Nida Təhlil Vətən Müharibəsinə aparan döyüş: Ordumuz erməni mifini darmadağın etdi 2 Aprel 2023 10:11 7 il öncə - 2016-cı ilin 1-5 aprelində tarixə “Aprel döyüşləri” olaraq düşən döyüşlər baş verdi. Bu, 22 ildən sonra Azərbaycan bayrağının işğal altındakı torpaqlara qayıtması və iki onillik sonra Ermənistan üzərində ilk strateji və siyasi qələbəmiz idi. STRATEJİ QƏLƏBƏ: Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin strateji baxımdan iki əhəmiyyəti var idi: Araz boyu istiqamətində 10 kilometrlərlə məsafəni nəzarətdə saxlamaq; Füzulinin Horadiz və Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək; Talış kəndi ətrafındakı yüksəkliklərin azad edilməsi ilə Goranboy və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı; Strateji nəticələr: - Lələtəpənin azad edilməsi ilə Cocuq Mərcanlı kəndinə həyat qayıtdı və bu, Qarabağa qayıdışın başlanğıcı oldu; - Talış kəndi ətrafındakı yüksəkliyin azad edilməsindən sonra Ermənistanın bu istiqamətdə yerləşdirdiyi ermənilər ərazini tərk etdi: bu, ermənilərin işğal altındakı torpaqlardan ilk qaçışı idi; SİYASİ QƏLƏBƏ: münaqişənin nizama salınması prosesi ilə məşğul olan ATƏT-in (artıq keçmiş) Minsk qrupunun regiona illərdir “turist səfərləri” nəticəsində Qarabağda düşmənin xeyrinə olan status-kvo davam etməkdə idi. Həmsədrlərin bu fəaliyyəti dünya ictimaiyyətində münaqişənin “dondurulmuş” olduğuna dair yanlış fikirlər yaratmış və beynəlxalq güclər bu problemi rəfə qaldırmışdılar. Azərbaycan əsgəri problemi “tozlanmış rəf”dən götürdü və BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini onu qəbul edənlərin önünə çıxartdı. Azərbaycan əsgəri sübut etdi ki, işğal olunmuş torpaqlardan vaz keçməyib, münaqişə “dondurulmuş” deyil, hər an ildırımsürətli hücumla ərazi bütövlüyümüzü bərpa edə bilər. Siyasi nəticələr Və nəticə etibarilə, beynəlxalq diplomatiyanı hərəkətə keçirdi. Okeanın o tayından sülhə çağırışlar səsləndi. Döyüşlər o şərtlə dayandırıldı ki, münaqişənin həlli üçün danışıqlar prosesi ölü nöqtədən tərpənməlidir. Vyana görüşü, ardınca Sankt-Peterburq görüşü keçirildi. Ermənistanın yaratdığı mif darmadağın edildi: - Azərbaycan Qarabağı azad etmək iqtidarında deyil; - Azərbaycan Ordusu 90-cı illərin köhnə tanklarına malik nizamsız ordudur; - Azərbaycan I Qarabağ savaşının məğlub tərəfidir və heç vaxt bu sindromdan xilas ola bilməyəcək; Və ən əsası “Aprel döyüşləri” Vətən müharibəsinin sınağı idi. 7 il öncə baş verən 4 günlük müharibədən 4 il keçdi – 2020-ci ildə Azərbaycan Ordusu 44 günlük əməliyyatla torpaqlarımızda erməni işğalına son qoydu. 44 günlük Vətən müharibəsində, Böyük Zəfərin qazanılmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində və Qarabağ münaqişəsinə son qoyulmasında “Aprel döyüşləri”nin əvəzolunmaz payı var. Asif Nərimanlı Teqlər Ermənistan Azərbaycan Aprel döyüşləri Qarabağ Asif Nərimanlı Bizi Telegram-da izləyin Oxumağa davam et Reklam Sizə maraqlı gələ bilər Rubionun Ermənistan səfərində “gizli missiyası” - ABŞ-ın planı nədir? ABŞ-İran sazişi - Və “qorxulu Tehran”da müəmmalar Postmüharibə bərpasında Azərbaycan nümunəsi: Sürətli, sistemli və innovativ Beynəlxalq müstəvidə qiymətləndirmə: İlham Əliyevin sözü ilə əməli üst-üstə düşür WUF13-də Azərbaycanın uğuru: İlham Əliyevin inkişaf siyasəti qlobal müstəvidə WUF13-ün nəticələri: Azərbaycan qlobal urbanizasiyada qalıcı irs yaratdı Reklam Xəbər lenti Günlük Həftəlik Qoroskop02:00 Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır Region01:40 İranda partlayış səsləri eşidildi Dünya01:20 İran zənginləşdirilmiş uranı bu ölkəyə vermək istəyir Səhiyyə00:45 Leylan Nəsirovaya yeni vəzifə verildi Nida Xəbər 00:27 Azərbaycanda iki rəis vəzifəsindən azad olundu Dünya25 May 23:55 Lavrov Rusiyanın Kiyevə zərbələri barədə Rubionu məlumatlandırdı Nəqliyyat25 May 23:35 Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin qatarı yola düşdü - Foto Sosial25 May 23:15 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək Avropa25 May 22:52 Barda partlayış - 7 nəfər xəsarət aldı Hadisə25 May 22:38 Ödənişli yolda avtomobil aşdı: yaralananlar var - Foto Daha çox Maraq dünyası25 May 09:54 Putinin ailəsi ilə bağlı gizli fakt üzə çıxdı: Babası bu kənddə... Sosial25 May 11:48 İyun ayında 10 gün iş olmayacaq Yaxın Şərq25 May 09:18 Trampın müsəlman ölkələrindən İsraillə bağlı tələbi: İran müharibəsi bitən kimi... Region25 May 09:06 Rusiyanın Ermənistan planı bəlli oldu: Üç gün sonra nə baş verəcək? Nida Təhlil 25 May 09:30 ABŞ-İran sazişi - Və “qorxulu Tehran”da müəmmalar Region25 May 15:25 Müctəba Xameneidən xəbər var: Harada gizləndiyi bəlli oldu Sağlamlıq25 May 07:35 Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi Region25 May 11:36 Medvedyev erməniləri qorxutdu: Paşinyana görə bunları itirəcəksiniz Maraq dünyası25 May 09:12 Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR Sosial25 May 06:46 Ay ərzində ən azı bu qədər xərc çıxır... - 8 uşaqlı ailədən reportaj Qoroskop19 May 02:19 Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq Rəsmi xronika19 May 16:08 İlham Əliyev fərman imzaladı Sosial21 May 13:09 Müavinət və təqaüd alanların nəzərinə Sosial20 May 13:36 İcra başçısı kölgədə əyləşdi, vətəndaşları günün altında saxladı - FOTO Rəsmi xronika20 May 13:45 İlham Əliyev sərəncam imzaladı Rəsmi xronika19 May 09:44 İlham Əliyev xoş xəbəri ELAN ETDİ İdman19 May 16:41 Fransa millisinin görünməz qəhrəmanı kimdir? - Anri onu seçdi Sosial20 May 14:31 Pensiyaçılara şad xəbər Sosial20 May 15:03 Bakı-Tbilisi qatarının qiyməti açıqlandı - Rəsmi Dünya20 May 09:30 Ukrayna Rusiyaya bu ölkənin ərazisindən hücum edəcək - Üçüncü Dünya Müharibəsi başlayır? Gündəm Qoroskop02:00 Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır Region01:40 İranda partlayış səsləri eşidildi Sosial25 May 23:15 Bəzi şəxslərə pulsuz mənzillər veriləcək İnanc25 May 21:26 Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik MDB25 May 21:13 Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin! Elm və təhsil25 May 19:20 Azərbaycanda yeni universitet yaradılacaq Ekologiya25 May 18:10 Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq Rəsmi xronika25 May 17:20 İlham Əliyev sərəncam imzaladı