Nida Təhlil
Qurtuluşdan Şuşaya uzanan Heydər Əliyev yolu
15 iyun: Azərbaycan tarixinin sonuncu qərinəsində bu təqvim həyati əhəmiyyət daşıyır, çünki məhz 1993-cü ilin bu günündə ölkə dağılmaqdan, hisələrə parçalanmaqdan xilas edildi və 28 il sonra bu təqvim həm də Şuşa Bəyannaməsi ilə taclandırıldı.
Heydər Əliyevi bugünkü Azərbaycandan fərqləndirmək mümkün deyil, hətta tarixi yanlış olardı, çünki qazandığımız Zəfərin və təkcə Azərbaycan-Türkiyə qardaşlığının zivəsi yox, həm də türk dünyası üçün yeni nəfəs olan Şuşa Bəyannaməsinin təməlləri məhz Heydər Əliyevin hakimiyyətə qayıtması, ölkəni uçurumdan xilas etməsi zamanı atıldı.
1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev zəif və dağılmış ordu ilə müharibə aparan, ermənilərlə yanaşı, silahlı qruplaşmaların bir-birinə qarşı döyüşdüyü, dağılmış Azərbaycanı yenidən ayağa qaldırmaq üçün hərəkətə keçdi. Dahi lider bütün bunları bir-bir yox, eyni vaxtda həyata keçirməklə Azərbaycanı xilas edə bildi: daxili xaos yaradan silahlı qruplaşmaları zərərsizləşdirdi və qanun qarşısına çıxardı, sosial-iqtisadi vəziyyəti stabilləşdirmək istiqamətində addımlar atdı, neft müqavilələri imzalayaraq, kiçik Azərbaycanı nəhəng ölkələrin hesablaşdığı ölkəyə çevirdi, ordunu nizama saldı, işğal altındakı bir çox kəndləri düşməndən təmizlədi və dövlətin gələcəyini qurmaq üçün Qarabağda atəşkəs sazişinə razılıq verdi. Ermənistan məsələni həll etdiyini düşünür və işğalı legitimləşdirmək istiqamətində addımlar atırdı. Heydər Əliyev isə Qarabağda işğala son qoyacaq, Ermənistanın dalan ölkəyə çevriləcəyi strategiyanı hazırlayırdı.
Heydər Əliyev mövcud vəziyyəti dəyərləndirərək, Azərbaycanın dövlət kimi ayaqda durması, güclənməsi üçün atəşkəsə razılıq verdi. Çünki həm cəbhədə müharibə, həm ermənilərin güclü havadarları ilə mübarizə aparmaq, həm də ölkə daxilində vəziyyəti sabitləşdirmək, silahlı qruplaşmları neytrallaşdırmaq, əhalinin möhtac olduğu gündəlik tələbatları qarşılamaq və saydıqca bitməyən problemləri həll etmək mümkün deyildi. Müharibənin davam etməsi yeni ərazilərin işğalı və Azərbaycanın dövlət kimi gələcəyinin sual altına düşməsi təhlükəsini yaradırdı. Keçmiş hakimiyyətdən qalan ölkənin vəziyyəti olduqca acınacaqlı idi.
Atəşkəs sazişi imzalandıqdan sonra ilk olaraq ordu quruculuğuna start verildi. Və Azərbaycanın tarixini dəyişəcək “Əsrin müqaviləsi”ni imzalandı. Bu, Qarabağ məsələsində də rəsmi Bakının mövqeyinin güclənməsinin başlanğıcı idi. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra erməni mediasına müsahibəsində etiraf edir ki, münaqişə ətrafında güc balansı 1997-98-ci illərdə pozuldu və Azərbaycanın xeyrinə dəyişdi. Bu, Azərbaycanda beynəlxalq neft konsorsiumunun yarandığı vaxt idi.
Bu, Heydər Əliyevin uzaqmənzilli strategiyasının tərkib hissəsi idi.
Azərbaycanı yenidən dirçəldən, daxildə sabitliyə nail olan, xaricdə mövqelərimizi gücləndirən Heydər Əliyevin ən mühüm strategiyası işğalçı ölkənin təcrid edilməsi idi. Heydər Əliyevin uzunmüddətli strategiyasını Prezident İlham Əliyev yeni dünya reallığına uyğun təkmilləşdirərək, davam etdirdi.
- Azərbaycan bölgənin həlledici aktoruna çevrildi;
- Ermənistan “oyundan kənar vəziyyətə” salındı;
Artıq Heydər Əliyevin uğrunda mübarizə apardığı güclü Azərbaycan yaranmış, torpaqlarını azad edəcək səviyyəyə çatmışdı. Və 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi ilə Azərbaycanın işğal altındakı torpaqları azad edildi, cəmi 44 günə.
Bu, Heydər Əliyevin məğlubiyyəti dəyişdirəcək strategiyası, bu strategiyasını davam etdirən İlham Əliyevin Zəfər aparan siyasətinin tarixi bəhrəsidir.
Təqvimə Milli Qurtuluş Günü olaraq düşən 15 iyun 1993-cü ildə Azərbaycanı xilas edən Heydər Əliyevin hazırladığı strategiya onilliklər sonra Zəfərə çatmağımıza imkan verdi. Bu strategiyanın davam etdirən Prezident İlham Əliyev Şuşa Bəyannaməsi ilə dahi liderin Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması istəyini də həyata keçirdi. Və Şuşa Bəyannaməsinin Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyunda – Milli Qurtuluş Günündə, Heydər Əliyevin azad edilməsini İlham Əliyevə vəsiyyət etdiyi Şuşada imzalanması təsadüfi yox, 30 il ərzində milli maraqlara söykənən dərin strategiyanın tarixi zirvəsidir.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO