Region
İranın yeni ali dini lideri - Soyadı belə olacaq
İranın yeni ali dini liderinin soyadı ölkənin keçmiş dini lideri Əli Xameneidə olduğu kimi qalacaq.
Publika.az “Al Hadath” telekanalına istinadla xəbər verir ki, bu barədə İran Ekspertlər Şurasının üzvü məlumat verib.
"Biz yeni lideri seçdik... Xamenei soyadı yeni ali rəhbərdə də qalacaq", - deyə o bildirib.
Bu isə İranın növbəti Ali Rəhbərinin Xameneinin oğullarından biri olacağı ehtimalını göstərir. Lakin təhlükəsizlik səbəblərinə görə rəsmi Tehran Xameneinin hansı oğlunun bu posta seçildiyini açıqlamayıb.
Qeyd edək ki, Seyid Əli Xameneinin Mustafa, Müctəba, Məsud və Meysam adlı dörd oğlu var.
Martın 8-də Ekspertlər Şurasının üzvü Məhəmməd-Mehdi Mirbaqeri İranın ali rəhbərinin seçilməsi ilə bağlı konsensusun əldə olunduğunu bəyan edib. O qeyd edib ki, son günlər şura üzvləri namizədi müəyyənləşdirmək üçün maksimum səy göstəriblər. Onun sözlərinə görə, nəticədə qəti və yekdil rəy formalaşıb.
İran və Qərb mediası, ABŞ və İsrailin İrana hücumları nəticəsində həlak olan Əli Xameneinin oğlu, 56 yaşlı Müctəba Xameneini ölkənin ali rəhbəri postuna əsas namizəd kimi qeyd edirlər.
Hüseyn İbadlı
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!












.jpg)























.jpg)
.jpg)
