Sağlamlıq
Alimlər koronavirusun ürəyə necə təsir etdiyinin izahını verdi
COVID-19 xəstəliyinin yalnız ağ ciyərlərdə deyil, ürək əzələlərində də yara izləri ola bilər. Üstəlik, bu ağırlaşmalar xəstəliyin nə qədər şiddətli olmasından asılı deyil. Hətta altı aydan sonra da həkimlər simptomları olmayan xəstələrdə ürək iltihabı qeydə alıb.
COVID-19-dan sonra ehtimal olunan ürək fəsadlarından ilk danışanlar çinli mütəxəssislər oldu. Mart ayında təsdiqlənmiş 416 xəstəni müayinə edən həkimlər xəstələrin təxminən 20 faizində ürək əzələsinin ciddi problemləri olduğunu açıqlayıb. Bundan əlavə Vuhan xəstəxanalarından birinin reanimasiya şöbəsində xəstələrin 44 faizində aritmiya diaqnozu qoyulduğu bildirilib.
Publika.az xəbər verir ki, həkimlər ürəyin işindəki narahatlıqların sitokin fırtınasının nəticəsi olduğunu, bədənin iltihab ocağındakı toxumaları məhv edən potensial təhlükəli reaksiyası olduğunu irəli sürür. Xüsusilə miyokardit və aritmiyanın artması bununla izah olunur.
İyul ayında isə zərərin uzunmüddətli ola biləcəyi iddia edildi. Almaniya və İtaliyadan olan mütəxəssislərin sözlərinə görə, sağaldıqdan iki ay yarım sonra xəstələrin 78 faizində ürək anomaliyası, 60 faizində miyokard iltihabının əlamətlərinə rast gəlinib. Üstəlik zərərin dərəcəsi xəstəliyin hansı səviyyədə olmasından asılı deyil. Simptomları olmayan kovid xəstələri də ciddi fəsadlarla qarşılaşıb.
Virusun yalnız ürək əzələsində iltihaba səbəb olmadığı, həm də hüceyrələri zədələdiyi ortaya çıxıb. Alman alimləri apardıqları bir araşdırmada COVID-19-dan ölənlərin 60 faizindən çoxunun ürək toxumalarında SARS-CoV-2 izlərinə rast gəldiyini elan edib. Xəstəlikdən vəfat edən 16 nəfərin ürək əzələsində klinik dərəcədə əhəmiyyətli dərəcədə virus yükü aşkarlanıb.
Sentyabrın əvvəlində isə San-Fransiskoda (ABŞ) Qladstone İnstitutunun alimləri SARS-CoV-2 virusuna yoluxmuş ürək toxumasının şəkillərini yayımlamışdı. İnfeksiyaya yoluxduqdan 24, 48 və 72 saat sonra qeydə alınan elektron mikroskop görüntüləri qorxunc faktları ortaya çıxarıb. Ürək əzələ lifləri - sarkomerləri cərrahi əməliyyatda olduğu kimi, sanki neştərlə kəsilib. Və hüceyrələrinin nüvələrində DNT-nin yerinə qara dəliklər yaranıb. Gördüklərini “qırğın” adlandıran araşdırma müəllifləri bildirib ki, bu, qazanılmış və ya irsi ürək xəstəliklərindən tamamilə fərqlidir. Sarkomerlərin nə qədər tez sağaldığı hələ dəqiq deyil. Ancaq elm adamlarına görə, qısa müddətli ziyan belə miyokardit və ya infarkt riskini artırır.
Skripps Tərcümə Araşdırmaları İnstitutunun (ABŞ) direktoru, məşhur kardioloq Erik Topol tədqiqatçıların oktyabr ayındakı məlumatlarını sistemləşdirib. “Science” jurnalında yayımlanan bu məqalədə qeyd olunub ki, COVID-19 keçirmiş insanların demək olar ki, yarısında ciddi ürək problemləri müşahidə olunur. Əksər hallarda xəstələr miyokardit, aritmiya, kəskin və xroniki ürək çatışmazlığı, həmçinin kardiyomiyositlərin məhdud nekrozundan (ürəyin əzələ hüceyrələri) əziyyət çəkir.
Üstəlik infeksiyanı asimptomatik keçirənlərdə ciddi fəsadların meydana gəldiyini təsdiqləyib. Virusa yoluxanların 30-40 faizində xəstəliyin heç bir təzahürü olmadığını nəzərə alaraq həkim COVID-19 ilə əlaqəli ürək patologiyalarının atracağına inanır.
Rusiya Milli Terapiya və Profilaktika Tibbi Tədqiqat Mərkəzinin professoru, Milli Sağlamlıq Liqasının mütəxəssisi, kardioloq Mehman Məmmədovun sözlərinə görə, bütün dünyada yaxın aylarda ürək-damar xəstəliklərinin sayı artacaq. Ancaq söhbət yalnız COVID-19-un fəsadlarından getmir.
“Gözlənilən artım həm mövcud ürək problemləri, həm də təxirə salınmış koronavirusun nəticələri ilə əlaqədardır. Ancaq COVID-19-dan yaranan ürək xəstəliklərinin kəskin şəkildə artacağını gözləməyə dəyməz. Çünki hələlik inandırıcı bir statistika yoxdur”, - professor RİA Novosti ilə söhbətində bildirib.
Bundan əlavə, professor komplikasiyaların yalnız infeksiyanın şiddətindən deyil, yaş və irs amillərdən də asılı olduğu vurğulayıb. Ancaq COVID-19 ilə ürək problemləri arasında bir əlaqə olduğu şübhəsizdir və heçə endirilə bilməz.
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO