Nida Xəbər
Prezident seçkilərində təşviqatın başlama və bitmə müddəti məlum oldu - FOTO
Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il fevralın 27-dən martın 12-i saat 18.00-dək davam edəcək.
Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar prezident seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planına əsasən Azərbaycanın bütün ərazisində seçkilərin müşahidəsinin aparılması ərizələrin MSK-ya təqdim edilməsi seçkilərin təyin edilməsi barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalana qədər, yəni aprel ayının 1-dək MSK-ya müraciət edəcəklər.
Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr seçkilərin təyin olunması barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərə 5 gün qalanadək, yəni aprelin 6-dək dairə seçki komissiyalarına təqdim edilə bilər.
Seçici siyahılarında əlavə və dəqiqləşdirmələrin aparılması səsvermə gününə azı 35 gün qalanadək, yəni martın 7-ə qədər davam edəcək.
Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır.
Bu proses də martın 19-da başlayır, aprelin 10-u saat 8.00-da dayandırılacaq.
Asif
-
İdman21:36Kabab bişirirmiş, oğlu alaya-ağlaya gəlib deyib ki…
-
Art21:24Avropa bu süfrədən danışır: Saniyəölçən yox, təcrübə lazımdır - VİDEO
-
Magazin121:12Qızının sürprizi aparıcını ağlatdı
-
İKT20:12Smartfonun ömrünü belə uzatmaq olar
-
Sosial18:48Mehman Mehdiyev vəzifəsindən getdi
-
Sosial17:50Bu şəxslərə hər ay 100 manat veriləcək - YENİ QƏRAR
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR
-
Sosial14:40Deputat: Uşaqpulu tənbəllik yarada bilər - VİDEO
























.jpg)









