Sağlamlıq
Qanı təmizləyir, saç tökülməsinin qarşısını alır
Mütəxəssislər gündəlik rasiona bir ovuc qara kişmiş əlavə etməyi məsləhət görürlər. Bu sadə məhsul qanı zərərli qatışıqlardan təmizləyir və qışda sağlamlığı qorumağa kömək edir.
Publika.az tibbi saytlara istinadla xəbər verir ki, təbii antioksidləşdiricilərlə, dəmirlə zəngin olan bu sadə məhsul sağlamlıq üçün çox faydalıdır. O saçların uzanmasını tənzimləməkdən tutmuş, qanın təmizlənməsinədək bir sıra üstünlüklərə malikdir.
Qara kişmiş qanı təmizləyir. Antioksidləşdiricilərlə zəngin olan qara kişmişin gündəlik qəbulu orqanizmi zəhərlənmədən, şlaklardan və qana düşən digər arzuolunmaz maddələrdən qoruyur.
Saçların uzanmasını sürətləndirir. S vitamini ilə zəngin olan bu məhsul saçların kökünü bərkidir (müntəzəm istifadə edildikdə), onların vaxtından əvvəl ağarmasının və tökülməsinin qarşısını alır.
Sümükləri bərkidir. Bu sadə məhsulun sümükləri bərkidən kalium və kalsiumla zəngin olması osteoporozun inkişafını dayandırmağa kömək edir.
Qara kişmiş xolesterini normallaşdırır, onun sağlam səviyyədə qalmasını təmin edir. Qara kişmişin tərkibində olan polifenolların orqanizmdəki “pis xolesterinin” dərəcəsini azalda bilməsi hipertoniya və ürək xəstəliklərinin qarşısını alır.
Qara kişmiş dişləri sağlam saxlayır. Bu bitki mənşəli məhsul mikroblarla mübarizə aparan və dişlərin çürüməsinin qarşısını alan fitokimyəvi maddələrlə doludur.
Qara kişmiş həmçinin anemiyanın qarşısını alır. Dəmirlə zəngin kişmiş qanda hemoqlobinin miqdarını artırır və anemiyanın qarşısını alır. Bu da qışda sağlamlığın qorunmasında mühüm rol oynayan immuniteti gücləndirir.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


