Bakıdan Pekinə uzanan tərəfdaşlıq: Çin-Azərbaycan əməkdaşlığı dərinləşir
Bizi izləyin

Nida Təhlil

Bakıdan Pekinə uzanan tərəfdaşlıq: Çin-Azərbaycan əməkdaşlığı dərinləşir

Çin Xalq Respublikasının sədri Si Cinpinin Prezident İlham Əliyevə təbrik məktubu Bakı-Pekin xəttində münasibətlərin inkişaf səviyyəsini və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın dərinliyini özündə ehtiva edir. Burada ən önəmli məqam Azərbaycan və Çinin dost və tərəfdaş ölkələr olduğunu qeyd edək Si Cinpinin iki ölkə arasında münasibətlərə xüsusi önəm verməsi və bu münasibətlərin möhkəmlənməsi üçün Azərbaycan Prezidentinin səylərini vurğulamasıdır. Rəsmi Bakının bütün ölkələrlə qarşılıqlı etimada söykənən münasibətlərin qurulması siyasəti fonunda Çinin Azərbaycana münasibəti adekvatdır. Hərçənd, burada söhbət dünyanın yeni güc mərkəzi olaraq meydana çıxan bir ölkədən və belə bir ölkənin Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verməsindən gedir.

Çinin yeni dünya gücü olaraq aktiv şəkildə meydana çıxması 2010-cu illərdə başlandı, xüsusilə nəhəng “Bir kəmər bir yol” layihəsi bunun əsas göstərici hesab olunur. Bununla yanaşı, beynəlxalq ekspertlər Çinin artıq super dövlət olması, dünyanın siyasi və iqtisadi mərkəzinə çevrilməsini PaxAmerikanın zəifləməsi, yaxud çökməsi fonunda qiymətləndirirlər. Yaxud artıq beynəlxalq münasibətlərdə təkqütblü dünya sistemi dəyişib və Çin ən azı ikinci qütb olaraq önə çıxır, hətta dünyanın yeni gücü olaraq qəbul edilir. Pekinin siyasi və iqtisadi potensialı, bunun fonunda hərbi gücü də onun yeni dünya gücü olmaq yolunda inamla addımladığını göstərir. Və belə bir ölkənin Azərbaycana xüsusi əhəmiyyət verməsi təsadüfi deyil. Bunun birdən çox səbəbi mövcuddur:

Birincisi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Çinlə qurulan münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksəlib: Bakı “Vahid Çin” ideyasını sona qədər dəstəkləyir, Pekin Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Vətən müharibəsində Bakının yanında dayanıb, o cümlədən, BMT Təhlükəsizlik Şurasında ölkəmizə qarşı qərəzli münasibətin önünün veto hüququ ilə çıxıb; Çin-Azərbaycan münasibətləri sınaqdan çıxıb;

İkincisi, Azərbaycanın etibarlı tərəfdaşdır: Çinlə həyata keçirilən bütün layihələrdə Bakı anlaşmalara sona qədər əməl edib və bu, amil münasibətlərdə həlledici amildir;

Üçüncüsü, burada Azərbaycan və Çin liderlərinin şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2019-cu ildə “Bir kəmər bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Pekinə səfəri zamanı Si Cinpin 2019-ci ildə Çinə səfəri zamanı Si Cinpinlə görüşdə Çin rəhbərinin “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram” deyə bəyan etmişdi.

Dördüncüsü, Azərbaycan Çinin “Bir kəmər bir yol” layihəsində əsas tərəfdaşlarından biridir, hətta layihənin Orta dəhlizi üzərində açar ölkədir;


Avrasiyada 4 milyard əhalini birləşdirən, 70-ə qədər ölkənin iştirak etdiyi və dünyanın gələcək 50 illik iqtisadiyyatını müəyyən edəcəyi proqnozlaşdırılan “Bir kəmər bir yol” (Yeni İpək Yolu) layihəsinin quru marşrut üzrə üç əsas dəhlizi mövcuddur: Şimal, Cənub və Orta.

Şimal dəhlizində yerləşən Rusiyanın, eləcə də Cənub dəhlizində yerləşən İranın Qərblə kəskin münasibətləri daşımaların bu dəhlizlər üzərindən həyata keçirilməsini risk altına atır. Bu, Mərkəzi Asiyadan Azərbaycana, buradan Türkiyə üzərindən Avropaya çıxan Orta dəhlizi aktuallaşdırır. Qarabağ münaqişəninin həlli isə Orta dəhlizi daha da perspektivli edib. Bu vəziyyətdə Rusiya və İranı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsi hər iki istiqatdəki dəhlizləri Orta dəhlizdə - Azərbaycan üzərində birləşdirmək imkanı verir. Artıq bununla bağlı işlər həyata keçirir və bu, Azərbaycanı “Bir kəmər bir yol” layihəsində əhəmiyyətli haba çevirir. Bu, ölkəmizin milyardlarla dollar qazanc əldə etmək perspektivini açır.

Proqnozlara görə, Orta Dəhlizə 8 trilyon dollara qədər invesitisiya yatırılacaq. Təkcə yük daşımalarının 40 milyard dollar dəyərə malik olacağı gözənilir. Bu daşımaların ən azı 5, ən çox 10 faizinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu üzrə həyata keçirilməsi Azərbaycanın milyardlarla dollar gəlir əldə etməsi deməkdir. Bununla yanaşı, Orta dəhliz üzərindən enerji resurslarının Avropa bazarına çıxarılmasında da Azərbaycanın əhəmiyyətli paya sahib olmaq imkanı var.

Bütün bunların fonunda Si Cinpinin İlham Əliyevə ünvanladığı təbrik məktubu həm də dünyanın yeni güc mərkəzi olaraq qəbul edilən Çinin Azərbaycanla əməkdaşlıqda maraqlı olması, nəhəng layihəsində ölkəmizi açar halqalarda biri kimi qəbul etməsidir.

Və burada Azərbaycanın düzgün xarici siyasəti xüsusilə ön plana çıxır. Güclənən və super dövlətə çevrilən Çin Cənub-Şərqi Asiya bölgəsində Hindistanla rəqabət aparır. Bir neçə ay öncə Hindistanda irəli sürülən İMEC layihəsi də Çinin “Bir kəmər bir yol” layihəsinə alternativ olmaq məqsədi daşıyır. Lakin bu layihənin əsas marşrut xətlərindən biri kimi qəbul edilən Yaxın Şərqdə eskalasiyaların başlanması Dehlinin ideyasını “doğulmadan ölüyə” çevirdi. Bu eyni zamanda, İMEC-də təmsil olunmaq istəyən ölkələr üçün də mənfi perspektivlər vəd edir. Belə ölkələrdən biri də Ermənistandır. Rəsmi İrəvan Pekin-Dehli rəqabətində seçimini Hindistandan yana etməklə məğlub tərəfə çevrildi. Bu kontekstdə rəsmi Bakının strateji tərəfdaş kimi Çini seçməsi nə qədər doğru qərar verildiyini sübut edir.

Dünyanın yeni super gücü Azərbaycanla bərabərhüquqlu şəkildə əməkdaşlığın dərinləşməsində maraqlıdır və bu Bakının həm siyasi, həm iqtisadi dividentlər əldə etmək imkanlarını genişləndirir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm