Nida Təhlil
Erməni lobbisinə verilən söz və cibə daxil olan pullar - Ekspertin FAKTLARI
“Fransa Senatı ötən gün Azərbaycana qarşı haqsız qətnamə qəbul etdi. Bu qətnamədə xüsusilə də neft və qaz sahəsində Azərbaycana qarşı sanksiyaların tətbiq olunması Fransa hökumətinə təklif olundu. Eyni zamanda, qətnamədə Azərbaycan “işğalçı” adlandırılıb. Həmçinin, Laçın dəhlizindən Azərbaycan hərbçilərinin çıxarılması da qətnamədə yer alıb. Bu, qərəzli qətnamədir, reallığı əks etdirən heç bir cümlə yoxdur”.
Bunu Publika.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.
O qeyd edib ki, Fransanın bu addımı gözlənilən idi:
“2020-ci ilin noyabr və dekabr aylarında bənzər qətnamələr qəbul edilib. Amma hökumət bu istiqamət üzrə getmədi. Bu, senatorların erməni diasporundan aldığı ianələr, onlara verdiyi sözlərin yerinə yetirilməsidir. Burada Fransa xalqının marağı təmin olunmur. Məsələ erməni lobbisinə verilən sözlərdə və cibə daxil olan pullardadır. Azərbaycanın Ermənistan ərazisini guya “işğal” etməsi ilə bağlı qətnamədə yer alan cümlə sərsəm və gülüncdür. Əskinə, Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıb, Fransa buna reaksiya verməyib, heç bir qətnamə qəbul etməyib. Amma Azərbaycan Vətən müharibəsində öz torpaqlarını azad etməsinə baxmayaraq, bizi “işğalçı” kimi qeyd edirlər. Bu, Fransa Senatının qərəzinin bariz nümunəsidir. 2020-ci ilin noyabrında da Fransa Senatı analoji şəkildə Qarabağın tanınması ilə bağlı qətnamə qəbul etmişdi. Bu da anaromal bir sənəd idi, çünki Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bütün beynəlxalq sənədlərdə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu qeyd olunur”.

Ekspert qeyd edib ki, Fransa Senatı belə bir qətnamə qəbul etməklə, beynəlxalq hüquqla tanınan torpaqlarını azad edən Azərbaycanı “işğalçı” adlandırmaqla, beynəlxalq hüquqa da hörmətsizlik etmiş oldu:
“Fransa Parlamentində Milli Assambleya Senatdan daha güclü palatadır. Orada 500-dən çox millət vəkili təmsil olunur. Senatın vəzifəsi Milli Assambleyanın və hökumətin verdiyi qərarları təftiş etmək və qanunların yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. Əslində, Fransada Senat ABŞ-dakı qədər qüclü deyil. Senatın qəbul etdiyi qətnamələri Fransa hökuməti yerinə yetirmək məcburiyyətində də deyil. Amma Makron hökumətinin ritorikası heç də Senatın ritorikasından geri qalmır. Makaronun da bu yaxınlarda çox ziddiyyətli açıqlamaları olmuşdu. O, Cənubi Qafqazdakı proseslərdə Azərbaycanı günahlandırmışdı. Fransa rəhbərliyi erməni diasporunun və lobbisinin təsiri altındadır. Fransa tarixində Makron qədər ermənilərin təəssübünü çəkən ikinci bir dövlət başçısı olmayıb”.
S.Zahidov hesab edir ki, Senatın bu kimi qərar qəbul etməsində həm hökumətin ermənipərəst siyasətinin, həm də erməni diasporunun rolu var:
“Erməni diasporu Fransada çox fəaldır. Hətta dünənki səsvermədə iştirak edən fransız millət vəkillərdən biri bəyanat səsləndirdi ki, “Fransa kimi Ermənistanı dəstəkləyən ikinci bir dövlət yoxdur”. Bu kimi bəyanatlar həmin şəxslərin erməni lobbisinin təsiri altında olduğunu göstərir. Bu, əslində Fransanın maraqlarına uyğun deyil. Ölkənin daxili problemləri çoxdur, beynəlxalq səviyyədə üzləşdiyi problemlər var, Avropa enerji böhranı yaşayır. Bu cür ciddi məsələlər kənarda qalıb, Fransa qərəzli, ədalətə söykənməyən qərarlar verməklə məşğuldur. Fransa Senatı öz xalqının səsini erməni lobbisinin maraqlarına qurban verir. Bu, biabırçılıqdır”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





