarşı bütün inzibati resurslarını işə salıb və zorakılığı gizlətmir belə, təkcə 3 saat ərzində 400 nəfər etieazçının saxlanılması da belə nümunələrdən biridir. Artıq polis müdaxiləsi adi hala çevrilir.
Qərb susur, insan haqlarından danışan beynəlxalq təşkilatlar “üç meymunu” oynayır: görmürəm, bilmirəm, eşitmirəm;
Və bu “üç meymun” teatrı Azərbaycan ictimaiyyəti tərəfindən sorğulanır: axı bizim ölkədə ən xırda hadisələr belə Qərb mediasında amansız zorakılıq halı kimi tirajlanır, hətta baş verməyən hadisələrdən “baş vermiş” kimi bəhs olunur;
Uzağa getməyək, mayın 14-də Fəvvarələr meydanında kiçik bir qrupun keçirdiyi dinc aksiyadan şou düzəltdilər, Böyük Britaniyanın Bakıdakı səfirliyi “aksiya zorakılıqla dağıdılıb” açıqlamasını verdi, halbuki, aksiya təşkilatçıları belə bunun olmadığını, hər şeyin dinc şəraitdə keçdiyini deyir.
Azərbaycana yanaşma ilə Ermənistana yanaşma arasındakı ədalətsizliyi görməzdən gəlmək mümkün deyil. Qərbin bu yanaşmasında siyasi məqsədlər axtaranlar da var. Belə ki, Qərb bu üsulla Ermənistanı özünə tərəf çəkməyə, Rusiyanın patronajlığı altından çıxarmaq istəyir, halbuki, heç Qərb üçün də sirr deyil ki, Ermənistan müstəqil ölkə deyil, onun müstəqil xarici siyasət xətti yoxdur. Belə olan halda, Ermənistana bu münasibətin bir adı var - Qərbin riyakarlığı.
Bu riyakarlıq təkcə hazırda aksiyaların zorakılıqla dağıdılmasına baxmayaraq, heç bir reaksiaynın olmamasında yox, Ermənistan xarici işlər nazirini Ararat Mirzoyanın ABŞ-da yüksək səviyyədə qəbul edilməsi, Nikol Paşinyanın Demokratiya Sammitində iştirakı da göstərdi. Qərb hətta Rusiyanın Ukraynanın işğalı hücumunda Ermənistanın siyasi, hərbi və informasiya dəstəyini belə görməzdən gəlir, Moskva ilə eyni cəbhədə çıxış edən İrəvana qarşı açıqlama elə verilmir. Bu, artıq siyasi plan yox, Qərb dəyərlərinə elə Qərbin özü tərəfindən hörmət göstərilməməsidir.
Əsas diqqətçəkən məqamlardan biri də Fransanın sərgilədiyi mövqedir. Ukraynada Rusiya-Qərb qarşıdurması fonunda Ermənistan siyasi rəhbərliyinin özlərini Rusiyanın vassalı, ölkələrinin isə Rusiyanın əyaləti kimi aparmasına baxmayaraq, xüsusilə Fransa özünün ermənipərəst siyasətini gücləndirir. Bu ölkə Vətən müharibəsində Ermənistana dövlət səviyyəsində hərtərəfli dəstək verdiv ə görünən budur ki, eyni dəstək bu gün də davam edir.
Təsadüfi deyil, çünki Rusiya-Ukrayna müharibəsində digər Qərb ölkələri ilə müqayisədə Fransanın Rusiyaya qarşı loyal münasibət tutması, həm də Fransa siyasi dairələrinin Rusiya ilə gizli bağlılığının göstəricisidir. Bu arqument M.Lö Pen və Valeri Pekres, Nikola Sarkozinin simasında öz təsdiqini tapdı. Fransa prezidentliyinə əsas namizəd olan hər iki siyasətçinin Rusiya xüsusi xidmət orqanları, keçmiş prezident Sarkozinin isə Kremlə yaxın oliqarxlara lobbiçilik etməsi ilə əlaqədar çoxsaylı məlumatlar aşkara çıxarıldı. V.Pekresin hələ SSRİ xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edildiyi, M.Lö Penin isə Rusiyadan 9 milyon avro alaraq, geri qaytarmadığı təsdiq edilib.
Hətta Rusiyanın Ukraynaya hücumundan sonra Fransa prezidenti E.Makronun Ukrayna prezidenti V.Zelinskiyə ölkədən qaçmağı, güzəşt etməyi təklif etməsi Ukrayna rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilib.
2008-ci ildən bəri Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyasını, bu gün isə üzvlüyünü bloklayan Fransa və Almaniyanın siyasi dairələrinin əsas simaları Rusiyanın Qərbdə lobbiçiliyini edib, bu ölkəyə məxsus iri şirkətlərlə şübhəli əməkdaşlığa cəlb olunub. Bu xüsusda, rəsmi şəxslərin, Avropa Parlamenti deputatlarının bəzilərinin Azərbaycana qarşı qərəzli mövqeləri heç də təsadüfi sayıla bilməz.
Aydındır ki, Ermənistan həm Rusiya, həm Qərb tərəfdən himayə olunur. Azərbaycan isə həm 44 günlük müharibədə olduğu kimi, postmünaqişə dövründə təkbaşına mübarizə aparır.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...