Nida Təhlil
“Azərbaycan Ermənistanın cənubunu ələ keçirəcək” iddiasının pərdəarxası
Blinkenin dilindən ortaya atılan “Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu ələ keçirmək planı” haqda iddia Zəngəzur dəhlizi və sülh danışıqları ətrafında kəskinləşən geosiyasi intriqanın tərkib hissəsidir.
Bu iddianın tirajlanmasında Ermənistan və erməni diasporu/lobbisinin Bakıya qarşı beynəlxalq cəbhənin qurulmasına nail olmaq marağı var, hərçənd, əsas diqqətçəkən məqamlardan biri rəsmi Vaşinqtonun sərgilədiyi mövqe oldu: Dövlət Departamenti iddianı şərh edərkən, “davamlı sülhə çalışdıqlarını” və “gücdən istifadənin qəbuledilməzliyi”ndən bəhs etdi, hərçənd, iddia Blinkenin adından başqa bir ölkəni “işğalçılıqda” ittiham etməkdən ibarətdir və rəsmi təkzib ən azı daha konkret olmalı idi;
Departamentin açıqlaması ikibaşlıdır və bu, belə iddianın tirajlanmasında ABŞ-ın da maraqlı olduğu, Bakıya mesajın verildiyi şübhəsini ön plana çıxarır. Və Vaşinqtonun hədəfinin danışıqlar prosesində Qərb platformasını yenidən aktuallaşdırmaq olduğu görünür.
Fransanın təşəbbüsü ələ almaq cəhdləri Qərbin Bakı-İrəvan xəttində vasitəçiliyini risk altına salıb, Əliyevin Qranada görüşündən imtina etməsi, bölgədəki problemlərin region ölkələri arasında həll olunması tezisindən çıxış etməsi də bu riskin reallığından xəbər verir. Bununla yanaşı, Qarabağda erməni separatizmini ləğv edən rəsmi Bakının kommunikasiyanın açılması və sərhədin delimitasiyası tələbləri Qərb masasında qarşılanmır, xüsusilə Ermənistanın 10 noyabr bəyanatında Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizi – öhdəliyinin icrası baxımından. Bu situasiya Rusiyanın vasitəçiliyinin önünü açır və mümkündür ki, İrəvanın ən azı dörtərəfli formatda – Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan – görüşə razı salınması istiqamətində addımlar atılacaq.
ABŞ bu mənzərəni dəyişmək və vasitəçilik təşəbbüsünün region ölkələrinə, xüsusilə Rusiyaya keçməsinin qarşısını almaq istəyir. Dövlət Departamentinin nümayəndəsi Lui Bononun Bakı və İrəvan səfərindən geri qayıdarkən, Paris və Brüsselə baş çəkməsi də vasitəçilik təşəbbüsünün ələ alınması məqsədi daşıyırdı.
Vasitəçilik üzərindən geosiyasi intirqanın kəskinləşdiyi bir vaxtda Blinkenin adından Azərbaycanın “müdaxiləyə hazırlaşması” iddiasının ortaya atılması da məhz Bakıya “işğal ittihamı”nın irəli sürülə biləcəyi mesajının verilməsi, bununla kommunikasiya və sərhəd məsələsində İrəvanın proqramının qoyulduğu Qərb masasında danışıqlara vadar etmək məqsədi kimi görünür.
Mümkündür ki, Lui Bonon Bakıdan Vaşinqtona istədikləri mesajı aparmayıb. Yayılan iddiaya bu kontekstdə də baxa bilərik.
Və baş verənlər Cənubi Qafqaza təhlükəli perspektiv vəd edir: sərhəddə təxribatlar törədə və “Azərbaycan hücuma edir” kampaniyasını genişləndirə bilərlər, Blinkenin adından yayılan iddianın da bu ssenarini tətbiqindən öncə beynəlxalq ictimai rəyi formalaşdırmaq məqsədi daşıdığı istisna edilməməlidir; vasitəçilik təşəbbüsünü götürmək, o cümlədən, Ermənistanın KTMT-dən, ümumilikdə Rusiyadan uzaqlaşmasını istəyən Qərb cəbhəsi bu ssenaridə maraqlı tərəf kimi çıxış edə bilər.
Asif Nərimanlı
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)






