Nida Təhlil
Nazim Bəydəmirli əslində kimdir? - Vorenejdən Bakıya uzanan müəmmalı “yüksəliş”
Keçmiş deputat, iş adamı Nazim Bəydəmirli Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə həbs olundu, lakin ortada konkret cinayət işinin olmasına baxmayaraq, onun həbsinin siyasiləşdirilmiş cəhdləri də edilir və həbsinin səbəbi kimi o Söyüdlü hadisələrindəki qopardığı “fırtına” göstərilir. Hətta Bəydəmirlidən qəhrəman düzəltmək istəyənlər də var. Amma və lakin...
- Nazim Bəydəmirlinin keçmişi haralara gedib çıxır?
- Onun indi aktivləşməsinin səbəbləri nədir?
- Söyüdlü məsələsi niyə ortaya atılmışdı və Bəydəmirli hansı rolu oynayırdı?
Bu və digər suallar fonunda hazırda gündəmdə olan Bəydəmirlinin gerçək kimliyi diqqət çəkir.
2005-ci ildə Gədəbəy-Tovuz seçki dairəsindən deputat seçilən Bəydəmirli dar çevrədə Rusiyada “biznesini batırmış” iş adamı olaraq tanınırdı. Hərçənd, “biznesini batırmış” iş adamının Azərbaycana qayıtdıqdan sonra biznes fəaliyyətinə başlaması, işlərini genişləndirməsi maraqlı idi və bununla bağlı birdən çox iddia-versiya mövcuddur. Misal üçün, onun Rusiyada əslində başqalarına “pul atdığı” və Azərbaycana qaçdığı, buradakı biznesini də “həmin maya”nın hesabına qurduğu deyilirdi. Yaxud Rusiya kəşfiyyatına bağlı olduğu və Azərbaycana “xüsusi missiya” ilə gəldiyi haqda da versiyalar irəli sürülürdü. Od olmayan yerdən tüstü çıxmadığı kimi, Bəydəmirli haqda bu versiyalar-iddialar heç də əsassız deyildi, xüsusilə onun Azərbaycana qayıtdıqdan sonra önünün açılması fonunda...
Sirr deyil ki, N.Bəydəmirli sabiq nazir Fazil Məmmədovun təsiri altında olan şəxsdir. Məhz F.Məmmədovun maliyyəsi və Ramiz Mehdiyevin xeyir-duası ilə deputat seçilib. F.Məmmədovun Rusiyanın Azərbaycandakı “5-ci kalonuna” aid olduğu istisna deyil, bununla bağlı zaman-zaman məlumatlar da gündəmə gəlib. Bu kontekstdə N.Bəydəmirlinin Azərbaycana dönüşü və parlament kürsüsünə qədər çıxması təsadüfi deyil. F.Məmmədov üçün N.Bəydəmirlinin deputat olması parlamentdəki maraqlarının təmin edilməsi baxımından lazım olub, ikincinin çıxışlarındakı şübhəli məqamlar da bunun fonunda həmişə maraqlı idi.
Lakin məsələnin təkcə F.Məmmədovun maraqlarından ibarət olmadığı da bəllidir. F.Məmmədovun “5-ci kalona” aid olduğu fikrini nəzərə alsaq, N.Bəydəmirlinin Rusiyadan Azərbaycana gəlişi, burada biznesini genişləndirməsi, deputat olması, daha sonra “iqtisadçı ekspert” kimi ictimai rəyə yeridilməsi onun “Rusiya kəşfiyyatına bağlı olduğu və Azərbaycana “xüsusi missiya” ilə gəldiyi” haqda versiyaları ön plana çıxarır.
N.Bəydəmirli haqda yayılan məlumatlar onun Rusiya kəşfiyytına bağlılığı versiyasını daha da gücləndirir. 2019-cu ildə onunla diaspor fəalı Daşqın Gülməmmədov arasında sosial platformalar üzərində qarşılıqlı ittihamlarla müşahidə edilən qarşıdurma baş vermişdi. Həmin vaxt D.Gülməmmədov bildirirdi ki, Nazim Bəydəmirli SSRİ DTK-ı tərəfindən “verbovka” olunub.
“Azərbaycanda Rusiyaya bağlı “beşinci kolon” fəaliyyət göstərir, Nazim Bəydəmirli də həmin agentura şəbəkəsinin bir nümayəndəsidir”, - D.Gülməmmədov deyir və əlavə edirdi ki, bununla bağlı əlindəki məlumatları müvafiq orqanlara təqdim edib.
O, N.Bəydəmirlinin Rusiya kəşfiyyatı tərəfindən hələ 1980-ci illərin sonlarında ələ alındığını deyir.
“Nazim Bəydəmirli 1980-ci illərin sonlarında tələbə olarkən saxta diplom satan bir şəbəkəyə qoşulub. Bu işlə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Voronej şəhər şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Ona Cinayət Məcəlləsinin saxta sənədlərin hazırlanması ilə bağlı maddəsi ilə iş açılıb. Bu iş, təbii olaraq, prokurorluğun və DTK-nın da diqqətini cəlb edib. O, SSRİ DTK-nın Voronej Vilayət Dövlət Təhlükəsizliyi İdarəsinin Əks-Kəşfiyyat şöbəsinin rəisi, polkovnik Vladimir Kulakov tərəfindən “informator” kimi əməkdaşlığa cəlb edilib. Məhz bu əməkdaşlıq sayəsində həbsdən qurtarır, şəbəkənin digər üzvlərini satır. Həmin şəbəkənin digər üzvləri isə digər cinayət əməlləri də açılaraq xeyli müddət həbsdə yatırlar. Onlardan bir neçəsi həbsdən çıxdıqdan sonra Nazim Bəydəmirlini təqib edirlər, o, məhz buna görə Azərbaycana qayıdıb. Nazim Bəydəmirli hazırda da Rusiya kəşfiyyat orqanları ilə əməkdaşlığını davam etdirir, onlara müxtəlif səpkili məlumatlar ötürür. Hazırda onun kurotoru Rusiya Kommunist Partiyasının Voronej vilayət şöbəsinin fəallarından biridir. Həmin şəxs kəşfiyyat polkovnikidir və Bakıya da tez-tez gəlir. Nazim Bəydəmirlinin biznes əlaqələrinin qurulmasında da onun ciddi rolu var”, - D.Gülməmmədov bildirirdi.
Bu məlumatlar N.Bəydəmirlinin Azərbaycana dönüşü, “qəfil yüksəlişi” və keçdiyi yola diqqəti daha da çox cəlb edir. Və onun Söyüdlü məsələsində sərgilədiyi “performans” və qopartdığı “fırtına” bütün bunların fonunda şübhəli məqamları ortaya çıxarır.
Bəllidir ki, Söyüdlü məsələsi ətrafında gərginlik daha çox süni gündəmdən qaynaqlanırdı və bu gündəmi formalaşdıran “piyadalar” üçün heç də Gədəbəyin ucqar kəndindəki Azərbaycan insanı önəmli deyildi. Burada məqsədin Azərbaycanı eyni mövzu – ekoproblem üzərindən “vurmaq” olduğu da artıq sirr deyil. Bunu anlamaq üçün bir neçə məqama diqqət yetirmək yetərlidir:
1. Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiya Qarabağda “Dəmirli” və “Qızılbulaq” yataqlarının qanunsuz istismarının qarşısını aldı, eləcə də Ruben Vardanyan kartının sıradan çıxması ilə nəticələndi. Hər iki məsələ Moskvanın həyata keçirdiyi oyun idi. Rusiya bölgədəki sülhməramlıları vasitəsilə yatağın qanunsuz istismar edilməsini və qiymətli metalların daşınmasını həyata keçirir, bundan qazanırdı. Ruben Vardanyanı Qarabağa gətirmələri, onun rəsmi Bakının yataqların qanunsuz istismarının dayandırılması tələbi qarşısına çıxarılması, prosesi Vardanyan vasitəsilə tormozlamaları da bu planın tərkib hissəsi idi. Azərbaycan məhz bu oyunu pozdu.
2. Ekofəalların aksiyası Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasına aparan yol oldu və bununla təkcə Ermənistanın yox, Rusiyanın da Qarabağdakı planları alt-üst edildi.
Bu məqamlar fonunda Söyüdlü məsələsinin süni şəkildə gündəmə çevrilməsi diqqəti kənar qüvvələrin üzərinə yönəldir.
Və belə görünür ki, Söyüdlü məsələsi Qarabağda mədənlərin talanmasına son qoyulmasından tutmuş, Ruben Vardanyan planının sıradan çıxarılmasına qədər atılan addımlara görə Azərbaycana qarşı istifadə edilən “ölkə daxilindəki ekoloji problem” idi. Məhz Nazim Bəydəmirli bu prosesdə ən aktiv “piyada” rolunu üzərinə götürmüşdü. Onun Vorenejdən Bakıya qədər uzanan müəmmalı “yüksəlişi” və “5-ci kalon”la əlaqələri bunun məhz kənardan verilmiş sifariş olduğu ehtimalını önə çıxarır.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...