Qırmızı.az
AYB yazıçı Anarın xəstəxanaya düşməsi xəbərinə münasibət bildirdi
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın səhhətinin pisləşdiyi, xəstəxanaya yerləşdirildiyi haqqında məlumatlar yayılıb. AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu da Publika.Az-a verdiyi açıqlamada xəbəri təkzib edib.
"Anar bu gün Fikrət Qocanın kitabının təqdimatında idi. Saat
14:00-da başlamış tədbiri Anar özü açdı. Tədbirdə sona qədər
iştirak etdi. Onun səhhətində heç bir problem yoxdur" - qurumun
mətbuat katibi bildirdi.
Ə.Əsgəroğlu mətbuatda bu kimi xəbərlərin yayılmasına
hiddətləndiyini gizlətmədi: "Bu cür şər-şəbədə xarakterli yazıların
yayılmasına nəzarət mexanizmi qoyulmalıdır. Anar haqqında demək
olar ki, hər həftə yalan xəbərlər yayılır. Bunu kim edirsə, məqsədi
ictimaiyyəti və ədəbi mühiti çaşğınlığa salmaqdır. Mənim adımdan da
Anar haqqında yalan informasiyalar yayılır. Bu yaxınlarda bir neçə
xəbər portalı yazmışdı ki, guya mən deyirəm, Anar gedir. Halbuki,
mən belə açıqlama verməmişəm. Senzura ləğv olunsa da, mətbuata
nəzarət lazımdır. Belə yalan xəbərlərlə ictimaiyyəti aldatmaq
olmaz”.
---------
15:28
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın səhhətinin
pisləşdiyi, xəstəxanaya yerləşdirildiyi haqqında məlumatlar
yayılıb. Publika.Az xəbərlə bağlı AYB katibi Rəşad Məcidlə əlaqə
saxlayıb.
Rəşad Məcid xəbəri təkzib edib:
“Anar dəf kimidir. Hazırda bir yerdə, tədbirdəyik. Hətta tədbirdəki
çıxışıma görə mənə təşəkkür etdi. Kimin şübhəsi varsa, buyurub gələ
bilər. Tamamilə yalan məlumatdır. Allah Anara uzun ömür
versin”.
Günay
Publika.Az
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO
-
ABŞ05:45Rubio xarici həmkarlarına İrana hücumla bağlı bu sözləri deyib
-
Cənubi Qafqaz04:44Məhkəmə Köçəryanın oğlu ilə bağlı belə qərar verdi
-
Dünya04:14Günəş sistemində doqquzuncu planet - Yerdən 10 qat ağırdır
































.jpg)

.jpg)

.jpg)