Nida Təhlil
14 may seçkiləri: Türkiyə demokratiyasının təntənəsi və ATƏT-in özünüifşası
14 may seçkilərində qazanan Türkiyə demokratiyası oldu. II tura qalan seçkilər istər seçki marafonunun təşkili, istər mübarizə aparan qüvvələrin müxtəlifliyi, istərsə seçici fəallığı baxımından dünya üçün demokratiya örnəyi hesab oluna bilər. ATƏT isə bu demokratiya örnəyinə sözün əsl mənasında qeyri-ciddi və reallıqdan uzaq iddialarla kölgə salmağa cəhd edib.
Qurumun seçkilərlə bağlı hazırladığı hesabata nəzər yetirdikdə sual yaranır: ATƏT və hesabatda istinadən edilən beynəlxalq müşahidəçilər doğrudanmı Türkiyədəki seçkiləri müşahidə edib?
Birinci iddia: ədalətli seçki kampaniyası təşkil edilməyib;
Seçkilərin 14 may tarixinə təyin edilməsindən sonra Türkiyə qanunvericiliyinə uyğun olaraq, kampaniyaya start verilib. Bütün siyasi qüvvələrin seçicilərlə görüşü, mitinqlərin təşkil edilməsi, media və sosaial şəbəkə platformaları üzərindən təbliğat aparılmasına geniş imkanlar yaradılıb. Hətta müxalifət cinahından iqtidara qarşı nüfuzdan salma iddialarının tirajlanmasına rəğmən, heç bir inzibati resursdan istifadə edilməyib. Bütün bunlar Türkiyə üçün normal haldır, çünki söhbət 100 illik demokratik seçki təcrübəsinə malik olan bir ölkədən gedir.
İkinci iddia: seçicilərin böyük qismi səsvermədə iştirak edə bilməyib;
Hesabatda bu qeyd ATƏT-in ümumiyyətlə seçkidən xəbərsiz olduğunu, tamam başqa ölkədən danışdığı təəssüratını yaradır. Çünki 14 may seçkilərində seçici fəallığına görə rekord göstərici qeyd olundu. Son 24 ilin seçkilərində fəallığın statistikası da bunu təsdiq edir: 1999-cu il – 87,19 faiz; 2022-ci il – 79,14 faiz; 2007-ci il – 84,25 faiz; 2011-ci il – 83,16 faiz; 2015-ci il – 83,92 faiz; 2015-ci il (referendum) –85,23 faiz; 2018-ci il – 86,24 faiz; 2023-cü il – 88,92 faiz;
2023-cü il seçkilərində 88,92 faiz seçici səsvermədə iştirak edib, ATƏT isə iddia edir ki, “seçicilərin böyük qismi iştirak edə bilməyib”.
Üçüncü iddia: müxalifət siyasətçilərinin və qüvvələrinin seçkidə iştirakına maneələr yaradılıb;
14 may seçkilərində mübarizə aparan qüvvələr iki kontekstdə diqqət çəkdi:
1. İttifaq və partiyaların sayı;
2. İdeologiyaların müxtəlifliyi;
Seçkidə 4 ittifaq və 36 siyasi partiya yarışdı. Bu partiyaların bir qismi ittifaqlarda yer alıb, bir qismi müstəqil şəkildə mübarizəyə qoşulub.
“Cümhur İttifaqı” – AKP, MHP, Yenidən Rifah, Böyük Birlik partiyaları bu ittifaqda yer alıb, o cümlədən, Hür Dava, Doğru Yol kimi digər partiyalar ittifaqın kənar dəstəkçisi olaraq prosesdə iştirak edib;
“Millət İttifaqı” – CHP, İYİ, DEVA, Gələcək, Demokrat, Səadət partiyaları birləşib;
“Əmək və Azadlıq İttifaqı” – Yaşıl Sol, TİP, Əmək partiyalarından təşkil edilib, o cümlədən, terrora dəstək verdiyi üçün haqqında cinayət işi açılan HDP-nin üzvləri belə Yaşıl Sol Partiyasının siyahısından seçkilərə qatıla bilib;
“Ata ittifaqı” – Zəfər, Ədalət, Türkiyə İttifaqı partiyaları birləşib;
“Sosialist Güc Birliyi İttifaqı” – Kommunist, Kommunist Hərəkatı və sol partiyalarının biləşdiyi blok;
Ümumilikdə 36 siyasi partiyanın mübarizə apardığı seçki ideoloji baxımdan da rəngarəngdir: millətçi, mühafizəkar, sol, kommunist kimi bir-birinə daban-dabana zidd ideologiyaların yarışını izlədik.
Və bu yarış Türkiyədə seçki demokratiyasının nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi.
Bu mənzərəyə rəğmən, ATƏT hesabatında siyasi qüvvələrin iştirakına maneələrin yaradıldığını iddia edir. Hərçənd, hesabatda qeyd olunmasa da, ATƏT-in əsas narahatlığının HDP və onun həbsdə olan lideri Səlahəttin Dəmirtaşın seçkidə iştirak etməməsi olduğu hiss olunur. PKK terror təşkilatının siyasi uzantısı olan HDP üzvləri Yaşıl Sol Partiyası adı altında seçkidə iştirak etdilər və parlamentə düşməyi bacaranlar da var. Təkcə bu fakt belə seçkinin demokratiyasını ispat edir. S.Dəmirtaş isə əslində siyasət kimliyinə bürünmüş cinayətkardır. Onun PKK terror təşkilatının təlimatlarını icra etdiyi faktdır. Həbs edilməsinə səbəb də 6-8 oktyabr hadisələridir. 2014-cü ildə PKK-nın sifarişi ilə Səlahəttin Dəmirtaş Türkiyənin cənub-şərq bölgəsində iğtişaşlar təşkil etdi, nəticədə 2 polis şəhid oldu, 37 vətəndaş həyatını itirdi, 761 insan yaralandı. Türkiyədə vətəndaş müharibəsinin yaradılmasına hesablanmış bu planın iştirakçısı olan Səlahəttin Dəmirtaşın həbs edilməsini və seçkidə iştirak edə bilməməsini “anti-demokratiya” kimi qələmə verən ATƏT ikiüzlülüyünü bir daha ortaya qoyur.
Bu hesabat tamamilə ATƏT-in özünüifşasıdır. İddiaların heç birinin reallığa uyğun olmaması təsdiq edir ki, hesabat seçkidən öncə hazırlanıb. Seçkidən öncə Türkiyə iqtidarına qarşı beynəlxalq media üzərindən aparılan kampaniya da bunu təsdiq edir. Seçkiyə müdaxilələrin olacağı, Ərdoğanın seçilməsi üçün saxtalaşdırılacağı iddia olunur, Qərb mediasının manşetlərinə daşınırdı. Bu iddiaların əksinə olaraq, seçki şəffaf şəkildə və dünya üçün demokratik örnək olacaq səviyyədə baş tutdu. Parlament seçkilərində nəticələr bilinsə də, prezident seçkilərinin II tura qalması da seçkiyə heç bir müdaxilənin olmadığını praktiki olaraq təsdiq edir. Bu “beynəlxalq müşahidəçilər” adı altında ölkələrin daxili işinə müdaxilə etməyə can atan qüvvələrin planlarını pozdu. ATƏT-in reallıqdan uzaq hesabatı da göstərdi ki, seçki haqqında əvvəlcədən rəy hazırlayıblar və seçki baş verəndən sonra mətni yayacaqdılar. İddialarının heç biri reallığa uyğun gəlməsə də, məhz siyasi maraqları naminə əvvəldən hazırlanmış hesabatı tirajlayırlar.
ATƏT-in anti-türk mövqeyi və ikilistandart yanaşması bizə tanışdır. Azərbaycan da dəfələrlə bu cür iddialar və hər seçkidə hesabatların öncədən hazırlanması halları ilə üzləşib. Qurumun Türkiyə seçkiləri ilə bağlı reallığa tam zidd olan hesabatı Azərbaycanın “rəyin öncədən hazırlandığı” haqda zaman-zaman dilə gətirdiyi faktı təsdiq etdi.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO