Nida Xəbər
Norveçin “Utrop” qəzetində Qarabağ haqqında geniş məzmunlu məqalə dərc olunub
Norveçin “Utrop” qəzetində Qarabağ haqqında geniş məzmunlu məqalə dərc olunub.
Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan diaspor təşkilatının sədri Şervin Nəcəfpurun müəllifi olan məqalədə Qarabağda münaqişənin sona çatması və tarixi ədalətin bərpasından bəhs edilib.
Yazıda diqqətə çatdırılır ki, Azərbaycan ərazi bütövlüyünün bərpa olunması ilə öz evlərini itirən yüz minlərlə insan üçün 30 illik həsrət bitmək ərəfəsindədir. Bildirilir ki, müharibənin sonunda imzalanan sülh müqaviləsi Qafqaz regionu üçün yeni bir dövr açır, lakin nifrət və qorxu hələ də mövcuddur. İşğal etdikləri torpaqları tərk edən ermənilər bu yerlərə hər cür ziyan vurmağa çalışırlar. Ən böyük zərər təbiətə vurulur - evlər, meşələr və ağaclar yandırılır, əraziyə təhlükəli növ minalar yerləşdirilir.
“Bütün bunları nəzərə alaraq, baş verənlər haqda xəbərləri qorxu ilə izləyirəm, ürəyim böyük kədərlə və eyni zamanda, böyük sevinclə doludur, çünki tezliklə yurd-yuvasından didərgin düşmüş bir milyondan çox məcburi köçkün Qarabağdakı evlərinə dönəcəklər”, - deyə Şervin Nəcəfpurun bildirir. Onun sözlərinə görə, vaxtilə bu ərazilərdən qovulmuş insanlar öz torpaqlarına geri döndükdən sonra təhlükəsiz şəraitdə yaşayacaqlar. Lakin ərazilərin minalardan təmizlənməsi üçün böyük səy və vaxt tələb olunduğu üçün Norveç hökuməti də bu sahədə humanitar kömək göstərməlidir. Şervin Nəcəfpurun fikrincə, Norveç dünyanın aparıcı sülhsevər ölkələrindən biri hesab olunur və krallıq hər zaman sülhün bərqərar olmasına güclü bir töhfə verməsi ilə tanındığı üçün burada da müvafiq addımlar atılmalıdır.
Məqalədə, habelə Şervin Nəcəfpur Norveçdə bəzi yerli KİV-lərin qeyri-obyektivlik nümayiş etdirməsindən təəssüf hissi ifadə edib və onları tənqid edib. Mətbuatda yer alan qeyri-dəqiq və əsassız xəbərlərin Norveçdə yaşayan azərbaycanlılar tərəfindən məyusluqla qarşılandığı vurğulanıb.
-
ABŞ03:13Trampın “Bu avtomatik qələm…” sözləri Cinpini güldürdü - VİDEO
-
Səhiyyə00:15Beynin qocalmasını ləngidən möcüzə - Bu vitamin xilaskar ola bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Özünüzə zərər verə bilərsiniz
-
İdman24 Sentyabr 23:36Çox qorxuncdur – Anri hansı komandanı deyir?
-
Magazin124 Sentyabr 22:36"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti
-
İdman24 Sentyabr 22:2441 yaşlı Ronaldo millinin start heyətində - VİDEO
-
ABŞ24 Sentyabr 22:00Daha bir ölkə səması İran üçün bağlandı - Xüsusi sərəncam olmasa...
-
İKT24 Sentyabr 21:24"TikTok" milyonlarla dollar cərimə ödəyəcək - “ByteDance” geri çəkildi




















.jpg)














