Pelosinin lobbi marağını dövlət maraqlarından üstün tutması SİYASİ RÜSVAYÇILIQDIR – Şərh
Bizi izləyin

Nida Təhlil

Pelosinin lobbi marağını dövlət maraqlarından üstün tutması SİYASİ RÜSVAYÇILIQDIR – Şərh

ABŞ kimi ölkədə üzdə olan fəal fiqurların müəyyən lobbiçi dairələrin təsiri altında olması təsadüf deyil. Bunun Amerika siyasətində həmişə bir ənənəsi və davamı olub. O cümlədən Nensi Pelosi kimi fiqurların müəyyən lobbi dairələrinin maraqlarına uyğun siyasət aparması göz önündədir.

Bunu Publika.az-a açıqlamasında politoloq Aydın Quliyev bildirib.

O qeyd edib ki, N.Pelosi kimi fiqurlar bir qayda olaraq ABŞ-dakı milli lobbi dairələrinin mənafeləri ilə Amerika dövlətinin milli dövlətçilik maraqlarını hər nə qədər tarazlaşdırmağa çalışsalar da bu süni balans yaratmanın içərisində onların bir çox hallarda lobbi maraqlarına üstünlük verməsi özünü aşkar şəkildə göstərir: “Bu, təbii ki, Pelosi kimi siyasətçilər üçün uğurlu davranış sayıla bilməz. Çünki Amerika kimi ölkələrdə dövlət xadimlərinin, məmurların, daxili və xarici siyasətdə lobbi dairələrinin maraqlarını həyata keçirməyə çalışması normal bir şey olsa da lobbi maraqlarını Pelosi kimi dövlət maraqlarının üstünə çıxarılması siyasi rüsvayçılıqdır. Biz bunu Amerikadakı erməni lobbisinin mənafelərinin icrası prosesində Pelosinin fəaliyyətində gördük. Adam indiyə qədər həmişə Amerikada erməni diasporunun və Ermənistanın mənafelərini dəstəkləyən lobbi dairələrinin aktiv fiqurlarından biri olub, bəlkə də erməni lobbizminin rəhbər fiqurlarından biridir”.

Aydın Quliyev qeyd edib ki, bütün seçki kampaniyalarında Pelosinin fəaliyyətində Ermənistanın maraqlarını önə çıxarmaq, bu zaman onun təcavüz etdiyi ölkə olan Azərbaycanın mənafelərinə barmaqarası yanaşmaq, Azərbaycanın mənafelərini aşağılamaq və Ermənistanın təcavüzkar siyasətini müəyyən geosiyasi maraqlar naminə pərdələmək aşkar şəkildə özünü göstərir: “Bu, əlbəttə ilk növbədə Amerikanın bizim bölgədə Azərbaycan ictimaiyyəti arasında nüfuzuna, hörmətinə böyük xələl gətirir. Bu günlərdə Pelosinin İrəvanda qondarma soyqırımı abidəsini ziyarət etməsi, Ermənistana hərbi yardımın artırılması və Ermənistanın hərbi cəhətdən gücləndirilməsinin Amerika üçün əsas məqsədlərdən biri kimi elan olunması diqqət çəkən faktdır. Həm də Pelosi bunu elə bir vaxtda edir ki, Ermənistan 44 günlük müharibədə özünün 30 il davam etmiş təcavüzkar siyasətinin layiqli cavabını aldı. Müharibədən sonrakı iki il ərzində Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç birini icra etmədi. Bu bölgədə davamlı sülhün təmin olunması üçün göstərilən səylərə açıq şəkildə maneçilik törətdi, sonra da sentyabrın 12-dən 13-nə keçən gecə əslində Azərbaycana 30 illik təcavüzün başqa bir formada davamı sayılan addımlar atdı. Bütün bunlara baxmayaraq Pelosi İrəvanda həm “soyqırımı” abidəsini ziyarət etdi, həm Ermənistanın hərbi qüdrətinin artırılması üçün Amerikanın prioritet siyasətə malik olduğunu bəyan etdi, həm də biabırçı şəkildə Azərbaycanı təcavüzkar ölkə adlandırdı. Bütün bunlar Pelosidə erməni lobbi maraqlarının sadəcə qıcqırdığı barədə rəyə gəlməyə əsas verir. Ancaq əlbəttə, Amerikanın bugünkü bölgə siyasətində özünü tamamilə ifşa etmiş Ermənistanın tərəfində dayanması İrəvanın vəziyyətində müsbətə doğru elə bir dəyişiklik yarada və Azərbaycanın mövqelərinin zəiflətmək baxımından hər hansı nəticəyə gətirib çıxara bilməz. Sadəcə olaraq bölgəmizdə davamlı və möhkəm sülhün yaradılması perspektivlərini nəzərəçarpacaq dərəcədə ləngidə bilər”.

Səxavət Həmid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm