Putin Ərdoğanın dəvətini qəbul etdi, amma... - Kreml
Bizi izləyin

Region

Putin Ərdoğanın dəvətini qəbul etdi, amma... - Kreml

Putin Ərdoğanın dəvətini qəbul etdi, amma... - Kreml

Kremlin sözçüsü Dmitri Peskov bugünkü mətbuat konfransında Rusiya lideri Vladimir Putinin Türkiyəyə mümkün səfərini dəyərləndirib.

Publika.az xəbər verir ki, Peskov İstanbuldakı etirazlar kontekstində heç bir ölkənin daxili işlərinə qarışmadıqlarını da qeyd edib.

Sözçü, Putinin Türkiyəyə mümkün səfəri ilə bağlı suala cavab olaraq belə deyib: "Hələ də etibarlı bir dəvət var və Rusiya prezidenti bunu minnətdarlıqla qəbul etdi. Lakin səfərin tarixləri hələ diplomatik kanallarla razılaşdırılmayıb".

Rusiya rəsmisi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılmasından sonra başlayan etirazların Putin-Ərdoğan arasında mümkün telefon danışığına səbəb ola biləcəyi ilə bağlı suala belə cavab verib:

"Xeyr, bu telefon zəngi üçün heç bir əsaslandırma ola bilməz və olmayacaq. Bu, Türkiyənin suverenliyi məsələsidir. Biz həmişə demişik ki, bizə necə yaşamaq lazım olduğunu söyləməyi sevmirik və heç vaxt başqalarının daxili işlərinə qarışmırıq".

Peskov əlavə edib ki, bu həftə Rusiya ilə Türkiyə arasında yüksək səviyyəli telefon danışığı planlaşdırılmayıb.

Peskov Rusiya prezidenti Putinin bu gün günün ikinci yarısında beynəlxalq telefon danışığı keçirəcəyini də açıqlayıb və ən qısa zamanda Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndə heyətləri arasında yeni görüş keçiriləcəyini bildirib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm