Nida Təhlil
BMT Qarabağa “faktaraşdırıcı missiya” göndərə bilərmi? - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağa və Laçın dəhlizinə BMT-nin və ya ATƏT-in faktaraşdırıcı missiyasının göndərilməsinin vacibliyi” haqda çıxış edib: BMT Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə də İrəvan eyni tələblə çıxış etmişdi;
Paşinyanın bu istəyi beynəlxalq ictimaiyyəti Qarabağda praktiki addımlara cəlb etmək niyyətindən irəli gəlir. Çünki Xankəndi yolunda keçirilən aksiyanı Fransanın dəstəyi ilə BMT TŞ-nin müzakirəsinə çıxara bilsələr də, faktiki olaraq ümumi çağırışlardan başqa heç nəyə nail ola bilmədilər. “Faktaraşdırıcı missiya” planı da Qarabağdakı separatçı rejimi qorumaq və onların de-fakto qəbul edilməsinə nail olmaq məqsədi daşıyır.
BMT, yaxud ATƏT Qarabağa faktaraşdırıcı missiya göndərə bilərmi?
Ermənistanın istəyi-tələbinə baxmayaraq, buna nail olması çətindir:
Birincisi, BMT-nin “faktaraşdırıcı missiya”, yaxud müşahidəçilərinin göndərilməsi məsələsi Təhlükəsizlik Şurasında yekdilliklə qəbul olunmalıdır: belə yekdil mövqenin tapılması problemlidir;
İkincisi, TŞ üzvü olan Rusiya buna qarşı mövqe sərgiləyə bilər: Qarabağda sülhməramlılarını yerləşdirən Moskva digər ölkələrin, yaxud təşkilatların proseslərə qoşulmasını bölgədəki maraqlarına müdaxilə olaraq görür;
Üçüncüsü, Qarabağa hansısa missiyanın göndərilməsi üçün Azərbaycanın razılıq verməsi lazımdır;
ATƏT-in proseslərə müdaxiləsi də bu kontekstdə mümkünsüz görünür, xüsusilə rəsmi Bakının icazəsinin həlledici amil olması fonunda.
Paşinyanın bu açıqlaması daha çox siyasi manevr xarakteri daşıyır: erməni ictimaiyyətində “baş verənlərə görə Rusiya günahkardır” və “Qarabağdakı ermənilər üçün əlimizdən gələni edirik” rəyini yaradır; eyni zamanda, Moskvaya “siz bacarmırsınızsa, üçüncü tərəfləri prosesə qoşa bilərik” mesajı verməklə rusların aksiyaya qarşı hərəkətə keçməsinə sövq etmək istəyir;
Asif Nərimanlı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO



































.jpg)
.jpg)