Nida Təhlil
“Tərtər işi”: GERÇƏKLƏR üzə çıxır – Ordumuza qarşı XAİN PLAN
“Tərtər işi” üzrə ittiham olunan və ölən Təmkin Nizamioğlunun cəsədinin ekshumasiya edilməsi 2017-ci ildə Azərbaycan Ordusunda baş verən dəhşətli hadisələri yenidən, həm də rəsmi şəkildə gündəmə gətirdi.
Meyitin ekshumasiyası zamanı məlum oldu ki, T.Nizamioğlu məruz qaldığı işgəncələr nəticəsində vəfat edib. Onun yaxın qohumları zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb.
T.Nizamioğlu tək deyil, indiyə qədər 405 şəxs zərərçəkən olaraq tanınıb və bu sayın artacağı da gözlənilir.
Baş Prokurorluğun son məlumatına görə, əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Baş prokuror tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində məhkəmə qərarlarına yenidən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edilib.
Cinayət işləri üzrə icraatın təzələnməsindən ötən müddət ərzində ümumilikdə 17 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, onlardan 12 nəfər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində axtarış elan olunub, 4 nəfər isə başqa cinayətlərə görə cəza çəkmə müəssisələrində cəza çəkdikləri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilməyib. “Tərtər işi” ilə bağlı 26 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib.
“Tərtər işi” artıq yenidən araşdırılır, bu dəfə gerçəklərin ortaya çıxacağı gözləntisi çoxdur, çünki “Vətənə xəyanət” yarlığı ilə işgəncəyə məruz qalanlar zərərçəkmişə, qanunsuz işgəncə verənlər isə müttəhimə çevrilir.
Əslində nə baş vermişdi?
Bu sual 2017-ci ildə - hadisələrin yaşanmasından sonra zaman-zaman gündəmə gəlib və müxtəlif cavab versiyaları irəli sürülüb. Açıq mənbələrdə yayılan məlumatlar və versiyaların ümumi nəticəsi birdir: manipulyasiya;
Birincisi, özlərinin qanunsuz əməllərini ört-basdır etmək üçün başqalarını “qurban vermək”;
İkincisi, ifşa olunmamaq üçün günahsızları “Vətən xaini” olaraq tanıtmaq;
Və artıq rəsmi şəkildə təsdiq olunur ki, bu hədəflərinə nail olmaq istəyən şəbəkə dəhşətli işgəncə maşınını işə salıb, istəklərinə nail olublar da. “Vətən xaini” ittihamının irəli sürülməsi isə artıq ordu içində kənar qüvvələrə bağlı şəbəkənin mövcudluğuna diqqət çəkir, belə demək mümkünsə, gerçək xainlər özlərini gizlətmək məqsədilə bu işi təşkil edib.
Artıq rəsmi araşdırmalar da göstərir ki, bu iş Vətən müharibəsini zəfərlə başa çatdırmış Azərbaycan Ordusu adına ləkədir. Təbii ki, heç bir ölkənin ordusu belə hallardan sığortalanmayıb, qardaş Türkiyə ordusunda FETÖ-çü şəbəkə bunun ən bariz nümunələrindəndir. 15 iyul hadisələrində vətəndaşların üzərinə bombalar yağdıran şəbəkənin ifşası onların kənar qüvvələrin tapşrığını yerinə yetirən casus şəbəkəsi olduğunu təsdiq etdi. Bu kontekstdə “Tərtər işi”ni də kənar qüvvələrə bağlı şəbəkənin əməli olaraq dəyərləndirmək olar. 44 günlük müharibədə ortaya çıxan müəyyən faktlar, xüsusilə müharibənin gedişində Baş Qərargah rəisi Nəcməddin Sadıqovun dəyişdirilməsi, adının ümumiyyətlə ordu sistemindən silinməsi də bu versiyanı gücləndirir.
Baş Prokurorluğun yenidən araşdırmalara başlaması, günahsız yerə ittiham olunanların zərərçəkmiş qismində tanınması, işgəncələrlə bağlı faktlar “Tərtər işi”nin Ordumuza, həm də Vətənə qarşı böyük xainlik olduğunu deməyə əsas verir.
Və o da istisna deyil ki, özlərini gizlətmək üçün manipulyasiya edən şəbəkənin əsas hədəfi Azərbaycan Ordusunun içəridən “çürüdülməsi” olub. Lakin Vətən müharibəsində qazandığımız zəfər buna nail ola bilmədiklərini, ordumuzun bütün bunlara rəğmən qələbə çaldığını göstərir. İstintaqın nəticələri hələ çox gerçəkləri gün üzünə çıxaracaq.
Asif
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO
-
Magazin14 Noyabr 22:24“Aygün xanımla aramızda soyuqluq var idi”
-
Sosial4 Noyabr 21:00Azərbaycanda bu rayon ləğv olunur?
-
ABŞ4 Noyabr 19:00Abortdan imtina edən 18 yaşlı sevgilisini AMANSIZCASINA QƏTLƏ YETİRDİ




































