Nə yazarsan postuna, o da çıxar qarşına: sosial şəbəkələrdə keçirdiyimiz vaxtın sağalmaz yarası
Bizi izləyin

Nida Təhlil

Nə yazarsan postuna, o da çıxar qarşına: sosial şəbəkələrdə keçirdiyimiz vaxtın sağalmaz yarası

Nə yazarsan postuna, o da çıxar qarşına: sosial şəbəkələrdə keçirdiyimiz vaxtın sağalmaz yarası

Mövzu sosial media olduqda uşaqlarımıza məxfiliklərini necə qorumağı öyrətmək və onları qorxutmaq arasında incə bir xətt var. Çox güman ki, uşaqların bir çox onlayn əlaqələri onlar üçün əyləncəli və xoş olacaq. Bununla belə, onları ictimai rəy haqqında məlumatlandırmaq vacibdir. Belə ki, internetdə yazacaqları irqçi və ya siyasi cəhətdən düzgün olmayan bir şərh (istər təsadüfən, istərsə də qəsdən) illər sonra onların bir göz qırpımında reputasiyalarının korlanmasına səbəb ola bilər.

Publika.az-a danışan “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov “Digital footprint” anlayışını və onun təhlükələrini təhlil edib:

“Digital footprint" (Rəqəmsal iz) termini, internetdə və ya onlayn əlaqələrdə istifadəçinin qoyduğu izləri ifadə edir. Bu izlər istifadəçinin baxdığı veb-saytlar, göndərdiyi e-poçtlar, yüklədiyi fayllar, sosial şəbəkələrdə paylaşdığı məlumatlar və s. kimi fəaliyyətlərini əks etdirir. "Digital footprint" iki növ ola bilər: aktiv və passiv. Aktiv "digital footprint", istifadəçinin özünün internetdə yaratdığı məlumatlardır. Məsələn, istifadəçi bir blog və ya şərh yazsa, bir anket doldursa və s. aktiv "digital footprint" yaradır. Passiv "digital footprint" isə, istifadəçinin internetdə baxdığı veb-saytların, onun haqqında topladığı məlumatlardır. Məsələn, istifadəçi bir reklam bannerinə klikləsə, bir alış-veriş saytında hansısa məhsula baxsa, axtarış motorunda bir söz daxil etsə və s. passiv "digital footprint" yaradır”.

https://publika.az/storage/2023/08/31/f7869566-8c2d-313a-8b4c-4b78bf4ce4ee.jpg

Ekspert qeyd edib ki, "Digital footprint" uşaqlar üçün də vacibdir, çünki onların internetdəki fəaliyyətləri gündəlik həyatları haqqında məlumat verə bilir:

“Uşaqların "rəqəmsal iz"ini idarə etmək üçün, onların internetdəki addımları düşünülməlidir. Onlar internetdə paylaşdıqları məlumatların şəxsi qalmayacağını və başqaları tərəfindin görülüb istifadə oluna bilinəcəyini bilməlidir. Azyaşlılar internetdə paylaşmaq istədikləri məqalələri, şəkilləri və videoları ehtiyatlı seçməli və öz hüquqlarını qorumaq üçün mülkiyyət hüququ ilə tanış olmalıdır. Yetkinlər isə uşaqların "digital footprint"ini qorumaq üçün onlara kömәk etmәlidir. Yetkinlər uşaqlara internetin faydalı vә zәrәrli tәrәflәrini öyrәtmәli, onların internetdәki davranışlarına nәzarәt etmәli vә tәhlükәli saytlardan uzaqlaşdırmalıdır. Yetkinlər uşaqlara internetdәki mәlumatların doğruluğunu yoxlamağı öyrәtmәli vә onları manipulyasiyadan qorumaq üçün kritik düşünmәyə tәşviq etmәlidirlər. Onlar həmçinin uşaqlara internetdәki şifrәlәrinin önəmini bildirməli vә şifrәlәrini başqaları ilә paylaşmamağa diqqət etməli olduqlarını, bunun vacibiyini bildirməlidirlər”.

https://parentcontrolapp.files.wordpress.com/2019/04/digital-footprints.jpg?w=712

Elvin Abbasovun sözlərinə görə, "Digital footprint"in kibernetik aləmdə qoyduğu izlər həm də istifadə etdiyimiz proqramlar və xidmətlərdən ibarətdir:

“Bu istiqamətdə "Kibergigiyena" barədə də hər birimiz məlumatlı olmalıyıq. Kibergigiyena dijital izlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək üçün çox əhəmiyyətlidir. Məsələn, güclü parollar yaratmaq, şifrələmə istifadə etmək, viruslara qarşı müdafiə proqramları quraşdırmaq kimi. "Digital footprint" və "kibergigiyena" əlaqəsi çox vacibdir, çünki bizim şəxsi və ya peşəkar məlumatlarımızın qorunması və gizliliyi buna bağlıdır. Bu səbəbdən, bizim kibernetik aləmdə fəaliyyətlərimiz barədə diqqətli olub, kibergigiyena qaydalarına riayyət etmək lazımdır. İnternetdə buraxdığımız izlər və ya uşaqlarımızın buraxdığı izlər gələcəklərinə nə kimi təsir edə bilər, bu barədə hər kəs məlumatlı olmalıdır. Çünki artıq texnologiya dövrüdür və uşaqdan böyüyə hər kəs internet istifadə edir. Təəssüf ki, bir çox valideyn övladlarının nəzarət etmədən sosial şəbəkədən istifadə etməsinə icazə verir. Bu istiqamətdə valideyinlərə ən azından "Ailə qoruma programları" ilə övladlarının sosial şəbəkədə "Youtube" və digər sosial şəbəkələrdə istifadəsinə icazə vermələrini tövsiyyə edərdim. Uşaqların internetdə nəzarətsiz fəaliyyəti gələcək həyatlarına, həmçinin də, kariyeralarında və ya təhsillərində mənfi təsir göstərə bilər”.

https://rayhaber.com/wp-content/uploads/2021/02/siber-guvenlik-artik-ulke-ve-kurumlar-icin-dijital-bir-savas-alanina-donustu.jpg

Ekspert qeyd edib ki, insanların internetdəki izlərinin gələcəyə olan təsiri onların fəaliyyətlərindən asılıdır:

“İnternetdə buraxdıqları səhvi geri qaytarmaq hər zaman mümkün olmayacaq, bunun analoji təcrübəsi ölkəmizdə də kifayət qədər mediada görülüb. Bu həmçinin yetkinlər üçün də keçərlidir. Ümumiyyətlə, bilməliyik ki, rəqəmsal izimiz nüfuzumuza, münasibətlərimizə və məşğulluq imkanlarımıza mənfi təsir göstərə bilər. Bu izlərin həyatımıza müsbət və mənfi cəhətdən təsiri oradakı fəaliyyətimizdən aslıdır. Əgər bir insan faydalı kontentlər yaradır, faydalı işlərlərlə məşğul olursa, bu o deməkdir ki, bu izlər onun həyatında müsbət rol oynaya bilər. Əgər şəxs xoşa gəlməz işlərlə məşğuldursa bu izlər onun həyatında bir gün mənfi təsirlər göstərə bilər. Bu qalıcıdırmı? Bəli, bu izlər qalıcıdır! Çünki internetdə istifadə etdiyimiz hər şey bu izləri almaq üçün hesablanıb. Misal üçün sosial şəbəkələr, axtarış sistemləri və onlarla böyük nəhəng sistemlər, xidmətlər nə üçün pulsuzdur? Onlar bizim məlumatlarımızdan, rəqəmsal izlərimizdən pul qazanırlar. Hər kəsə məlumdur ki, biz nə haqqında yazışsaq, və ya axtarış etsək o haqda məhsul təklifi alırıq. Təəssüf ki, dijital izlər qalıcıdır. Bizə aid olmayan heç bir yerdən izimizi silə bilmərik, odur ki, ehtiyatlı olun”.

https://publika.az/storage/2023/08/31/1674821288_6f22df3b046aaef4fef809c6e60555291671261213_fbf2a85fe2b751baa8307809ffc5cc1d1-jpg-jpg.jpg

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, uşaqların sosial media istifadəsinin qarşısını almaq mümkün deyil:

“Hər nəslin özünəməxsus xüsusiyyətləri olur. “Z” nəsli də artıq çox erkən vaxtlardan rəqəmsal cəmiyyətdə formalaşan nəsildir. Bu cəmiyyətdə formalaşan nəsil şübhəsiz ki, bu dövrün trendləri, çağırışları fonunda formalaşır. Əgər əvvəllər uşaq və yeniyetmələrin sosiallaşmasına ilk növbədə ailə, uşaq bağçaları, məktəblər, universitetlər və s. təsir göstərdisə, bu gün artıq buna KİV-lər, sosial şəbəkələr, internet təsir göstərir. Bunun qarşısını almaq mümkün deyil. İndiki nəsil bu fonda formalaşır. Belə bir deyim var: İnsan öz valideynlərindən çox, zamanın dövrün və mühitin övladıdır. Əvvəlki illərdən fərqli olaraq indiki dövrdə uşağı sosial mediadan, rəqəmsal cəmiyyətin mənfi fəzalarından qorumaq məsuliyyəti valideynin üzərinə düşür. Onlar uşaqlara internetin müsbət cəhətləri ilə yanaşı, mənfi cəhətlərini də başa salmalıdır. Bunu bağçalar da, orta məktəblər də, universitetlər də öyrətməlidir. Onlara sosial şəbəkələrdə hansı fəaliyyət sizin gələcəyinizi təhdid edə bilər, haqqınızda mənfi keçmiş yarada bilər, hansı neqativ təsirləri var deyə izah etməlidirlər. Uşaq səhvlə düzü ayıra bilməlidir. Uşağı birdəfəlik sosial mediadan ayırmaq da düzgün deyil, çünki bu dövrün tələbidir”.

https://www.commonsensemedia.org/sites/default/files/styles/ratio_16_9_large/public/blog/how-to-turn-kids-phones-off-at-night-blog.jpg

Üzeyir Şəfiyev qeyd edib ki, valideyn övladını düzgün maarifləndirməlidir ki, uşaq böyüdükdən, şəxsiyyət kimi formalaşandan sonra keçmişinə, sosial şəbəkə vahidlərindəki mənfi fəaliyyətlərinə görə utanmasın:

“Uşağı düzgün maarifləndirməlidirlər ki, keçmiş bioqrafiyaları onlar üçün təhdid rolunda çıxış etməsin və kariyeralarına, sosial və psixoloji kimliyinə mənfi təsir göstərməsin. Düşünürəm ki, KİV-lərdə bununla bağlı uşaqlara aid sosial çarxlar olmalıdır. Avropa ölkələrində sosial şəbəkələrdə mənfi fəaliyyətlə məşğul olan uşaqlar böyüdükdən sonra hansısa ictimai-siyasi fəaliyyət göstərəndə onları keçmişləri ilə vura bilirlər. Və ya kimisə hansısa vəzifəyə təyin edəndə onların bioqrafiyalarına, keçmişlərinə baxırlar. Onların travma yaşayıb-yaşamadıqlarına da nəzər salırlar. Çünki travmalı uşaqlar böyüyüb qərarqəbuletmə sistemində çalışanda onların travmaları verdikləri qərarlara yansıyır. Kinli, aqressiv olur, qərəzli davrana bilirlər. Bu baxımdan çalışmaq lazımdır ki, uşaqlar normal psixoloji mühitdə böyüsün və onların bioqrafiyası təmiz və sağlam olsun”.

https://www.pandasecurity.com/en/mediacenter/src/uploads/2022/01/hero-digital-footprint.jpg

HR üzrə mütəxəssis, işədüzəltmə şirkətinin rəhbəri Sevda Quliyeva isə saytımıza açıqlamasına bildirib ki, ciddi reputasiyası olan şirkətlər onlara iş üçün müraciət edən şəxsi sosial şəbəkələrdə araşdırırlar:

“Buna əsasən bizdə artıq bir fikir formalaşa bilir. Şəxs sosial mediada düzgün olmayan ifadələr işlədə bilər və bu həmin namizədin şirkətin nüfuzuna xələl gətirə biləcəyi barədə fikir formalaşdırır. Valideynlərə çağırış etmək lazımdır ki, hər şeyə diqqət yetirsinlər, sonra da övladları əziyyət çəkməsin. Heç bir şirkət və ya ciddi bir dövlət qurumu da birmənalı şəkildə buna səbəb ola biləcək biri ilə əməkdaşlıq etmək istəməz. Mən də öz komandama işçi götürəndə belə çalışıram o şəxsin tövsiyəsini alım, reputasiyama diqqət yetirirəm. Ola bilər ki, savadlı insandır, ancaq adekvat olmayan bir şəxsdir. Rəhbərə qarşı düzgün olmayan söz işlədə bilər, və ya şirkət haqqında düzgün olmayan məlumat yaya bilər".

https://publika.az/storage/2023/08/31/1690818693_556sevda.jpg

"İşə qəbul prosesi zamanı müsahibi yoxlamaq üçün stress müsahibə keçirilir. Bu namizədi stresli bir situasiyaya salaraq və ya xüsusi suallar verərək keçirilir. Beləcə onun necə addımlar atacağını müəyyən edirlər. Buradan anlamaq olur ki, həmin şəxs stresli situasiyada necə reaksiya verəcək. Bu onun psixoloji vəziyyətini aşkara çıxarır. Sosial mediada mənə işlə bağlı müraciət edənlər çox olur. Mümkün qədər hər kəsə geri dönüş etməyə çalışıram. Ancaq bəzən məşğul olduqda baxa bilmirəm. Hər yerdə nömrəmi qeyd edirəm ki, müraciət etmək istəyənlər mənlə əlaqə saxlaya bilsinlər. Bankların birində çalışan bir əməkdaş mənə dəfələrlə yazmışdı ki, iş axtarıram. Həmin vaxt əlimdə ona uyğun bir iş yox idi. Dedim ki, uyğun bir iş olduqda sizə məlumat verərəm. Bu səbəbdən artıq cavab vermirdim. Məni təhqir etməyə başladı. Təəccübləndim ki, həmin bank niyə belə bir işçi ilə əməkdaşlıq edir? Artıq o əməkdaşın davranışı ilə həmin bankın reputasiyası mənim gözümdən düşdü. Görünür, psixoloji vəziyyəti yaxşı deyil. Mən onu sosial mediada əngəllədikdən sonra zəng edib nalayiq ifadələr işlətməyə başladı. Belə bir insana hansısa şirkət niyə iş versin ki? HR olaraq insanın hər hərəkətinə fikir veririk”.

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm