Qarabağ
Bu layihələr Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq - Deputat
“İşğaldan azad olunmuş ərazilərimizdə müasir çağırışlara müvafiq olaraq “ağıllı şəhər” və “ağıllı kənd” layihəsinə uyğun yaşayış məntəqələrinin inşa edilməsi nəzərdə tutulur. “Ağıllı şəhər” və “ağıllı kənd” həm kommunal, həm də digər xidmətlərə əlçatanlığın təmin edilməsi baxımından vacibdir”.
Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, “ağıllı şəhər” və “ağıllı kənd” elektron xidmətlərdən daha çox istifadə edilməsini, o cümlədən qərarların qəbul edilməsində sakinlərin iştirak imkanlarının genişləndirilməsini nəzərdə tutur: “Artıq “ağıllı kənd” mexanizminə uyğun olaraq Zəngilanda ilk “ağıllı kənd”in qurulmasına başlanılıb. “Ağıllı kənd” bir tərəfdən imkan verəcək ki, torpaqlar məhsuldarlıq səviyyəsinə uyğun olaraq əkin və otlaq torpaqları kimi qruplaşdırılsın. Eyni zamanda evlər planlı, o cümlədən məktəbə, xəstəxanaya və digər sosial obyektlərə təminatı nəzərə alınmaqla inşa edilsin. Bu, həm də daimi sürətli internet xidmətinin təklif edilməsinə imkan verəcək. Nəzərə almaq lazımdır ki, artıq bu təcrübə bir sıra inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa İttifaqı ölkələrində tətbiq edilir”.
Millət vəkili qeyd edib ki, bu layihələr birmənalı şəkildə həm də iqtisadi baxımdan səmərəli və əhəmiyyətli hesab olunur: “İşğaldan azad olunmuş ərazilərimizin turizm potensialını nəzərə alsaq, bu, turizmin inkişafına xüsusi dəstək olacaq və həmin ərazilərimizə gələn turistlərin sayının artmasına imkan yaradacaq. Biz də daha çox turistin həmin ərazilərimizə səfər etməsini müşahidə edəcəyik. Bu, həm daxili, həm də gəlmə turizmə aiddir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin digər spesifik özəlliyi ondadır ki, burada məşğulluğa xüsusi diqqət ayrılır. Məsələn, “ağıllı kənd”də əkinçiliklə məşğul olurlarsa, o zaman istehsal edilən kənd təsərrüfatı məhsullarının növünə uyğun olur, həm də istehsal emaledici sənaye sahəsi yaradılır. Əgər əkinçiliklə məşğul olunacaqsa, həmin kənddə tomat və ya turşu istehsalını həyata keçirən müəssisələr də fəaliyyət göstərəcək. Heyvandarlıqla məşğul olunacaqsa, həmin kənddə kolbasa və digər ət məhsulları istehsal edən müəssisənin yaradılması mümkündür. Bu da məşğulluğun təmin edilməsinə imkan verəcək”.
V.Bayramov hesab edir ki, bu mənada sözügedən layihələr iqtisadi baxımdan həm kənd təsərrüfatı, həm də sənaye məhsullarının istehsalının genişləndirilməsinə imkan verəcək: “Çünki məhsuldar torpaqlar əkinçilik üçün istifadə oluna biləcək. Ümumiyyətlə, ilkin qiymətləndirmələr göstərir ki, işğaldan azad olunan ərazilərimizdə əkinçiliyin bərpası yaxın illərdə əlavə olaraq bir milyard manatlıq kənd təsərrüfatı məhsullarının istehsalına imkan yarada bilər. Bu da həm daxili bazarda, həm də xaricə göndərilən yerli kənd təsərrüfatı məhsullarının həcminin artmasına səbəb olacaq. Yerli istehsalın genişləndirilməsi həm də daxili bazarda qiymətlərin optimallaşdırılmasına və fermerlərin daha çox gəlir əldə etməsinə, eyni zamanda ixrac müəssisəsində ölkəyə daha çox valyutanın daxil olmasına imkan verəcək.
Bütövlükdə, yeni mexanizmlərə və yeni çağırışlara uyğun olaraq işğaldan azad olunmuş ərazilərimizin bərpası Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq”.
Akqabay Mıradov
-
Qoroskop11:12
Yeni il bu bürclərə düşərli olacaq
-
Sosial10:16
"Şokolad trendi" ilə bağlı fərqli videolar və TANINMIŞLARIN REAKSİYASI
-
Ekopublika.az10:00
Hamı evini satıb gedir: 3 otaqlı mənzillər 75 min manata...
-
Ekologiya09:33
Bakıya qar yağır - Faktiki hava
-
Hadisə09:10
Azərbaycanda evdə partlayış oldu: xəsarət alan var
-
Nəqliyyat08:55
Bu yolda sürət həddi endirildi
-
Dünya07:55
6,2 bal gücündə zəlzələ bu ölkəni silkələdi
-
Magazin207:15
Cud Lou “Şöhrət Xiyabanı”nda - Fotolar