Qarabağ
Qubadlının azad edilməsi nəyi dəyişdi? – Müharibənin gedişinə təsir edən əməliyyat
Ötən ilin 25 oktyabr tarixi Azərbaycanın Müzəffər Ordusu Qubadlı rayonunu azad etdi. Bu zəfər müharibənin taleyində mühüm rol oynadı və təsadüfi deyildi ki, Ermənistanın baş naziri Nikol Paşinyan məhz Qubadlının azad edilməsindən sonra “ən ağrılı güzəştlərə belə hazırıq” bəyanatını vermişdi.
Azərbaycanın hədəfi isə sona qədər getmək idi və belə də oldu. Müharibənin taktiki tərəflərinə baxdıqda Qubadlının azad edilməsinin müharibənin taleyində niyə mühüm rol oynadığını anlamaq mümkündür.
Ordumuzun döyüş hərəkətləri Aypara taktikasına əsaslanırdı: sağ, sol və mərkəzdən əks-hücum əməliyyatına keçən ordumuz düşməni çəmbərə almaq istiqamətində uğurla gedirdi. Qarabağda erməni qüvvələri üçün də mövcud olmağın yeganə yolu Laçın dəhlizi idi. Laçına qədər Azərbaycan Ordusu düşmənin əlaqə qura bildiyi yolları nəzarətə götürmüşdü. Laçın dəhlizi isə düşmən üçün həm təminat, həm hərbi texnika, həm də canlı qüvvənin cəlb edilməsində yeganə yol olaraq qalırdı. Dəhlizin atəş altına düşməsi düşmənin həm təminatdan məhrum olması, həm də mühasirəyə düşməsi demək idi.
Qubadlını azad edən ordumuz rayonun kəndlərindən Laçın dəhlizini atəş altında saxlamaq üstünlüyü də əldə etdi və beləliklə, düşmənin Azərbaycanın qarşısında təslim olmasının əsası qoyuldu.
Prezident İlham Əliyev də Qubadlı rayonunun ictimaiyyəti ilə görüşdə bu haqda danışdı.
“25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq”, - dövlət başçısı bildirdi.
Qubadlının azad edilməsindən bir neçə gün sonra Azərbaycan Ordusu artıq Laçın dəhlizinə də nəzarət imkanı qazandı. Beləliklə, müharibənin taleyində həlledici an yetişdi və ordumuz Şuşanı tarixi əməliyyatla azad etdikdən sonra Ermənistan kapitulyasiyaya imza atmağa məcbur oldu.
Asif
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Hadisə10:21Biləsuvarda dəhşətli qəza - 5 nəfər öldü
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
-
Magazin106:16Murad Dadaşov oğluna toy etdi - VİDEO































.jpg)



